Bu məhsullar bahalaşdı
Digərləri 11 Sen 2023 20:30:00 335 0
2023-cü ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvaravqust aylarına nisbətən 111,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 113,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 110,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2 faiz təşkil edib.
Bu xəbəri də oxu: 21 yaşlı gənc dəm qazından öldü
Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, 2023-cü ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 faiz, əvvəlki ilin avqust ayına nisbətən 108,0 faiz təşkil edib.
2023-cü ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,1 faiz, əvvəlki ilin avqust ayına nisbətən 107,4 faiz təşkil edib.
Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, unun, çörəyin, təzə balığın, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, üzümün, yemişin, qarpızın, gavalının, almanın, armudun, bananın, pomidorun, xiyarın, soğanın, kartofun, bibərin, badımсanın, yerkökünün, bahalaşma isə əsasən düyünün, mal və qoyun ətinin, yoqurtun, xamanın, zeytun yağının, kələmin, sarımsağın, şəkərin, çayın, meyvə şirəsinin, arağın, tütün məmulatlarının qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2023-cü ilin avqust ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin avqust ayına nisbətən 108,3 faiz təşkil edib. 2023-cü ilin avqust ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin avqust ayına nisbətən 108,9 faiz təşkil edib.
Avqust ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən mənzillərin icarə haqlarında və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
İndoneziyanın Şimali Maluku bölgəsində 6 bal gücündə zəlzələ baş ve
Yakutiyanın Anabar bölgəsindəki Mayat almaz mədənində son 10 ilin ən bö
"Mən "Dağlıq Qarabağın" (Qarabağda rus sülhməramlıların
Müğənni Nadir Qafarzadə 30 il öncə çəkilən fotosunu yayımlayıb.
Türkiyə-Qazaxıstan əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüks
Nikol Paşinyan bu yaxınlarda Azərbaycanın 1991-ci il sərhədləri daxilind�
Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının
Əməkdar artist Cavanşir Məmmədov həbs etdirdiyi qızı Xatirə Məmmədov
Ryazan vilayətinin sakini mənzilini zibilliyə çevirib.
Azərbaycan Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Doha E
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol
Sentyabrın 12-də ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərin