Yeni qərar dərman qiymətlərini endirəcək VİDEO


Digərləri 16 Sen 2023 14:48:00 239 0

Yeni qərar dərman qiymətlərini endirəcək  VİDEO

Əvvəllər dərmanların sabit bir qiyməti var idi. Yeni qərarla üst sərhəd müəyyənləşdirildi. Bu, ölkədə rəqabətlilik çərçivəsində qiymətlərin optimallaşdırılmasına kömək edəcək. Yəni üst sərhədi bəlli olan qiymətə alternativ olaraq digər təşkilatların daha uyğun qiymətə ölkəmizə dərman vasitələrinin gətirilməsinə şərait yaradılacaq.

Bunu Trend-ə açıqlamasında millət vəkili Rəşad Mahmudov bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin 15 avqust 2023-cü il tarixli fərmanı ilə "Dərman vasitələri haqqında" qanunda və bu qanunun tətbiqi barədə fərmanda dəyişiklik edilib.

"Bununla da dərman vasitələrinin ölkədə cəmiyyətə əlçatanlığının, keyfiyyətinin yüksəldilməsi, nəzarətin gücləndirilməsi və ən əsası, qiymətlərin optimallaşdırılması yönündə hökumətin qarşısına qoyduğu hədəflərə çatmaq üçün bir imkan yaranacaq. Yeni qanuna görə, Tarif Şurasının qərarı yaxın gələcəkdə dərman vasitələrinə əlçatanlığın təmin edilməsi və qiymətlərin optimallaşdırılmasına kömək edəcək.

Ölkədə qeydiyyat prosedurunun əvvəlki illərə görə ciddi şəkildə reformu nəzərdə tutulur. Yəni daha əvvəl dərman vasitəsinə görə müraciət etmiş şirkətin nəticə alması üçün səkkiz aydan bir il altı aya qədər keçən zaman, "süründürməçilik" nəzərə alınaraq, qanunda dəyişiklik edilib. Bununla üç-dörd ay ərzində qeydiyyatın mümkünlüyü daha çevik mexanizmlərin tətbiqi üçün imkan yaradır", - deyə deputat əlavə edib.

R.Mahmudov qeyd edib ki, dərman şirkətləri bugünkü dünyada baş verən iqtisadi təlatüm fonunda bu gün vermiş olduqları təklifləri il yarım sonra verməyə çətinlik çəkirlər və ya xaricdən aldıqları təkliflərin bəlli müddət keçdikdən sonra keçərliliyi olmur.

"Bu dəyişikliklərin hər biri geniş imkanlar yaradacaq. Bununla yanaşı, Avropa ölkələrində, xüsusilə Türkiyədə qeydiyyatdan keçmiş dərman vasitələrinin daha rahat şəkildə ölkəmizə girişinin təmin edilməsi kimi müddəaları özündə ehtiva edir. Dövlətimiz yerli istehsalın gücləndirilməsi, yaxın gələcəkdə xarici dərman şirkətlərindən asılılığın azaldılması yönündə addımlar atır. Bu sahəyə investisiyalar gündən-günə artmaqdadır", - deyə deputat əlavə edib.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının dünən keçirilən növbəti iclasında hazırkı vaxtadək təsdiq edilmiş bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərar qəbul edilib.

Bu qərar qəbul olunanadək dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərman vasitələri həmin vahid qiymətə satılırdı. İndi isə həmin vahid qiymətlər yuxarı hədd olaraq təsdiq edilib, yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər.

Qəbul edilmiş qərar dərman vasitələrinə əlçatanlığın yaxşılaşdırılmasına, bu sahədə daha əlverişli rəqabət mühitinin yaradılmasına və əhali tərəfindən dərman vasitələrinin tənzimlənmiş qiymətlərdən aşağı qiymətə alınmasına imkan verəcək.

Geniş videomüsahibəni təqdim edirik:

Sabirabadda qanunsuz saxlanılan odlu silahlar aşkarlandı like
  • 16 Sen 14:40  
Digərləri Sabirabadda qanunsuz saxlanılan odlu silahlar aşkarlandı

Sabirabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

arrow Ətraflı
Ermənilər mövqelərimiz qarşısında səngər qazmağa cəhd edib  MN like
  • 16 Sen 14:27  
Siyasət Ermənilər mövqelərimiz qarşısında səngər qazmağa cəhd edib MN

Sentyabrın 16-sı saat 13:00 radələrində Rusiya sülhməramlı kontingentini

arrow Ətraflı
"Ailənizin qədrini bilin..." like
  • 16 Sen 14:26  
Şou-biznes "Ailənizin qədrini bilin..."

Xəbər verdiyimiz kimi, müğənni Lətifə Soyuözün nənəsi Elmira Axundov

arrow Ətraflı
Ailəsi və polis bu qızı axtarır like
  • 16 Sen 13:53  
Digərləri Ailəsi və polis bu qızı axtarır

İsmayıllı rayonunda 17 yaşlı qız itkin düşüb.

arrow Ətraflı
Qarabağda işləyən bu şəxslər üçün əmək miqrasiyası kvotası LƏĞV OLUNUR like
  • 16 Sen 13:22  
Digərləri Qarabağda işləyən bu şəxslər üçün əmək miqrasiyası kvotası LƏĞV OLUNUR

2028-ci ilə qədər Azərbaycanda əmək miqrasiyası kvotası Qarabağda işl�

arrow Ətraflı
Gömrük Komitəsi hansı malların ölkəyə girişinə qadağa qoyduğunu açıqladı  VİDEO like
  • 16 Sen 13:20  
Digərləri Gömrük Komitəsi hansı malların ölkəyə girişinə qadağa qoyduğunu açıqladı VİDEO

Sahibkarlar hansısa brendin adından, loqosundan, hansısa ticarət nişanında

arrow Ətraflı
Azərbaycan tərəfindən Ermənistana qarşı arbitraj prosesinə başlanıb  FOTO like
  • 16 Sen 13:15  
Siyasət Azərbaycan tərəfindən Ermənistana qarşı arbitraj prosesinə başlanıb FOTO

2023-cü il 14-16 sentyabr tarixlərində Qırğız Respublikasının Ali Məhk�

arrow Ətraflı
Qarabağ erməniləri gedir – Separatçılar “nəzarəti” artırdı like
  • 16 Sen 12:58  
Siyasət Qarabağ erməniləri gedir – Separatçılar “nəzarəti” artırdı

Son vaxtlar Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıları

arrow Ətraflı
Bakıda leysan olacaq like
  • 16 Sen 12:48  
Digərləri Bakıda leysan olacaq

Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Elnurdan daşqaşlarla  Fotosessiya like
  • 16 Sen 12:47  
Şou-biznes Elnurdan daşqaşlarla Fotosessiya

"Avroviziya" təmsilçilərimizdən olan Elnur Hüseynov yeni fotosess

arrow Ətraflı
Ermənistan Rusiyaya kürəyindən zərbə vurub  İqor Korotçenko like
  • 16 Sen 12:25  
Siyasət Ermənistan Rusiyaya kürəyindən zərbə vurub İqor Korotçenko

Nikol Paşinyan administrasiyasının müvafiq bölmələrinin nəzarəti altın

arrow Ətraflı
Rasim Balayev: “İnciyibsə, getsin su içsin...” like
  • 16 Sen 12:14  
Şou-biznes Rasim Balayev: “İnciyibsə, getsin su içsin...”

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balaye

arrow Ətraflı
Sərxoş halda ağır qəza törədən tanınmış şəxs imiş like
  • 16 Sen 12:03  
Digərləri Sərxoş halda ağır qəza törədən tanınmış şəxs imiş

Sentyabrın 15-nə keçən gecə Mingəçevir şəhəri Heydər Əliyev prospekt

arrow Ətraflı
İstanbulda güclü zəlzələ 2 dəqiqə davam edəcək  Şok like
  • 16 Sen 11:52  
Dünya İstanbulda güclü zəlzələ 2 dəqiqə davam edəcək Şok

Mərmərə dənizində ən azı 7 bal gücündə zəlzələ gözlənilir.

arrow Ətraflı