Bu milli parklar insan həyatı üçün TƏHLÜKƏLİDİR SİYAHI


Digərləri 18 Sen 2023 08:05:00 176 0

Bu milli parklar insan həyatı üçün TƏHLÜKƏLİDİR  SİYAHI

İnsan çoxdan dünyada ən qiymətli varlıq hesab olunur. Lakin dünyada elə yerlər var ki, orada heyvanların bu barədə məlumatı olmasa da, insan ətini böyük məmnuniyyətlə yeyirlər. Turistin yanlış bir hərəkəti bu heyvanları qəzəbləndirməyə bəs edir. Ona görə ekzotik heyvanlara tamaşa etməzdən əvvəl yadınızda saxlayın ki, onların sizə marağı heç də ziyansız deyil və sizə ancaq dadlı qida kimi baxırlar.

Son.az publika.az-a istinadən dünyanın ən təhlükəli milli parkları haqqında məlumatları təqdim edir.

Manu Milli Parkı - Peru

Manu Milli Parkı And Dağlarının şərq ətəklərində yerləşir. Bura yaquar üçün ideal yaşayış mühitidir. Sıx tropik meşələr vəhşi yırtıcıların rahat yaşaması üçün əlverişli yerdir. Yaquarın əsas ovu kapibar olsa da, o, asanlıqla ev heyvanlarına da hücum edə bilər. Yaquar ağacların və ya hündür otların arasında pusquda dayanıb öz ovunu axtarır. Qurbanın üzərinə o, bir qayda olaraq, arxadan və yandan atılır, boğazından yapışaraq, boyun fəqərələrini sındırır və bəzən kəlləsini dişləyir. Amma qurban pusquda dayanan vəhşi yırtıcını görüb qaçarsa, yaquar heç vaxt onun dalınca qaçmır.

Meksika, Aşağı Kaliforniya

Aşağı Kaliforniyanın sahilləri dünya okeanının ən təhlükəli varlıqlarının - böyük ağ köpək balıqlarının yaşadığı sevimli yerdir. Qəribədir ki, bu yerin təhlükəli olması dayverləri qorxutmur. Bu da köpək balıqlarının heç vaxt ac qalmadığını deməyə əsas verir. Hücumdan xilas olmaq nadir hallarda mümkün olur. Yəni, sularda şikəst edilmiş canavarlar az da olsa var. Amma bu yerlərdə adrenalindən məhrum olmaq istəməyən səyyahlar üçün köpək balıqlarını sualtı dəmir qəfəsə salan firmalar tapmaq çətin olmayacaq.

Kao-Sok Milli Parkı - Tailand

İlan sancmasını operativ müalicə etməyin və ya ilandan qaçmağın yollarını öyrənmək istəyirsiniz? Onda siz birbaşa Tailandın milli parkına yollanın. Burada siz hətta ilanlar haqqında başqa maraqlı məlumatlar da öyrənə biləcəksiniz. Parkın ərazisində dünyanın ən böyük kobra ilanı yaşayır, onun uzunluğu altı metrə qədər çatır. Zəhər ehtiyatı isə böyük bir fili öldürməyə çatır. Həmçinin bir çox digər zəhərli sürünənlərdən də burada yaşayır. Amma turistlər üçün burada demək olar ki, ciddi heç bir təhlükə yoxdur. Əlbəttə ki, siz cəngəllikləri təcrübəli bələdçi olmadan gəzməyə qırar verməmisinizsə...

Cənubi Luanqva Milli Parkı - Zambiya

Afrikanın ən yırtıcı heyvanı nüfuzuna şir malik olsa da, burada insanları daha çox begemotlar öldürürlər. İl ərzində bir neçə turist və 100-150 yerli sakin onların qurbanları olur. Avropalılar begemot obrazını cizgi filmlərində astagəl və xeyirxah varlıqlar kimi təsvir etsə də, belə deyil. Əslində, bu heyvanlar, xüsusilə də gənc yaşda olanları çox aqressivdir və insandan ikiqat sürətli qaçırlar. Begemotlar qayıqları asanlıqla döndərirlər, onlar gecə saatlarında sahilə çıxanda xüsusilə təhlükəlidir.

