Soyuqdəymə, qrip, yoxsa təzə kovid –
Digərləri 16 Sen 2023 00:33:00 370 0
Sentyabr gəldi, havalar kəskin soyudu, dünyada yeni kovid ştammı tüğyan edir, ölkədə yenə apteklərdə qızdırma dərmanı alanlar artdı.
Bu xəbəri də oxu: Bu küçələrdən keçənlərin DİQQƏTİNƏ! COP29 zolaqları qüvvədən düşdü VİDEO
Hazırda şəhərdə uşaqdan böyüyə çox insan öskürür, qızdırması var, soyuqlayıb. Amma bu soyuqdəymədir, ağır qripdir, yoxsa bu simptomlar altında gizlənmiş elə koviddir.
Deyəsən bu payızın da əsas mövzusu kovid olacaq.
Son.az medicina.az-a istinadən xəbər verir ki, həkimlər hazırda dominant virusun qrip olduğunu bildirir.
Qrip, soyuqdəymə və kovidin inkubasion dövrü, müddəti, simptomları fərqlidir, hər xəstəliyin də özünün yanaşması var.
Terapevt İrina Andreyeva bu 3 xəstəliyi fərqləndirməyin yolunu və klassik simptomlarını açıqlayıb.
Soyuqdəymə - burun axır, öskürək, boğaz ağrısı, nadir halda qızdırma 38-ə çatır. İnkubasion dövr 2-3 gündən 12 günə kimidir. Xəstəlik 1 həftə ərzində davam edir.
Kovid simptomları: - Bütün bədəndə, əzələlərdə ağrılar - Baş ağrısı - Ümumi halsızlıq - Titrəmə - Qarın pozulması, ürəkbulanma - Dəridə qaşınma - Qızdırma 37,5 - Daha sonra öskürək, tənəffüsdə problem - İnkubasion dövr 4-7 gündür, sürətlə başlayıb, getdikcə ağırlaşıb, 10 günə qədər davam edə bilər. Orta və yüngül forma 10 günə keçir. Ağır forma xəstəliyin 7-ci günündən daha da ağırlaşır. Qripin klassik simptomları - Qəflətən başlayır, titrəmə, bədən ağrıları - Quru öskürək - Ümumi halsızlıq - Burun göz sulanması - Öskürək - Qızdırma - İştahsızlıq Davam etmə müddəti 5-7 gündür. Ağırlaşma 3-5 gündən sonra ola bilər. Qrip yoluxucudur, uşaqları və yaşlıları qorumaq lazımdır".
Son.az
ABŞ-li aktyor Hyu Cekman və həyat yoldaşı Deborra-Li Ferness boşanıblar.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Bu gün Xalq artisti Brilliant Dadaşovanın ad günüdür.
"Jurnalistika ixtisasında təhsil alan tələbə ilə rastlaşdım, Azərb
"CBC Sport" telekanalında daha dörd nəfər jurnalist işindən ayr�
Şəhid anası Talış kəndinə direktor təyin olunub.
Türkiyəli aktrisa Aslıhan Gürbüz sosial media hesabındakı paylaşıma mə
Avropa İttifaqı (Aİ) İrana qarşı sanksiyaları genişləndirib.
"Şəkillərdə gördüyünüz bu şəxsin adı Mameddir. Özünü az qala
Tanınmış bloqer xeyirxah əməli ilə diqqət çəkib.
Sentyabrın 15-i saat 21:15-dən 22:05-dək Ermənistan silahlı qüvvələrinin
Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı videobloqer və iş
Sentyabrın 16-da Nizami boutique house şirkətinin Baş sponsorluğu ilə 35 i