Bakıda 69 ballıq zəlzələ ola biləcək ərazilərin ADLARI
Digərləri 29 Avq 2023 23:42:00 316 0
Son zamanlar bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da müxtəlif maqnitudalı zəlzələlərin sayı artıb. Yeraltı təkanların gücü yüksək həddə çatmasa da, müxtəlif regionların sakinləri kiçik təkanlar hiss ediblər. Bundan əlavə, internetdə vətəndaşların qorxuları üzərində spekulyasiyalar aparılır, ölkədə dağıdıcı zəlzələlərin başvermə ehtimalı ilə bağlı şayiələr yayılır.
Bu xəbəri də oxu: Bakı həbsxanasında
Son.az Media.az-a istinadən xəbər verir ki, bununla əlaqədar olaraq Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükə şöbəsinin struktur bölməsinin müdiri Qulam Babayev Azərbaycanda güclü zəlzələlərin başvermə ehtimalı, aktiv zonalar və s. barədə danışıb.
- Azərbaycanda son vaxtlar müşahidə olunan seysmik aktivliyin səbəbi nədir?
- Ölkəmiz seysmik aktiv regionda - Ərəbistan və Avrasiya plitələrinin toqquşması zonasında yerləşir. Hazırda biz seysmik hadisələrin aktiv dövriliyi, elmi dillə desək, seysmotektonik dövrilik intervalındayıq. Ona görə də ümumilikdə bütün region indi aktivləşmə dövründədir və buna uyğun olaraq biz bütün regionda, o cümlədən Azərbaycanda seysmik aktivliyi müşahidə edirik.
- Bakı şəhərinin seysmik cəhətdən ən təhlükəli zonaları haradır?
- Geologiya və Geofizika İnstitutunun Seysmologiya və seysmik təhlükə şöbəsində digər alimlərlə birlikdə Abşeron yarımadasının və Bakı şəhərinin seysmik təhlükəsinin qiymətləndirilməsi aparılıb.
Dərhal qeyd edim ki, yarımada və Azərbaycan paytaxtı Xəzər ocaqlarından - şimaldan, dənizin mərkəzindən keçərək cənuba, eləcə də şəhər və Abşeron üçün potensial təhlükə olan Şamaxı-İsmayıllı seysmik aktiv mənbələrindən seysmik təhlükəyə məruz qalır.
Qiymətləndirmə həm empirik üsullarla (müşahidə və ya eksperiment nəticəsində əldə edilən məlumatlar - red.), həm də ölçmə vasitələrinin köməyi ilə, müxtəlif beynəlxalq metodlardan istifadə etməklə aparılıb.
Qeyd edim ki, Bakıda təhlükəli nöqtələr var, onların arasında 6-9 ballıq zonalar var. Bunlar Yasamal rayonunun bəzi hissələri, o cümlədən metronun "Elmlər Akademiyası" stansiyasının ərazisi, eləcə də sahil zolağının əksər hissəsi, o cümlədən Bayıl qəsəbəsidir.
- Bəs ölkəmizin hansı regionları bu baxımdan daha təhlükəlidir?
- Azərbaycanda bir sıra seysmik aktiv zonalar var: Şamaxı-İsmayıllı, Quba-Şabran, Talış zonası və Naxçıvan. Kür çökəkliyi ən az təhlükəli zonadır, lakin onunla Böyük Qafqazın Azərbaycan hissəsi arasında olan sərhəddə kiçik aktivlik var. Zaqatala, Qax, Oğuz, Şəkinin də daxil olduğu zolağın seysmik ocaqları var. Bundan başqa, Kiçik Qafqaz, Gəncə və Qarabağ seysmik aktiv zonalardır.
Şuşa zonasından, Hadrutdakı ocağa gəlincə, təbii ki, 30 illik işğal zamanı bu ərazi alimlərimiz tərəfindən öyrənilməyib. Amma indi Qarabağ seysmoloqların tədqiqat obyektinə çevriləcək və burada təbii fəlakətlərin risklərinin qiymətləndirilməsi işi bərpa olunacaq.
Yekun olaraq deyə bilərəm ki, ölkənin ən seysmik aktiv zonaları Şamaxı-İsmayılı, Zaqatala, Şəki və Oğuzdur.
Payızda spesifik infeksiyalardan qorunmağın ən təsirli yolu peyvənddir.
Plastik əməliyyatlar vasitəsilə gözəlləşmək yalnız qadınlara xas xüs
"Yalı çapkını" serialında rol alan aktrisa Afra Saraçoğlunun so
Xəbər verdiyimiz kimi, aparıcı Çinarə Əliyeva qonaq olduğu "Özəl&
Alimlər televizorun qarşısında yuxuya getməyin nə qədər təhlükəli ol
Sonuncu dəfə "Yuvamdakı düşman" serialında rol alan türkiyəli
Ötən gün Qarabağ separatçıları "milli assableya" adlı qondarma
Çilidə 42 il əvvəl ölüm xəbəri verilən şəxs ailəsinə qovuşub.
Dünyaca məşhur model Cici Hadid yeni münasibətə başlayıb.
İzmir Böyükşəhər Bələdiyyə başçısı Tunç Soyer məşhurlara xərcl�
"Barbie" filmi "Warner Bros" şirkətinin tarixində ən ço
Ağdam-Xankəndi yolunda toplaşan bir qrup erməni sülhməramlılara hücum ed
Xalq artisti Röya Ayxan sosial şəbəkədə makiyajsız halını paylaşıb.
Şahzadə Diananın üç paltarı ABŞ-da hərraca çıxarılıb.
Biləsuvarda tanışlar arasında mübahisə birinin bıçaqlanması ilə nətic