Baykal gölü - Rusiya

Baykal vəhşi canavar sürülərinə rast gələ biləcəyimiz tək-tük yerlərdəndir. Canavarların kəndlilərə amansız hücumu uzaq keçmişdə qalıb, lakin onlar hələ də çox təhlükəli heyvan olaraq qalıb və onunla təkbətək görüş yaxşı heç nə vəd etmir. Baykal meşələrində canavardan başqa, qonur ayı və vaşağa rast gəlmək çətin deyil. Əgər canavarın gözlərinin içinə baxmaq istəyirsinizsə, İrkutskda sizin üçün bu görüşü təşkil edən bir çox turizm şirkəti tapmaq mümkündür.

"Kakadu" Milli Parkı - Avstraliya

Avstraliyada ən azğın yırtıcılar timsah olaraq qalır. Hər il orta hesabla o, bir nəfəri öldürür, bir neçə nəfər də onun üzündən şikəst qalır. Timsahın qurbanına əsasən balıqçılar çevrilir, amma onunla istənilən şimal sahillərində rastlaşmaq olar. "Kakadu" milli parkına getmək üçün ən yaxşı vaxt iyul-avqust aylarıdır. Bu aylarda timsahlar günəşdə qızınırlar. Yeri gəlmişkən, yerli restoranda timsah ətindən steyk sifariş vermək olur.

Serenqeti - Tanzaniya

Dünyanın bir çox ölkələrində vəhşi heyvanların hücumlarının sayı durmadan azalır. Digərlərindən fərqli olaraq, Tanzaniyada vəhşi heyvanların hücumları deyil, əhalisinin sayı azalır. Son 20 il ərzində 600-dən artıq yerli fermerlər və maldarlar həlak olub. Lakin şirlər ilə yaxından tanışlıq üçün Serenqetidən yaxşı yer tapmaq çətindir. Xoşbəxtlikdən, turistlərin təhlükəsizliyi təmin olunur, onlar yerli bələdçilər olmadan o əraziyə buraxılmır.

Çerçill - Kanada

Hər payızda Manitoba şəhərciyinin əyaləti ən iri ağ ayıları görmək istəyən turistlərlə dolub-daşır. 600 kq-lıq ağ ayı üçün bir neçə turistin öhdəsində gəlmək boş şeydir. Ona görə də şəhər güclü müdafiə olunur. Səyyahlar bu vəhşi ilə görüşə nəhəng avtobuslarda gedir. Maşınlar turistləri ayılardan kifayət qədər yaxşı müdafiə edir. Ancaq axmaqlıqdan onların qurbanına çevrilmək olar.

Rantxambxor Milli Parkı - Hindistan

Heç kim dəqiq statistika aparmır, ancaq Hindistan, Nepal və Banqladeşdə hər il yüzlərlə adamın pələnglərin hücumlarına məruz qaldığı məlumdur. Ötən əsrin əvvəllərində yaşamış çampvat pələngi isə 430 nəfər qətlə yetirərək rekord vurub. Hazırda isə brakonyerlər sayəsində bu gözəl heyvan Hindistanda nadir olub, amma Rantxambxorda ona hələ də rast gəlmək mümkündür. Seyrək yarpaqlı meşələrdə pələngin gizlənməsi çətindir, ona görə də qış aylarında heyvanın parlaq rəngi onu qurumuş kolların fonunda dərhal fərqləndirir.

Komodo Milli Parkı - İndoneziya

Komodo insan üçün daha az təhlükəlidir. Amma zəhərli reptaylları ilə məhurdur. Uzun dili olan reptaylın çəkisi kifayət qədər ağırdır və o, insandan sürətlə qaçır. Ülgüc kimi iti dişləri ilə insanı şikəst etməyə qadiridir. Onun dişlərindəki zəhər ölümcül dərəcədə təhlükəlidir. Zəhərdən başqa, yaraya patogen bakteriyaları düşür və statistika göstərir ki, həkim müdaxiləsi olmadan onun sağ qalma ehtimalı yoxdur. Gecələr Komodoya gəlmək məsləhət deyil.

