Xankəndidə qarşıdurma: Son zərbəyə hazırlıq


Siyasət 24 Avq 2023 18:59:00 354 0

Xankəndidə qarşıdurma: Son zərbəyə hazırlıq

Azərbaycanın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan Xankəndi şəhərində son bir neçə gündə baş verən hadisələr ciddi siyasi prosesin məntiqi nəticəsi olaraq diqqəti çəkir.

Son.az axar.az-a istinadən bildirir ki, xüsusilə BMT TŞ-nin Ermənistanın tələbi əsasında Qarabağdakı vəziyyətlə bağlı müzakirə aparmasından sonra heç bir qətnamə, hətta bəyanat da qəbul edilməməsi separatçılar üçün "son ümid yerini" də məhv etdi. Bunun ardınca isə Xankəndidəki separatçılar arasında gərginlik açıq müstəviyə keçdi. Separatçılara rəhbərlik etməyə davam edən Araik Arutyunyanın "istefası" ətrafında aparılan müzakirə və təbliğat bu mübarizənin görünən tərəfi idi.

Qarabağa göndərilən rusiyalı milyarder Ruben Vardanyan "ən radikal mövqenin" təmsilçisi kimi bütün sərhədləri keçərək, Araikə qarşı açıq çıxış etdi və onu aşağıladı. Bildirdi ki, Araik "istefa" verəcəyini desə də, bu sözü də yalan çıxdı.

Araikin "istefası"nı ertələyən səbəblərdən biri isə "milis qüvvələrinin" rəhbəri Karen Matevosyanın "parlament"ə hücumu, Araikə dəstək verməyi tələb etməsi idi. Matevosyana qarşı Azərbaycan Baş Prokurorluğunun cinayət işi qaldırması Xankəndi şəhərində baş verən "siyasi" qarşıdurmanın silahlı müstəviyə keçəcəyi ehtimalında Azərbaycan Ordusunun fürsətdən dərhal istifadə edib, prosesi nəzarətə götürmək üçün şəhərə girəcəyinin anonsu sayıla bilərdi.

Beləliklə, "loyal" və Bakı ilə "danışıqlar aparılmasının" tərəfdarı kimi çıxış edən Samvel Babayan (əli azərbaycanlıların qanına batıb, "artsax qəhrəmanıdır"), radikal və Rusiya ssenarisinin baş rol ifaçısı Ruben Vardanyan və "istefa" verməyə belə səlahiyyəti çatmayan Araik Arutyunyan qruplaşmaları arasında mübarizədə sonuncu daha "uyğun" yol seçmək qərarı verib. Arutyunyan Matevosyanın silahlı müdaxiləsinin hansı nəticələrə səbəb olacağını hesabladığından, Azərbaycanın tələblərini qismən icra etməkdən başqa yol olmadığını anlamaqdadır.

Buna görə də "iclas" keçirildiyi və Ağdam-Xankəndi yolunun açılmasına razılaşdıqları, o cümlədən erməni icmasının nümayəndələri ilə Bərdədə görüşün mümkünlüyü mesajı verildi.

Bu, İkinci Qarabağ savaşından sonra başlayan siyasi mübarizənin növbəti mərhələsinin başa çatması, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əhəmiyyətlə həmlənin uğurudur. Ancaq buna qarşı dərhal Qərbdən də "reaksiyalar" gəlməkdədir:

1. ATƏT-in fəaliyyətdə olan həmsədri Andjey Kaspşik dərhal İrəvana gəldi və Paşinyan da daxil olmaqla, bir sıra görüşlər keçirdi;

2. Fransa XİN rəhbəri Ketrin Kolonna ermənistanlı həmkarı Ararat Mirzoyanla danışdı;

3. Belçika XİN rəhbəri Xədicə Labibi İrəvana səfər etdi...

Hadisələrin indiki anında bu səfərlərin məqsəd və hədəfi aydındır: danışıqlar üçün vaxt qazanmaq, prosesi uzatmaq və "nəfəs" almaq, ermənilərə "mübarizə üçün" stimul vermək, yeni oyunlara hazırlaşmaq.

Azərbaycanın bu anda qəbul etdiyi qərarlar misilsizdir: Fransanın hər kəsə bəlli olan mövqeyini tənqid edən Azərbaycan Kaspşiki Bakıya buraxmadı, bunun ardınca isə Belçika XİN başçısını Prezident İlham Əliyev qəbul etməkdən imtina etdi.

Bu, Azərbaycan dövlətinin müstəqillik tarixində ilk açıq-diplomatik demarş, son dərəcə sərt siyasi gediş və inanılmaz cəsarətlə öz gücünə arxalanan dövlətin böyük qətiyyətidir:

- Azərbaycan artıq ərazi bütövlüyünü azacıq da olsun, şübhə altına alan heç bir şəxsi qəbul etmir və bunu publik şəkildə elan edir;

- Azərbaycan ərazi bütövlüyünü azacıq da olsun, şübhə altına alan heç bir rəsmi nümayəndə ilə danışıqlar aparmır;

- Azərbaycan mandatına uyğun olmayan səfərlərlə regiona müdaxilə etməyə çalışan hər kəsi (hər bir dövləti) bloklayır;

- Azərbaycan siyasi təzyiqlərini bir an da olsun, dayandırıb, mənasız danışıqlara vaxt itirmək istəmədiyini "bağlı qapı arxasında" deyil, açıq şəkildə elan edir.

