Taksidə qiymətlər necə artacaq?


Digərləri 25 İyn 2023 13:31:00 220 0

Taksidə qiymətlər necə artacaq?

Son günlər ölkədə müzakirə olunan əsas mövzulardan biri də taksi fəaliyyəti sahəsində qanunvericiliyə gözlənilən dəyişikliklərdir.

Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, dəyişikliklərin taksi sahəsində qiymətin kəskin artmasına gətirib çıxaracağını iddia edənlər var. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisdə qanunverciliyə dəyişikliklə bağlı müzakirələrin birində deyib ki, məqsəd taksilərin sayını deyil, taksi sifarişlərinin sayını azaltmaqdır. Nazir taksi xidməti sahəsində qiymətlərin birmənalı şəkildə artacağını bildirib.

Bəs bütün bunların real əsasları varmı?

Məlum olduğu kimi, hazırda taksi fəaliyyəti ilə məşğul olmaq üçün əsasən avtomobil və mobil telefonun olması kifayət edirsə, yaxın müddətdə bu siyahı xeyli genişlənəcək. Belə ki, taksi fəaliyyətini daşıyıcı buraxılış vəsiqəsi, onun istifadəsində olan nəqliyyat vasitəsinə buraxılış kartı, taksi operatoru isə icazə əsasında davam etdirə biləcək. 

Bundan başqa, onlardan müəyyən sənədlər tələb olunacaq. Bunlar daşıyıcılar üçün avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinlərinin təşkili imkanı barədə sənədlər, sürücülərin narkotikə qarşı tibbi müayinələrinin nəticəsi barədə məlumatlar, sürücülərin hazırlıq kursunu keçməsi və digərləri ilə bağlı olacaq. Taksi sifarişi operatoru üçün tələb olunan sənədlərə isə onların istifadə etdiyi proqramlar barədə məlumatlar, taksi sifarişi xidmətinin göstərilməsi üçün Azərbaycan respublikasının ərazisində yerləşən filial və nümayəndəliyi barədə məlumatlar daxildir. 

Həmçinin indiyədək taksi fəaliyyəti ilə məşğul olan şəxslər fərqlənmə nişanı almaqdan yayınırdılarsa, bundan sonra bu, mümkün olmayacaq.  

Şübhəsiz ki, tələblərin artması taksi xidmətinin maya dəyərini də artıracaq. Ancaq qiymət artımının hansı səviyyədə ola biləcəyi də maraq doğurur. Əvvəlcə ondan başlayaq ki, buraxılış vəsiqəsi üçün rüsum 7 il ərzində 125 manat, buraxılış kartı üçün isə 7 il ərzində 25 manatdır. Eyni zamanda, taksi operatoru üçün 7 il ərzində 3 min manat dövlət rüsumu müəyyən edilib.

Fərqlənmə nişanı almaq üçün isə vergi uçotunda durmaq tələb olunur. Fərqlənmə nişanı üçün aylıq ödəniş 9 manat, o cümlədən Bakı şəhərində 18 (2 əmsal tətbiq edilir) manatdır. Bununla yanaşı, sosial sığorta və icbari tibbi sığorta haqqı ödənilir. 

Bütün bunlarla yanaşı, taksi minik avtomobilinə qət olunan məsafənin və boşdayanmanın müddətinin uçotunun aparılmasını, gediş haqqının məbləğinin hesablanmasını və bu barədə sərnişinin məlumatlandırılmasını təmin edən fiskal yaddaşlı xüsusi ölçü cihazının (taksometr) tətbiq edilməsi nəzərdə tutulur.

Həmçinin avtonəqliyyat vasitələrinin reysqabağı texniki vəziyyətinin yoxlanılması, sürücülərin tibbi müayinlərdən keçməsi tələbi xərclərə əlavə olunacaq.

Görünən odur ki, taksi fəaliyyəti sahəsində xərclərin kəskin artımı gözlənilmir. Deməli, qiymətin də kəskin artımı üçün əsas yoxdur. Ancaq istənilən halda taksi bazarında qiyməti şərtlərdən asılı olaraq aqreqatorlar müəyyən edir. Aqreqatorlar arasında rəqabətin qiymət müstəvisində aparıldığını nəzərə alanda, vəziyyəti təsəvvür etmək elə də çətin deyil: Məlum məsələdir ki, kəskin qiymət artımı taksi xidmətindən istifadə edənlərin sayının azalmasına, bu da öz növbəsində gəlirlərə təsirini göstərəcək. 

Böyük ehtimalla qiymət artımı özünü daha çox yaxın məsafələrə gedişlərdə göstərəcək. Təsadüfi deyil ki, müzakirələrdə taksi gedişlərinin 60 faizə qədərinin 1,5 -3 km ətrafında olması, bu məsafənin piyada və ya ictimai nəqliyyatla getməyin mümkünlüyü xüsusi vurğulanır. Məsafəsinə uyğun olaraq belə gedişlərin qiyməti də aşağı olduğundan bu istiqamətdə əhəmiyyətli qiymət artımı gözləmək olar. Qiymət artımı belə gedişlərin piyada və ya ictimai nəqliyyatla əvəzlənməsinə, R. Nəbiyevin vurğuladığı məqsədə -  taksi sifarişlərinin sayının azalmasına gətirib çıxara bilər. Nəticədə yaxın məsafələrə taksi sifarişinin azalmasını qiymət artımı kompensasiya edə bilər.   

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov da bu fikirdədir ki, qanunvericilikdə edilən dəyişikliklər taksi qiymətlərinin kəskin artımına gətirib çıxarmayacaq. Ekspert  "Qafqazinfo"ya açıqlamasında bunu bir neçə amillə əsaslandırıb. Hazırda taksi qiymətlərinin ucuz olduğu hesab edilsə də, müsahibimiz belə düşünmür: "Birincisi, hazırda taksi qiymətləri ucuz deyil, sadəcə əlçatandır. Bu gün taksi qiymətləri ölkə iqtisadiyyatına, əhalinin gəlirlərinə, ictimai nəqliyyatın qiymətinə mütənasibdir. İkincisi, taksi qiymətləri fiks tariflərlə deyil, dəyişən tariflərlədir. Mövsümə, iqlimə, sutkanın saatlarına görə tariflər dəyişir. İctimai nəqliyyatın digər növlərindən - avtobus və metrodan fərqli olaraq burada qiymət dövlət tərəfindən tənzimlənmir, sırf tələb-təklif əsasında formalaşır". 

Ekspert deyir ki, bu gün Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin özü də taksi qiymətlərinin yüksəlməsində heç də maraqlı deyil: "Taksi fəaliyyəti ilə məşğul olan bəzi şəxslər ola bilər ki, bunun əksini istəyirlər. Hər kəs istəyər ki, onun qazancı yüksək olsun. Lakin dövr dəyişib. Taksi artıq "premium" nəqliyyat növü deyil, ictimai nəqliyyatın bir qoludur. İri şəhərlərdə taksi qiyməti artıq hamı üçün əlçatandır. Xüsusən də qeyd etmək lazımdır ki, bu gün taksi fəaliyyətində istifadə olunan avtomobillərin amortizasiya xərcləri də azdır. Əgər əvvəllər mühərrik həcmi orta və böyük olan avtomobillər taksi fəaliyyətində istismar olunurdusa, bu gün amortizasiya və yanacaq xərcləri çox cüzi olan avtomobillər taksi xidmətində istifadə olunur. Ona görə də əgər avtomobilin texniki qulluğuna çəkilən xərclər azdırsa, qiymətlər niyə yüksəlməlidir? Bu baxımdan qanunvericiliyin dəyişib-dəyişməyəcəyindən asılı olmayaraq qiymətlər kəskin yüksəlməyəcək". 

E. Cəfərov bu qənaətdədir ki, Bakı şəhərində ictimai nəqliyyatı tənzimləməli olan qurumlar da qiymət artımında maraqlı deyil: "Belə olan halda Bakı sakinləri və qonaqları yollarda qalacaqlar. Onsuzda saatlarla dayanacaqlarda avtobus gözləyirlər. Marşrut xətlərinə buraxılan avtobusların sayı olduqca azdır.

Xətlərdəki avtobusların 50 faizi müasir sərnişindaşıma tələblərinə cavab vermir. Ona görə də taksilərin qiyməti yüksəlsə, insanlar taksilərdən istifadə etməsə, narazılıqlar yaranacaq. Onlar vaxtında işə və evə çata bilməyəcəklər. Bu zaman ölkə iqtisadiyyatına külli miqdarda ziyan dəyəcək. Onsuz da bu gün ictimai nəqliyyatın bərbad vəziyyətdə olması səbəbindən Bakı şəhərinin iqtisadiyyatına xeyli miqdarda maddi ziyan dəyir".

Keçmiş arvadını və oğlunu güllələyən 67 yaşlı kişiyə hökm oxunub like
  • 25 İyn 13:20  
Kriminal Keçmiş arvadını və oğlunu güllələyən 67 yaşlı kişiyə hökm oxunub

Bakıda keçmiş arvadını və oğlunu öldürməyə cəhddə təqsirləndiril�

arrow Ətraflı
Beynəlxalq yük daşımaları kontekstində Zəngəzur dəhlizinin əhəmiyyəti artıb like
  • 25 İyn 13:09  
Digərləri Beynəlxalq yük daşımaları kontekstində Zəngəzur dəhlizinin əhəmiyyəti artıb

Beynəlxalq yük daşımaları kontekstində Zəngəzur dəhlizinin əhəmiyyət

arrow Ətraflı
Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilib like
  • 25 İyn 13:02  
Siyasət Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi

arrow Ətraflı
Azərbaycanda 5 polkovnikə generalmayor rütbəsi verilib like
  • 25 İyn 13:00  
Siyasət Azərbaycanda 5 polkovnikə generalmayor rütbəsi verilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin beş hərbi qulluqçusuna "

arrow Ətraflı
"Ben bu cihana sığmazam"a vida edir like
  • 25 İyn 13:00  
Şou-biznes "Ben bu cihana sığmazam"a vida edir

Baş rolunu Oktay Kaynarcanın canlandırdığı "Ben bu cihana sığmazam&

arrow Ətraflı
Bakıda 32, bölgələrdə 35 dərəcə isti olacaq like
  • 25 İyn 12:49  
Digərləri Bakıda 32, bölgələrdə 35 dərəcə isti olacaq

İyunun 26-da gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
“Vaqner” muzdluları ilə döyüşdə 15 rusiyalı hərbçi ölüb” like
  • 25 İyn 12:48  
Dünya “Vaqner” muzdluları ilə döyüşdə 15 rusiyalı hərbçi ölüb”

""Vaqner" özəl hərbi şirkətinin muzdluları ilə qarşıdurm

arrow Ətraflı
Heyvan bazarında SON VƏZİYYƏT like
  • 25 İyn 12:37  
Digərləri Heyvan bazarında SON VƏZİYYƏT

Heyvan bazarında ət bahalaşıb.

arrow Ətraflı
AXCPdə qurultay şousu: like
  • 25 İyn 12:31  
Siyasət AXCPdə qurultay şousu:

Azərbaycan daxili siyasətinin müxalifət müstəvisindəki hadisələri sanki

arrow Ətraflı
Nar Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri təbrik etdi like
  • 25 İyn 12:28  
Digərləri Nar Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri təbrik etdi

Nar 26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində Azərbaycan Ordusuna m

arrow Ətraflı
Parlamentdə tibbi müayinə kağızının 1020 manata alınmasıdan DANIŞILDI... like
  • 25 İyn 12:26  
Digərləri Parlamentdə tibbi müayinə kağızının 1020 manata alınmasıdan DANIŞILDI...

Taksilərlə bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənk�

arrow Ətraflı
20 yaşlı arvadını və 8 aylıq körpəsini qətlə yetirən şəxslə bağlı like
  • 25 İyn 12:15  
Kriminal 20 yaşlı arvadını və 8 aylıq körpəsini qətlə yetirən şəxslə bağlı

Abşeron rayonunda həyat yoldaşı və 8 aylıq körpəsini öldürdükdən son

arrow Ətraflı
Türkiyədə dincəlməyi ağlınızdan belə keçirməyin... like
  • 25 İyn 12:04  
Digərləri Türkiyədə dincəlməyi ağlınızdan belə keçirməyin...

Aviabiletlərin bahalaşması turpaketlərin qiymətlərini artırıb.

arrow Ətraflı
4 aylıq körpəsini itlə eyni otaqda qoydu like
  • 25 İyn 12:00  
Dünya 4 aylıq körpəsini itlə eyni otaqda qoydu

ABŞ-nin Florida ştatında Kloi Vişnevski adlı 21 yaşlı ana 4 aylıq körp

arrow Ətraflı
"Belarusun "Vaqner" qiyamında əli ola bilər" like
  • 25 İyn 11:53  
Dünya "Belarusun "Vaqner" qiyamında əli ola bilər"

"Belarusun "Vaqner" qiyamında əli ola biləcəyini istisna etmi

arrow Ətraflı