“Priqojin ya könüllü təslim olmalı, ya da müqavimət göstərməli idi”


Dünya 24 İyn 2023 10:19:00 284 0

“Priqojin ya könüllü təslim olmalı, ya da müqavimət göstərməli idi”

"Vaqner" muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin üsyana sağ qalmaq cəhdi kimi baxır".

Son.az "report"a istinadən bildirir ki,  bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu yazıb.

Qeyd olunub ki, Rusiya Müdafiə Nazirliyinin "Vaqner"i tamamilə özünü tabe etmək istiqamətindəki səyləri Priqojinin bu təşkilata nəzarəti tamamilə itirməsinə səbəb ola bilərdi: "Yevgen Priqojin ya könüllü təslim olmalı, ya da Müdafiə Nazirliyinə müqavimət göstərməli idi. O, həlledici qərar verməyə məcbur idi. Görünür, "Vaqner" rəhbərliyi ikinci variantı seçib".

Amerikalı analitiklərin fikrincə, Y.Priqojin yüksək rütbəli rus zabitlərinin və hərbi qulluqçularının etimadını qazanmaq istəyirdi: "Ordu generalı Sergey Surovikin isə onun hərəkətlərini pislədi. Bu, onu deməyə əsas verir ki, "Vaqner" rəhbəri məqsədinə çata bilməyəcək".

ABŞ institutu xatırladıb ki, Y.Priqojin bütün Rusiya ordusunu "Vaqner"ə qoşulmağa çağırıb: "O, müdafiə naziri Sergey Şoyqunu və baş qərargah rəisi Valeri Gerasimovu on minlərlə rus əsgərinin əbəs yerə ölümündə günahlandırıb. Y. Priqojin, çox güman "Vaqner"ə verilən dəstəklə bağlı yanılıb. Çünki "Vaqner"in əsas müttəfiqlərindən biri olan S. Surovikin belə "Vaqner"in şəxsi heyətini Priqojinin əmrlərinə tabe olmamağa çağırıb".

Bildirilib ki, "Vaqner" in açıq-aşkar təhdidlərinə baxmayaraq, Rusiya Müdafiə Nazirliyində ciddi dəyişikliklərin olacağı gözlənilmir: "S. Şoyqu və V. Gerasimov Prezident Vladimir Putinə sadiq kadrlardır. Odur ki, V. Putin ehtimal edilən dəyişlikliyə imkan verməz".

Xatırladaq ki, "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bəyan edib ki, Rusiya hərbçiləri "Vaqner" muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə "Vaqner"in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.

Prezidentin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, güc strukturları Rusiya prezidenti Vladimir Putinə üsyan cəhdi ilə bağlı görülən tədbirlər barədə hesabat verir. Son.az

“Vaqner” döyüşçüsü Rusiya polislərini ələ saldı: “Sabahınız xeyir, uşaqlar” like
  • 24 İyn 10:14  
Dünya “Vaqner” döyüşçüsü Rusiya polislərini ələ saldı: “Sabahınız xeyir, uşaqlar”

"Vaqner" özəl hərbi şirkətinin döyüşçüləri ələ keçirdikl

arrow Ətraflı
Gerasimov Priqojindən qaçıb gizlənib? like
  • 24 İyn 10:09  
Dünya Gerasimov Priqojindən qaçıb gizlənib?

"Vaqner"in nəzarətindəki kanallar iddia edirlər ki, Rusiya Silahl�

arrow Ətraflı
Rusiyanın güc strukturları “Vaqner”in ofisinə daxil oldular like
  • 24 İyn 10:04  
Dünya Rusiyanın güc strukturları “Vaqner”in ofisinə daxil oldular

Rusiyada vəziyyət gərginləşməkdə davam edir. Son.az xəbər verir ki,�

arrow Ətraflı
"Bosch" brendinin yeni "Accent | Line Carbon Black Collection" premium xətti artıq Bakıda! like
  • 24 İyn 10:00  
Digərləri "Bosch" brendinin yeni "Accent | Line Carbon Black Collection" premium xətti artıq Bakıda!

Mayın 24-də Baku Ritz-Carlton otelindəki Şuşa ziyafət zalında, "Bosc

arrow Ətraflı
Britaniyada smartfonlar “dəli oldu”: like
  • 24 İyn 09:28  
Dünya Britaniyada smartfonlar “dəli oldu”:

Böyük Britaniya Milli Polisinin Rəislər Şurası "Android 12"də s

arrow Ətraflı
Rusiya Kiyevdə yaşayış binasını raketlə vurub, ölənlər var like
  • 24 İyn 08:54  
Dünya Rusiya Kiyevdə yaşayış binasını raketlə vurub, ölənlər var

Rusiya Silahlı Qüvvələri Ukrayna paytaxtına raketlərlə hücum edib.

arrow Ətraflı
Kolleksiyasındakı əsərlər 2 dəfə baha qiymətə satıldı like
  • 24 İyn 08:48  
Dünya Kolleksiyasındakı əsərlər 2 dəfə baha qiymətə satıldı

Parisdəki "Bonhams-Cornette de Saint Cyr" hərrac evində fransız ak

arrow Ətraflı
Rostov “Vaqnerçi”lər tərəfindən ələ keçirildi like
  • 24 İyn 08:45  
Digərləri Rostov “Vaqnerçi”lər tərəfindən ələ keçirildi

Rusiyanın Rostov şəhəri "Vaqnerçi"lər tərəfindən ələ keçi

arrow Ətraflı
ABŞ kəşfiyyatı: “SARSCoV2” virusu bioloji silah kimi... like
  • 24 İyn 08:42  
Digərləri ABŞ kəşfiyyatı: “SARSCoV2” virusu bioloji silah kimi...

ABŞ kəşfiyyatında Çinin Vuhan Virusologiya İnstitutunda (WIV) baş verən

arrow Ətraflı
Nərimanovda polis əməkdaşını avtomobil vurdu like
  • 24 İyn 08:34  
Digərləri Nərimanovda polis əməkdaşını avtomobil vurdu

Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən

arrow Ətraflı
"50 minə çəkilən filmin keyfiyyəti nə olacaq?"  Aparıcıaktyordan like
  • 24 İyn 08:30  
Şou-biznes "50 minə çəkilən filmin keyfiyyəti nə olacaq?" Aparıcıaktyordan

Aparıcı-aktyor Sərxan Kərəmoğlu çəkilən filmlərdən narazılıq edib.

arrow Ətraflı
İkinci helikopter vuruldu  Priqojin açıqladı like
  • 24 İyn 08:26  
Digərləri İkinci helikopter vuruldu Priqojin açıqladı

"Vaqner" özəl hərbi dəstəsi Moskva şossesində onlara hücum ed�

arrow Ətraflı
Bakıda 31 yaşlı qadın xəstəxanalıq oldu like
  • 24 İyn 08:15  
Digərləri Bakıda 31 yaşlı qadın xəstəxanalıq oldu

Bakının Nəsimi rayonunda döyülmə hadisəsi baş verib.

arrow Ətraflı
Musiqi idmandan da faydalıdır like
  • 24 İyn 07:53  
Digərləri Musiqi idmandan da faydalıdır

Musiqi ilə hər cür qarşılıqlı əlaqə orqanizm üçün faydalıdır - din

arrow Ətraflı