Müharibə daha DƏHŞƏTLİ hal alır "Bu ölkələr savaşa daxil olur"
Dünya 21 İyn 2023 07:40:00 360 0
Rusiya gecə saatlarında Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla, ölkənin şərqindən qərbinə qədər bir çox şəhərə hava hücumları təşkil edib. Ukrayna Silahlı Qüvvələrindən verilən açıqlamada Rusiya tərəfindən atılan İran istehsalı olan 30 "Shahed" pilotsuz təyyarəsindən 28-nin Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu qeyd edilib.
Bu xəbəri də oxu: “Cessna 182” tipli təyyarə qəzaya uğradı
Son.az musavat.com-a istinadən bildirir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukrayna ordusunun itirilmiş torpaqları geri almaq üçün başlatdığı əks-hücumlarla bağlı açıqlama verib.
Şoyqu hücumların Donetsk və Zaporojye bölgələrində mərkəzləşdiyini bildirib:
"Kiyev rejimi bu hücumlarda NATO mütəxəssisləri tərəfindən yetişdirilmiş kadrlardan və qərblilərin göndərdiyi silahlardan istifadə edir. Ukrayna 4 iyundan bəri Rusiya əsgərlərinin mövqelərinə 263 hücum həyata keçirib. Qoşunlarımızın fədakarlığı nəticəsində bütün hücumlar dəf edildi və düşmən öz məqsədinə nail ola bilmədi".
Nazir Rusiya Hərbi Hava Qüvvələrinin fəaliyyəti ilə bağlı məlumat da verib:
"Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiyanın hava fəaliyyətlərinin intensivliyi iki dəfə artıb. Bu günə qədər AN-124 və İL-76 təyyarələri 10 mindən çox uçuş edib, 300 min personal, 2 min 300 texnika və 160 mindən çox hərbi yük daşınıb".
Sergey Şoyqu Ukraynanın hücum planı ilə bağlı kəşfiyyat məlumatı aldıqlarını ifadə edib:
"Bizim kəşfiyyat məlumatlarımıza görə, Kiyev rejimi Krım da daxil olmaqla Rusiya Federasiyası ərazisinə HIMARS və "Storm Shadow" raketləri ilə hücum etməyi planlaşdırır".
HIMARS raketlərinin ABŞ-ın Ukraynaya, "Storm Shadows" raketlərinin isə Böyük Britaniya tərəfindən Ukraynaya verildiyini xatırladan Şoyqu qeyd edib ki, "bu raketlərin xüsusi hərbi əməliyyatlar zonasından kənarda istifadəsi Böyük Britaniya və ABŞ-ın münaqişədə birbaşa iştirakı demək olacaq və belə olan halda Ukrayna torpaqlarında qərar qəbuletmə mərkəzlərinə təcili hücum ediləcək".
Qeyd edək ki, Britaniya ötən ay Rusiyanın hücumlarından müdafiə üçün Ukraynaya 250 kilometr mənzilli "Storm Shadow" raketləri tədarük etdiyini açıqlamışdı. Britaniyanın müdafiə naziri Ben Uolles raketlərin sadəcə Ukrayna torpaqlarında istifadə olunacağını bəyan etmişdi.
İyunun 20-nə keçən gecə Sabirabad şəhərində 17 yaşlı qızın həşər
Kipr Ukraynaya silah vermək fikrində deyil, çünki əks halda o, müdafiəsiz
ABŞ prezidenti Co Bayden Moskva rəhbərliyinin Belarusda yerləşdirdiyi nüv�
Ukraynanın cənubunda bir neçə istiqamətdə müəyyən irəliləyiş var, la
Böyük Britaniya və Azərbaycan qlobal təhlükələrə qarşı birgə mübari
Terapevt Aleksey Jito hipotenziyası olan insanlar üçün əsas qidalanma qayda
Hazırda mənzillərin qiyməti bahalaşmaqda davam edir.
Rusiyada məhkəmə bu ölkənin silahlı qüvvələrinin Ukraynanın döyüş b
COVID-19 pandemiyasından bəri bir çox insan uzaqdan işləməyə keçib. Bunu
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Xalq artisti Natiq Şirinovun özü kimi nağara ifaçısı olan oğlu Ümid Nat