Bu, olduqca ciddi siyasi proseslərin görünən tərəfidir və ölkəmizin Xankəndidəki separatizmin kökünü ən qısa müddətdə kəsmək iradəsinin bariz nümunəsidir.

Hər şey ölçülüb, nəyin, nə vaxt və necə edildiyini zərgər dəqiqliyi ilə hesablayan İlham Əliyev son diplomatik-siyasi zərbəsinə hazırlaşır...

"Vergi ödəyin, amma kimlə gəldi evlənməyin" like
  • 24 Avq 18:48  
Şou-biznes "Vergi ödəyin, amma kimlə gəldi evlənməyin"

"Kəndimizdə 90 yaşlı bir nənə var. Boyu 1.50 sm olardı. Çox ucaboy

arrow Ətraflı
"Azərbaycanı ittiham etmək üçün həmin şəxsin zəngin fantaziyası olmalıdır" like
  • 24 Avq 18:46  
Siyasət "Azərbaycanı ittiham etmək üçün həmin şəxsin zəngin fantaziyası olmalıdır"

Bakı-Xankəndi dialoqu ilə bağlı Azərbaycanı dialoqu dəstəkləməməkdə

arrow Ətraflı
Putin üçün ən pis ssenari: like
  • 24 Avq 18:37  
Digərləri Putin üçün ən pis ssenari:

Mümkündür ki, "Vaqner" lideri Yevgeni Priqojini qiyamın təşkilat

arrow Ətraflı
Aktyor Hindistanın Aya tarixi uçuşunu ələ saldı, saxlanıldı like
  • 24 Avq 18:26  
Dünya Aktyor Hindistanın Aya tarixi uçuşunu ələ saldı, saxlanıldı

Bollivud aktyoru Prakaş Rac polis tərəfindən saxlanılıb.

arrow Ətraflı
Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olundu like
  • 24 Avq 18:15  
Digərləri Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olundu

Göyçayda toy karvanında avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib

arrow Ətraflı
"Humanitar məsələləri siyasi manupilasiyalardan ayırmalıyıq" like
  • 24 Avq 18:13  
Siyasət "Humanitar məsələləri siyasi manupilasiyalardan ayırmalıyıq"

Azərbaycanın təklifləri ondan ibarətdir ki, humanitar istiqamətdə pislə�

arrow Ətraflı
Sarkisyanın kürəkəninə qarşı yeni ittiham irəli sürülüb like
  • 24 Avq 18:04  
Dünya Sarkisyanın kürəkəninə qarşı yeni ittiham irəli sürülüb

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın kürəkəni, ölkənin Vatikan

arrow Ətraflı
Ad günündə sevgilisinin qucağında poz verdi like
  • 24 Avq 17:53  
Şou-biznes Ad günündə sevgilisinin qucağında poz verdi

Fransız rejissor Romain Qavrasla eşq yaşayan dünya şöhrətli müğənni Du

arrow Ətraflı
“Nar” “Stevie” mükafatına layiq görüldü like
  • 24 Avq 17:50  
Digərləri “Nar” “Stevie” mükafatına layiq görüldü

"Nar" "Stevie® International Business Awards" beynəlxalq b

arrow Ətraflı
Zəngəzur dəhlizinin rolu Hadca Labibin diqqətinə çatdırıldı like
  • 24 Avq 17:49  
Siyasət Zəngəzur dəhlizinin rolu Hadca Labibin diqqətinə çatdırıldı

Şərq-Qərb Orta Dəhlizi və onun artan rolu barədə danışarkən, yeni vəz

arrow Ətraflı
Azərbaycan və Ermənistan arasında real danışıqlarda prosesin irəliləməsi önəm kəsb edir like
  • 24 Avq 17:44  
Siyasət Azərbaycan və Ermənistan arasında real danışıqlarda prosesin irəliləməsi önəm kəsb edir

Hazırki dövrdə, işğal faktına son qoyulduqdan sonra Azərbaycan və Ermən

arrow Ətraflı
Ruslarla əlbir olanlar Krımı tezliklə tərk etsinlər like
  • 24 Avq 17:42  
Dünya Ruslarla əlbir olanlar Krımı tezliklə tərk etsinlər

İşğalçı hakimiyyətin cinayətlərində iştirak edən vətəndaşlar və r

arrow Ətraflı
"Tolik"ə qarşı dələduzluq like
  • 24 Avq 17:31  
Şou-biznes "Tolik"ə qarşı dələduzluq

Aparıcı, prodüser Tarix Əliyevə (Tolik) qarşı dələduzluq edilib.

arrow Ətraflı
"Azərbaycanla işləməyə davam edəcəyik" like
  • 24 Avq 17:20  
Digərləri "Azərbaycanla işləməyə davam edəcəyik"

Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Atom Enerjisi üzrə

arrow Ətraflı