Çox şadıq ki, humanitar konsensus əldə edildi  BQXK rəsmisi like
  • 18 Sen 07:57  
Siyasət Çox şadıq ki, humanitar konsensus əldə edildi BQXK rəsmisi

BQXK hazırda həm Laçın, həm də Ağdam yolundan keçməklə yük maşınlar

arrow Ətraflı
Cəlilabadda AĞIR YOL QƏZASI: ölən var like
  • 18 Sen 07:38  
Digərləri Cəlilabadda AĞIR YOL QƏZASI: ölən var

Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində ağır yol qəzası baş

arrow Ətraflı
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür like
  • 18 Sen 07:35  
Kriminal Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür.

arrow Ətraflı
BQXKyə məxsus yük maşınları AğdamXankəndi yolundan maneəsiz keçdi  FOTO like
  • 18 Sen 07:25  
Siyasət BQXKyə məxsus yük maşınları AğdamXankəndi yolundan maneəsiz keçdi FOTO

Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 1 yük, 2 minik maşını X

arrow Ətraflı
Kafedə KÜTLƏVİ DAVA: xəsarət alanlar var like
  • 18 Sen 07:19  
Digərləri Kafedə KÜTLƏVİ DAVA: xəsarət alanlar var

Bakının Nəsimi rayonunda kütləvi dava zamanı üç nəfər xəsarət alıb.

arrow Ətraflı
Humanitar yardım daşıyan BQXKyə məxsus avtomobillər Xankəndi istiqamətində hərəkət edir  FOTO like
  • 18 Sen 07:08  
Siyasət Humanitar yardım daşıyan BQXKyə məxsus avtomobillər Xankəndi istiqamətində hərəkət edir FOTO

Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 1 yük, 2 minik maşını a

arrow Ətraflı
“Xoşbəxtlik ərin corabını yuyub, bozbaş bişirməkdə deyil” like
  • 18 Sen 07:00  
Şou-biznes “Xoşbəxtlik ərin corabını yuyub, bozbaş bişirməkdə deyil”

Son.az müğənnilik istedadı ilə parlayıb, aparıcı kimi özünü təsdiql�

arrow Ətraflı
Müdafiə Nazirliyi məlumat yaydı like
  • 18 Sen 06:45  
Siyasət Müdafiə Nazirliyi məlumat yaydı

Sentyabrın 17-si saat 23:15 radələrində Rusiya sülhməramlı kontingentinin

arrow Ətraflı
Gündüz yuxulu olmanın like
  • 18 Sen 06:30  
Digərləri Gündüz yuxulu olmanın

Mütəxəssislər gündüz yuxusunun ümumi səbəbləri barədə maraqlı açı

arrow Ətraflı
Məşhur cütlükdən xəyanət xəbəri like
  • 18 Sen 06:00  
Şou-biznes Məşhur cütlükdən xəyanət xəbəri

"Safir" serialının baş rol ifaçıları Özge Yağız və Burak Ber

arrow Ətraflı
Bağça müəlliməsinin polisləri şoka salan hərəkəti like
  • 18 Sen 05:30  
Dünya Bağça müəlliməsinin polisləri şoka salan hərəkəti

Özbəkistanın Buxara vilayətinin Gijduvan rayonunda özəl uşaq bağçasın�

arrow Ətraflı
İstədiyini ye və arıqla: like
  • 18 Sen 05:00  
Digərləri İstədiyini ye və arıqla:

İstədiyini ye və arıqla - bu, qeyri-real səslənir, lakin alimlər bunun ar

arrow Ətraflı
Ən gözəl aktrisadan boşanan aktyor özünə yeni sevgili tapdı like
  • 18 Sen 04:30  
Şou-biznes Ən gözəl aktrisadan boşanan aktyor özünə yeni sevgili tapdı

İyulda Hollivudun ən gözəl aktrisalarından biri hesab olunan Sofiya Verqara

arrow Ətraflı
Corablarınız iz buraxırsa... like
  • 18 Sen 04:00  
Digərləri Corablarınız iz buraxırsa...

Ayaq biləyində iz buraxan corablar bəzi xəstəliklərin əlaməti ola bilər

arrow Ətraflı