Hesablama Palatası bu agentlikdə nöqsanlar aşkarladı


Digərləri 06 Sen 2023 14:04:00 217 0

Hesablama Palatası bu agentlikdə nöqsanlar aşkarladı

Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində dövlət əmlakının idarəedilməsində nöqsanlar müəyyən edib.

Bu barədə Hesablama Palatasının auditinin nəticələrinə dair hesabatda deyilir.

Bildirilir ki, Aqrar Xidmətlər Agentliyinin tabelində olan rayon (şəhər) baytarlıq idarələrinin 2021-ci ilin son aylarından həmin Agentliyin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinə birləşdirilməsinə baxmayaraq 66 regional baytarlıq və Dəmiryol Baytarlıq idarələrinin 2021-ci ilin əvvəlinə balansında qalmış 17,7 milyon manat dəyərində aktivlərin, eləcə də dəyəri 1,9 milyon manata bərabər olan müvafiq əmlakların auditin keçirildiyi müddətin sonunadək aidiyyəti üzrə təhvil verilməsi təmin edilməyib.

Eyni zamanda, audit zamanı Agentlik tərəfindən dövlət büdcəsinə qaytarılmaq şərtilə istifadə olunmasına razılıq verilmiş vəsaitlərin qaytarılmasının təmin edilmədiyi aşkarlanıb. Belə ki, "İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi" layihəsinin revolver fondunda sərbəst qalan vəsaitin sonradan dövlət büdcəsinə qaytarılmaq şərtilə istifadə olunmasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin etiraz etmədiyinə dair müvafiq dərkənarına əsasən açılmış maliyyələşmə hesabına xərclənmiş 2,7 milyon manat məbləğində vəsaitin müvafiq (dövlət) büdcə hesabatlılığında əks etdirilməsi, eyni zamanda qaytarılması, eləcə də qaytarılmaq şərtilə maliyyələşdirilmiş həmin vəsaitin maliyyə (mühasibat) hesabatlarında göstərilməsi təmin edilməyib.

Hesablama Palatasının Agentlikdə apardığı auditin nəticələrinə dair açıqladığı məlumatda həmçinin Epizootiya əleyhinə profilaktik və diaqnostik Tədbirlər Planlarının icrasında problemlərin mövcud olduğu deyilir.

Qeyd edilir ki, auditin nəticələrinə əsasən təsərrüfatlardakı heyvanların identikləşdirilməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməməsi ölkə üzrə heyvanların statistik say göstəricilərinin bir o qədər də etibarlı olmadığını göstərməklə yanaşı, xəstəliklərin xüsusiyyətləri və arealı üzrə mümkün coğrafi (region və ya regionlar) məhdudiyyətlər bir qayda olaraq nəzərə alınmadan illik dövriliklə təsdiq olunan epizootiya əleyhinə profilaktik və diaqnostik Tədbirlər Planlarının əsaslandırılması səviyyəsinin də aşağı olduğunu deməyə əsas verir.

Tədbirlər Planlarının icrasının real təşkili üçün regional strukturlar üzrə aylıq, rüblük hədəf göstəricilərinin müəyyənləşdirilməməsi, faktiki vaksinləşmənin istər elektron kənd təsərrüfatı informasiya sistemi, istərsə də hər-hansı digər əlaqəli proqram təminatı üzərindən elektronlaşdırılmasının təmin olunmaması bu sahədə problemlərin mövcudluğunu şərtləndirib. Epizootiya əleyhinə 2022-ci ilin Tədbirlər Planı çərçivəsində iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı vaksinasiya tədbirləri nəticəsində heyvanlarda yaranmış immunitetin ümumi səviyyəsinin müəyyən edilməsi məqsədilə sentyabr-oktyabr aylarında təsadüfi seçmə üsulu ilə 30 şəhər və rayonda fəaliyyət göstərən fərdi təsərrüfatlarda keçirilmiş seroloji monitorinqlərin nəticələri onu deməyə əsas veriи ki, vaksinləşmə prosesinin yerinə yetirilməsi istiqamətində xərclənmiş vəsaitlərin səmərəlilik (nəticəlilik) səviyyəsi aşağı olub.

Audit yoxlaması nəticəsində Palata xüsusi təhlükəli xəstəliklərə qarşı baytarlıq preparatlarının uçotunda uyğunsuzluqlara rast gəlib. Belə ki, xüsusi təhlükəli xəstəliklərə qarşı baytarlıq preparatlarının ehtiyat hədləri düzgün müəyyən edilməyib, ehtiyatların uçotu intizamsız şəkildə aparılmaqla vaksinlərin əsasən faktiki sərfiyyata uyğun deyil, regional baytarlıq idarələrinə təhvil-təslim olunduğu zaman (yəni, faktiki sərf olunmadan) uçotdan silinməsinə yol verilib, maliyyə uçotunda əks etdirilmədiyi halda, auditin gedişatında regional baytarlıq idarələrində faktiki olaraq 1,4 milyon manat dəyərində istifadə edilməmiş vaksin qalığının mövcudluğu aşkar edilib.

