Azərbaycan “Doha Ekspo 2023”də təmsil olunacaq
Digərləri 11 Sen 2023 19:18:00 342 0
Azərbaycan Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Doha Ekspo 2023" Beynəlxalq Bağçılıq Sərgisində (International Horticultural Expo 2023 Doha) milli pavilyonla təmsil olunacaq.
Bu xəbəri də oxu: Ankaraya gedən sərnişin avtobusu qəza törətdi: 30 yaralı var
Son.az xəbər verir ki, oktyabrın 2-dən 2024-ci il martın 28-nədək fəaliyyət göstərəcək "Doha Ekspo 2023" "Yaşıl səhra, daha yaxşı ətraf mühit" ("Green Desert, Better Environment") mövzusunda təşkil ediləcək. Məqsəd davamlı innovasiyaları təşviq etmək və səhralaşma ilə mübarizə aparmaqdır.
Sərgidə 70-dən çox ölkə və 20-yə yaxın beynəlxalq təşkilat təmsil olunur. Ziyarətçilər ekspo çərçivəsində müasir kənd təsərrüfatı, texnologiya və innovasiyalar, ekoloji maarifləndirmə və davamlılıq mövzuları ilə tanış ola biləcəklər.
1,7 milyon kvadratmetr ərazisi olan tədbir məkanı Dohanın ən böyük parklarından biri olan Al Bidda parkında keçiriləcək. Burada ərazi 3 zonaya bölünəcək: pavilyonların təqdim ediləcəyi Beynəlxalq Zona, əyləncəli tədbirlərin keçiriləcəyi Ailəvi Zona və müxtəlif debatların, konfrans və sərgilərin təşkil olunacağı Mədəniyyət Zonası.
Beynəlxalq Sərgilər Bürosu və Bağçılıq İstehsalçıları Beynəlxalq Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində təşkil olunan "Doha Expo 2023" sərgisinin 3 milyondan çox ziyarətçi qəbul edəcəyi gözlənilir.
Xatırladaq ki, Azərbaycan "Pekin Ekspo 2019" Beynəlxalq Bağçılıq Sərgisində də milli pavilyonla təmsil olunmuşdu.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol
Sentyabrın 12-də ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərin
Sentyabr ayında BQXK nümayəndələri Ermənistanda saxlanılan iki Azərbayca
Bir çox demokratlar ABŞ-nin keçmiş prezidenti Barak Obamanın həyat yoldaş
Avqust ayının sonu və sentyabr ayının əvvəllərində BQXK əməkdaşları
Türkiyənin milli müdafiə naziri ordu generalı Yaşar Gülər qardaş ölkə
Qonşu Gürcüstanda tələbə adını qazanan azərbaycanlı gənclərin sayı
Türkiyənin Baykar şirkətinin ixracatı Çinin ümumi hərbi ixracatından ç
Bloger Nagehan Abdullayeva növbəti dəfə arxasınca danışanlara səslənib.
"Mərkəzimdə işlər əla gedir. Mərkəzimizin üzvlərinin bir çox kli
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtın mobillik imkanları