Həkimlərin kommersiya məqsədli reseptlərinə qadağa... VİDEO
Digərləri 21 İyn 2023 19:10:00 334 0
Bu xəbəri də oxu: Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
Xəbər verdiyimiz kimi, həkimlərin kommersiya məqsədli dərmanları reseptə yazması qadağan olunacaq.
Bu məsələ "Dərman vasitələri haqqında" qanuna təklif edilən dəyşikliklərdə öz əksini tapıb. Bildirilir ki, reseptlər elektron formada yazılacaq və bu sahədə bir çox nöqsanlar aradan qalxacaq
Son.az Xəzər TV-yə istinadən bildirir ki, qanuna təklif edilən dəyşikliklər barədə məlumat verən millət vəkili Müşfiq Məmmədli deyib ki, faktiki olaraq bu gün dərman peraparatlarının əksər hissəsi azərbaycana idxal edilir. Bəzən apteklərdə eyni dərmanların müxtəlif qiymətlərə satıldığı halları da müşahidə edilir. Yeni qanun dərmanların qeydiyyat prosesini asanlaşdıracaq. Üstəlik rəqabət mühiti yaradılacaq.
Qanunla həmçinin dövlət qeydiyyatına alınan dərmanların tənzimlənən qiymətlərdən baha satılması qadağan olunur. Üstəlik dərmanların qiymətlərinin aşağı həddi də müəyyən edilmir.
Təklifə əsasən, reysterdən keçməyən dərman vasitələrinin satışı ölkədə qadağan edilir. Bu dərmanlar ölkəyə yalnız xüsusi hallarda gətirilə bilər. Yəni dərmanlar pasiyentin sifarişi əsasında yalnız reseptdə yazılan miqdarda gətiriləcək.
Təklif edilən digər dəyşikliyə əsasən dərman vasitələrinin ekspertizası qaydası dəyişdirilir. Dəyişikliklə dərman vasitələri Azərbaycanda dövlət qeydiyyatı və onların keyfiyyətinə nəzarət məqsədi ilə, idxal zamanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən ekspertizadan keçirilir.
Qeyd edək ki, "Dərman vasitələri haqqında" qanuna təklif edilən dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
İyunun 21-də Bakı vaxtı ilə saat 18:57-də Azərbaycana yay fəsli daxil ol
Küləkli çərşənbə axşamı virtuozlar Norbert Kael və Vadim Abramovun kon
Vətən müharibəsi qəhrəmanı, şəhid Valeh Bədəlovun anası Südabə Qaz
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı işə qəbul
Müğənni Şakira uşaqlara Jerar Pikenin qardaşının toyuna getməyi qadağa
Samsung Electronics şirkəti "Everyday Sustainability" strategiyasın
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttif
Politoloq Əli İsgəndərov iyunun 21-də 45 yaşında vəfat edib.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı işə qəbul
Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisi Hüseyn Axundova hökm ox
Rusiyalı alimlər qan testi ilə beyin xərçəngini erkən mərhələdə müə
Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Az