Zəruri ilkin rəsmiləşdirmə aparılmadan, o cümlədən torpaq sahəsinin mülkiyyət (və ya istifadə) mənsubiyyəti, dəqiq ünvanı əks etdirilmədən, torpaq və ya təsərrüfat sahibinin və ya istifadəçisinin (fermerin) imzası ilə təsdiqlənmiş hər-hansı sənəd əlavə edilmədən, sifarişli əsaslar üzrə ikitərəfli (qarşılqılı) münasibətlərin şərtlərini tənzimləyən hər-hansı təsdiqedici sənəd olmadan (debitor və kreditor dövriyyələr və borclar üzrə uçot aparılmadan) yalnız birtərəfli qaydada aktlar tərtib edilərək (bəzi hallarda regional icra hakimiyyətlərinin və ya bələdiyyələrin nümayəndələri qeyd olunaraq formal təsdiqlənməklə) müxtəlif məzmunlu tədbirlərin icrası kimi ümumilikdə 2,1 milyon manat dəyərində pestisidlərin, dezinfeksiya və dezinseksiya məhlullarının uçotdan silinməsinə yol veriliи ki, bu da eyni zamanda büdcədənkənar daxilolma potensialının tam rəsmiləşdirilməməsi risklərinin yüksək olduğunu deməyə əsas verib. Son.az

“WhatsApp”da çoxdan gözlənilən yenilik like
  • 06 Sen 14:03  
Digərləri “WhatsApp”da çoxdan gözlənilən yenilik

"WhatsApp" tərtibatçıları "Android"də interfeysin kütl

arrow Ətraflı
"Ağıllı kənd"lər Azərbaycana nə vəd edir? like
  • 06 Sen 13:52  
Digərləri "Ağıllı kənd"lər Azərbaycana nə vəd edir?

Slovakiya və Azərbaycan arasında Ağdam rayonunun Baş Qərvənd kəndində &

arrow Ətraflı
Makron Bakıya gələcək? like
  • 06 Sen 13:50  
Siyasət Makron Bakıya gələcək?

Fransa prezidenti Emmanuel Makronun Yerevana rəsmi səfər edəcəyi bildirili

arrow Ətraflı
Ceyhun Bayramov xorvatiyalı həmkarı ilə bu məsələləri müzakirə etdi  FOTO like
  • 06 Sen 13:43  
Siyasət Ceyhun Bayramov xorvatiyalı həmkarı ilə bu məsələləri müzakirə etdi FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya xarici işlər və A

arrow Ətraflı
Məşhur müğənni xəstəxanaya düşdü: "Düşmənlə sevişmək kimidir..." like
  • 06 Sen 13:41  
Şou-biznes Məşhur müğənni xəstəxanaya düşdü: "Düşmənlə sevişmək kimidir..."

Türkiyəli məşhur müğənni Nazan Öncel xəstəxanalıq olub.

arrow Ətraflı
Bu universitetdə maliyyə nöqsanları aşkarlandı like
  • 06 Sen 13:19  
Digərləri Bu universitetdə maliyyə nöqsanları aşkarlandı

Naxçıvan Dövlət Universitetində (Universitet) Azərbaycan Respublikası Hes

arrow Ətraflı
Ceyhun Bayramov Xorvatiyanın baş naziri ilə görüşdü  FOTO like
  • 06 Sen 13:11  
Siyasət Ceyhun Bayramov Xorvatiyanın baş naziri ilə görüşdü FOTO

Xorvatiyanın baş naziri Andrej Plenkovic Azərbaycan xarici işlər naziri Cey

arrow Ətraflı
İşdən çıxarılan generalın yerinə  Təyinat like
  • 06 Sen 12:58  
Digərləri İşdən çıxarılan generalın yerinə Təyinat

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali H�

arrow Ətraflı
Fatih Terimin doğum günündə maraqlı anlar like
  • 06 Sen 12:57  
Digərləri Fatih Terimin doğum günündə maraqlı anlar

Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih

arrow Ətraflı
Yağış yağacaq, şimşək çaxacaq like
  • 06 Sen 12:29  
Digərləri Yağış yağacaq, şimşək çaxacaq

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Əməkdar artist: “Ajda Pekkanla unudulmaz öpüş” like
  • 06 Sen 12:24  
Şou-biznes Əməkdar artist: “Ajda Pekkanla unudulmaz öpüş”

Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist F

arrow Ətraflı
Paşinyan Moskva həddini aşdı: "sabiq köpək" like
  • 06 Sen 11:54  
Siyasət Paşinyan Moskva həddini aşdı: "sabiq köpək"

Paşinyanın "La Republica" qəzetinə müsahibəsi Rusiya XİN-i öz�

arrow Ətraflı
Ruslar bu istiqamətdə hücumu dayandırdı like
  • 06 Sen 11:51  
Digərləri Ruslar bu istiqamətdə hücumu dayandırdı

Liman-Kupyansk istiqamətində vəziyyət dəyişib. Ruslar hücum əməliyyatla

arrow Ətraflı
Axtarışa verilən aktyor saxlanıldı like
  • 06 Sen 11:40  
Şou-biznes Axtarışa verilən aktyor saxlanıldı

Rusiyanın axtarışa verdiyi aktyor Aleksey Panin Estoniyada saxlanılıb.

arrow Ətraflı
Ukrayna ordusu Melitopol və Baxmut istiqamətlərində uğurla irəliləyir like
  • 06 Sen 11:29  
Dünya Ukrayna ordusu Melitopol və Baxmut istiqamətlərində uğurla irəliləyir

Ukrayna Silahlı Qüvvələri (SQ) Melitopol və Baxmut istiqamətlərində hüc

arrow Ətraflı