Paşinyan abstrakt fikirlər səsləndirmək əvəzinə real addımlar atmalıdır ŞƏRH
Siyasət 27 İyn 2023 16:10:00 329 0
Ermənistan baş naziri Nikol Paşinyan bəzən özü də nə danışdığını bilmir. Ermənistan tərəfi bir çox məsələləri olduğu kimi dərk edir, amma bunu qəbul etmək istəmir. Bu reallıqları nəzərə alaraq müəyyən siyasət aparmağa cəsarət edə bilmir.
Bu xəbəri də oxu: Bayden Azərbaycana təşəkkür etdi
Bu barədə Trend-in suallarını cavablayarkən politoloq İlqar Vəlizadə deyib.
"Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirinin görüşündən öncə Ermənistan baş naziri Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında bir sıra fikirlərin səsləndirməsi müəyyən dərəcədə səciyyəvidir. Paşinyan indi çıxış yolu axtarmaqla məşğuldur. Lakin təssüflər olsun ki, Ermənistan tərəfi gələcəkdə hansı addımları atmaqları ilə bağlı qərar erməyiblər. Biz onlara qərar verməyə kömək edirik. Ermənistana yeni reallıqları qəbul etməyi təklif edirik. Prosesləri reallıqlar müəyyənləşdirəcək Paşinyanın açıqlamaları yox", - deyə İ.Vəlizadə qeyd edib.
Politoloq bildirib ki, hərdən elə bir fikir yaranır ki, Paşinyan baş nazir yox, filosofdur. Kənarda oturub hansısa mülahizələr deyir.
"Amma iş orasındadır ki, Paşinyan baş nazirdir və abstrakt fikirlər səsləndirmək əvəzinə real addımlar atması lazımdır. Bu real addımları Vaşinqton görüşündə gözləyirik. Görüşdə Ermənistan tərəfi yeni reallıqlarla bağlı qərarını verməlidir. Ya bu reallıqları qəbul etməlidir və sülh sazişi imzalanmalıdır və imzalancaq, ya da qəbul etməyəcək və onda bütün məsuliyyət Ermənistan hakimiyyəti üzərinə düşəcək. İkinci Qarabağ müharibəsi göstərdi ki, yalnış addımlar böyük fəlakət gətirə bilər. Ermənistanın yenə də şansı var. Amma bu son şansdı. Əgər yeni fəlakətlə qarşılaşmaq istəmirlərsə, reallıqları dərk edib öz oyunlarında əl çəkməlidirlər", - deyə İ.Vəlizadə əlavə edib.
Cənubi Afrikanın şərqində yüksək patogenli quş qripinin yayılması ilə
Qurban kəsilən bəzi ölkələrdə ən ucuz qoyun Azərbaycandadır.
Aktrisalığından çox eşq həyatı ilə danışılan Hande Erçel iş adamı
"Vaqner" Özəl Hərbi Şirkətinin ağır hərbi texnikaları Rusiya
Bakı Piano Festivalının kino proqramı İlona Bruverenin rejissoru olduğu La
Ukrayna Prezidenti Volodimir Zelenski öz sosial şəbəkə hesablarında mühar
Səhv etmirəmsə, 5 oktyabr 2020-ci ildə mən Xankəndidə, ordunun komanda m�
Ermənistan baş naziri Nikol Paşinyan 2020-ci ildə baş verən 44 günlük m�
Azərbaycan Müdafiə Nazirliyi (MN) Ermənistan tərəfinin yaydığı məlumat
Qurban bayramı ilə əlaqədar 106 kəsim məntəqəsi fəaliyyət göstərəc�
Sosial şəbəkələrdə çimərliklərin birində gənc oğlanın "VAZ 210
Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Kremlə çağırılıb
Ermənilər özləri də etiraf edir ki, Qarabağda heç bir aclıq yoxdur.
Rasion tərtib edərkən, yalnız dad üstünlüklərini deyil, həm də müəyy