Ermənistanda Ağsaqqallar Şurasına seçkilərdə kütləvi qanunsuzluqlar aşkarlandı
Digərləri 17 Sen 2023 22:24:00 353 0
Bu gün Ermənistanın paytaxtı İrəvanın Ağsaqqallar Şurasına (mer) keçirilən seçkilərdə kütləvi qanunsuzluqlar aşkarlanıb.
Bu xəbəri də oxu: Azərbaycanda müəllim vəfat etdi FOTO
Son.az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Müstəqil müşahidəçi" ictimai alyansının nümayəndəsi, "Məlumatlı Vətəndaşlar İttifaqı" ictimai təşkilatının proqram koordinatoru Daniel İoannisyan İrəvan Ağsaqqallar Şurasına seçkilərin müşahidəsinin aralıq nəticələrini təqdim edib.
O, qeyd edib ki, əsasən hakim "Mülki Müqavilə" Partiyası tərəfindən törədilən 48 qanun pozuntusu qeydə alınıb. Ümumilikdə 100-dən çox seçki pozuntusu qeydə alınıb: "Seçki prosesində 124 qanun pozuntusu qeydə alınıb, onlardan 22-si seçki məntəqəsində kənar şəxslərin olması, 27-si izdihamla bağlı olub. Qanun pozuntularının 13-ü seçicilərin müraciəti ilə əlaqədardır. Onlardan 5-i təkrar xarakterli olub.
"Bir çox yerlərdə səsləri toplayan, seçicilərə zəng edərək məntəqəyə çağıran "sahibkarların" fəallığını görürük. Bu, əsasən, "Mülki Müqavilə" tərəfindən geniş yayılıb. Elə yerlər var ki, bu işi koordinasiya edən kriminal avtoritetlər dairəsindən olan şəxsləri müşahidə etdik. Məsələn, Kanaker-Zeytun inzibati rayonunda kriminal avtoritetlərlə əlaqəsi olan konkret şəxsin məntəqədən məntəqəyə getdiyini, hər bir məntəqədə və ya ondan kənarda "Mülki müqavilə"nin nümayəndələri ilə görüşdüyünü qeyd edirlər", - İoannisyan bildirib.
Qeyd edək ki, Ermənistan Prokurorluğu seçkiöncəsi dövr ərzində təşviqat kampaniyası zamanı qanun pozuntuları ilə bağlı 17 nəşri, məlumatı və bəyanatı araşdırıb. Bunu Ermənistan Mərkəzi Seçki Komissiyasında keçirdiyi brifinqdə Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin şöbə rəhbəri Edqar Arsenyan avqustun 23-dən 15 sentyabra qədər olan dövr üçün məlumatları təqdim edərkən deyib.
On yeddi məlumat və bəyanatların 7-si baxılması üçün polisə göndərilib. Yeddi işdən 5-i rüşvət alma və ya mitinqdə iştiraka məcbur etmə (və ya bundan imtina etmə), biri seçkiqabağı dövrdə siyasi partiyalar tərəfindən xeyriyyəçilik fəaliyyəti ilə bağlı qadağanın pozulması və s. pozuntularla bağlı olub.
Bundan başqa, xeyriyyəçiliklə bağlı qadağanın pozulması ilə bağlı daha iki bəyanat Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə göndərilib.
Bu gün seçkilər başlayandan saat 14:00-dək 4 ərizəyə baxılıb, onlardan biri təkrar səsvermə cəhdi ilə bağlı olub.
Bununla yanaşı, seçkilərdə fəallıq da aşağı olub. Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, seçkilərdə seçicilərin cəmi 28,46 faizi iştirak edib.
Belarus qonşu dövlətlərin həyatına qarışmaq niyyətində deyil.
"Lənkərana xüsusilə Sevil Beynəlxalq Qadın Sənədli Filmləri Festiv
Bəzi media qurumları Konqo Demokratik Respublikasında dövlət çevrilişi ba
Dünyada neft emalı zavodları kifayət qədər dizel istehsal edə bilmir.
Aparıcı İlqar Mikayıloğlu və vəkil xanımı Zülfiyyə Bayramova Avropa g
Qədim dövrlərdən küncüt tibdə istifadə olunub. Bu toxumun müxtəlif nö
Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.
"Mənim baletim dünyanın 64 teatrında tamaşaya qoyulub", - deyə q
Bütün müvafiq danışıqlar aparılıb hələki cavab yoxdur. Ərzaq yüklü
Müxtəlif təkliflər və ideyalar var, mən heç birini açıqlamaq istəmirə
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç Komitəsinin ma�
Sərxoş halda avtomobil idarə edən qadın saxlanılıb.
Çeçenistan rəhbəri Ramzan Kadırov gəzintidən video yayımlayıb. O, xəst
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan
Görkəmli bəstəkar Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletin