“Gəlinim bizimlə yaşayanda ərim evdə köynəksiz gəzmirdi” VİDEO


Şou-biznes 24 İyn 2023 17:22:00 224 0

“Gəlinim bizimlə yaşayanda ərim evdə köynəksiz gəzmirdi”  VİDEO

"Qayınana bir ana deməkdir. Əgər ananı sevirsənsə, qayınananı da sevməlisən. Oğlum Babək həyat yoldaşı ilə beş il bizim yanımızda yaşadı. Sonra ev aldıqdan sonra yanımızdan köçdülər. İnanın ki, bu beş il ərzində zərrə qədər aramızda narahatlıq olmadı. Hər səhər gəlin mənimlə gəlib öpüşür, görüşürdü".

Son.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri aşıq Zülfiyyə İbadova müğənni oğlu Babəklə qonaq olduğu "Günaydın, Azərbaycan!" səhər şousunda deyib.

Beş il gəlini ilə birlikdə yaşadığını söyləyən sənətçi bildirib ki, bu illər ərzində həyat yoldaşı utandığından evdə köynək və idman şalvarında gəzməyib:

"Biz bir binada, lakin ayrı-ayrı evlərdə yaşayırıq. Amma onlar sərbəst olsalar daha yaxşıdır. Həyat yoldaşım çox abırlı, ismətli insandır. O, köynəksiz evdə gəzmir. Bu, mümkün də deyil. Görürdüm ki, o gəlinin yanında narahat olur. Hətta idman şalvarı belə gəlinin yanında geyinmirdi".

Aşıq vurğulayıb ki, indiki gəlinlərin cibinə valideyinləri bahalı telefon qoyur ki, qayınana ilə qayınatanın danışdıqlarını yazsın:

"Babək hələ evlənməmişdi, həyat yoldaşıma jurnalist verilişlərin birində sual verdi ki, "Necə bir gəlin istəyirsiniz?" Cavab verdi ki, "Sadə, səmimi, olana şükür edən bir gəlin,I oğlum Babək üçün istəyirik". Jurnalist isə "Çox çətin olacaq" dedi. Həyat yoldaşım isə bu sözlərə qarşılıq olaraq söylədi ki, "Əvvəllər analar qızların cibinə daş qoyurdular ki, daş dillənsə sən də dillən. Amma indi isə diktofon qoyurlar ki, qayınana və qayınatanın səsini yazasan". Amma şükür Allaha ki, bizim ailədə elə bir problem olmayıb".

Z.İbadovanın sözlərinə görə, oğlu Babək yaxın qohumları ilə evlənsə də, əvvəllər ailələri arasında gediş-gəliş olmayıb:

"Gəlinimin atası dayım oğlu olsa da, gediş-gəlişimiz olmayıb. Babək həyat yoldaşını toyda görüb bəyənmişdi. Sonra biz məsləhət elədik ki, evlənsinlər. Oğlum Babək mənə oğul kimi deyil, kürəkənim kimidir. Gəlinim isə qızımdır. Gəlinim Babəkdən daha çox mənə yaxındır. Elə bilirəm ki, gəlinim doğma övladımdır. Babək isə mənə qarşı daha sərtdir".

Fuad Muradovdan Rostov və Voronejdə yaşayan azərbaycanlılarla bağlı açıqlama like
  • 24 İyn 17:08  
Digərləri Fuad Muradovdan Rostov və Voronejdə yaşayan azərbaycanlılarla bağlı açıqlama

"Həm Rostov, həm Voronejdə müvafiq şöbəmiz orada yaşayan azərbayca

arrow Ətraflı
Rusiyada hərbi vəziyyəti pozmağa görə 30 sutka həbs cəzası veriləcək like
  • 24 İyn 16:56  
Dünya Rusiyada hərbi vəziyyəti pozmağa görə 30 sutka həbs cəzası veriləcək

Rusiyada hərbi vəziyyəti pozmağa görə 30 sutka həbs cəzası veriləcək.

arrow Ətraflı
Körpələr evində qanunsuzluqlarla bağlı cinayət işi başlandı like
  • 24 İyn 16:44  
Digərləri Körpələr evində qanunsuzluqlarla bağlı cinayət işi başlandı

Mingəçevir şəhər 10 saylı "Qərənfil" körpələr evi və uşaq

arrow Ətraflı
Putin Ərdoğana zəng edib like
  • 24 İyn 16:40  
Digərləri Putin Ərdoğana zəng edib

Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb və silahlı üsy

arrow Ətraflı
Dünya onu "Putinin aşpazı", ən yaxın dostu adlandırırdı  Üsyankar Priqojin like
  • 24 İyn 16:30  
Dünya Dünya onu "Putinin aşpazı", ən yaxın dostu adlandırırdı Üsyankar Priqojin

Xəbər verdiyimiz kimi, Rusiyanın muzdlu qruplaşması olan "Vaqner"

arrow Ətraflı
Kreml Putinin Moskvanı tərk etdiyinə dair məlumatı təkzib etdi like
  • 24 İyn 16:22  
Dünya Kreml Putinin Moskvanı tərk etdiyinə dair məlumatı təkzib etdi

Rusiya Prezidenti Vladimir Putin Moskvanı tərk etdiyinə dair məlumat yayıl�

arrow Ətraflı
"Ərinizi yataqda razı salın, cənnəti qazanın"  VİDEO like
  • 24 İyn 16:18  
Digərləri "Ərinizi yataqda razı salın, cənnəti qazanın" VİDEO

Cübbəli Əhməd Hoca adı ilə məhşurlaşan Əhməd Mahmud Ünlü evlilikdə

arrow Ətraflı
"5 qardaşımı və 2 balasını itirmişəm" like
  • 24 İyn 16:06  
Şou-biznes "5 qardaşımı və 2 balasını itirmişəm"

Müğənni Nazənin Salayeva 5 qardaşını itirdiyini açıqlayıb.

arrow Ətraflı
Azərbaycan Ermənistanın Laçın yolunda təxribatları təkrarlamayacağına dair zəmanət tələb edir like
  • 24 İyn 16:04  
Siyasət Azərbaycan Ermənistanın Laçın yolunda təxribatları təkrarlamayacağına dair zəmanət tələb edir

24 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazi

arrow Ətraflı
6cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Muğam Marafonu” başlayıb  FOTO like
  • 24 İyn 15:56  
Kriminal 6cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Muğam Marafonu” başlayıb FOTO

"Muğam aləmi" 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində

arrow Ətraflı
26 il əvvəl törədilmiş qətlin üstü açılıb like
  • 24 İyn 15:54  
Kriminal 26 il əvvəl törədilmiş qətlin üstü açılıb

26 il əvvəl törədilmiş qətlin üstü açılıb.

arrow Ətraflı
Uşağın bu hərəkəti görənləri şoka saldı  Beşikdən belə qaçdı  VİDEO like
  • 24 İyn 15:42  
Digərləri Uşağın bu hərəkəti görənləri şoka saldı Beşikdən belə qaçdı VİDEO

Kolumbiyada azyaşlı oğlanın çarpayısından necə qaçması ilə bağlı g�

arrow Ətraflı
“Günay Sığorta”nın lisenziyası ləğv olundu like
  • 24 İyn 15:40  
Digərləri “Günay Sığorta”nın lisenziyası ləğv olundu

Azərbaycan Mərkəzi Bankı (AMB) "Günay Sığorta" ASC-nin lisenziy

arrow Ətraflı