Taksiyə minmək üstündə DAVA DÜŞDÜ: dostlarının yanında öldürüldü TƏFƏRRÜATLAR


Kriminal 19 İyn 2023 22:15:00 330 0

Taksiyə minmək üstündə DAVA DÜŞDÜ: dostlarının yanında öldürüldü  TƏFƏRRÜATLAR

CİNAYƏT İŞİ

Qısa arayış...

2021-ci il sentyabrın 15-i gecə saat 2 radələrində 1992-ci il təvəllüdlü Zərdab rayon sakini, Cabir Abulov aldığı bıçaq yarasından 3 saylı şəhər Kliniki Xəstəxanasında ölüb.   Daxil olan məlumatla əlaqədar Sabunçu rayon Prokurorluğunun əməkdaşları araşdırmalara başlayıblar. Məlum olub ki, hadisə Maştağa-Zabrat şossesində, Olimpiya İdman kompleksi ilə üzbəüz yerləşən kafenin qarşısında baş verib. Hadisə yerinə baxıda iştirak etmiş Rüfət Səlimov Cabir Abulovun piyada keçidinin yanında bıçaqlandığı və yıxıldığı yeri, həmçinin cinayəti törədən şəxsin taksi ilə uzaqlaşdığı istiqaməti göstərib.   Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ayın 16-da şübhəli şəxs qismidə Ağcabədi rayon sakini, 1975-ci il təvəllüdlü İlqar İsmayılov saxlanılıb.    Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Son.az bildirir ki, Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib

İstintaqla müəyyən edilib ki, İlqar İsmayılov Sabunçu qəsəbəsində bir yerdə kirayədə yaşadığı Akif Cəbiyev və sonuncunun iş yoldaşı Elnur Çobanovla sentyabrın 14-ü saat 20-dən 23:30-dək Kürdəxanı qəsəbəsində yerləşən kafedə yeyib-içiblər. Sərxoş vəziyyətdə məclislərini davam etdirən şəxslər pivə içmək üçün taksi ilə Maştağa-Zabrat şossesi, Olimpiya İdman Kompleksinin qarşısında yerləşən digər kafeyə gəliblər. Avtomobildən düşəndə yolun kənarında dayanan əvvəllər tanımadıqları Elzamin Əsədov, Ümid Bayramov və Cabir  Abulov yaxınlaşaraq, onlardan taksidən tez düşməklərini tələb ediblər. Bu məzmunda aralarında sözlü mübahisə yaranıb. Elnur Çobanovun Elzamin Əsədovla əlbəyaxa olacaqlarını görən İlqar İsmayılov maşından düşərək, onlara dalaşmamalarını bildirib və qarşı tərəfi söyüb. Cabir Abulov İlqara söyüş söyməməsinə dair haqlı irad bildirib. Bundan sonra, İlqar üzərindəki açılıb-qatlanan bıçağı çıxarıb, Cabirin qarnına bir dəfə zərbə vurub. Nəticədə xəstəxanaya yerləşdirilən C. Abulov orada ölüb.

İş üzrə dindirilmiş İlqar İsmayılov bildirib ki, əvvəllər ailəli olub. 2017-ci ildə rəsmi qaydada boşandıqdan sonra, vaxtaşırı övladları ilə görüşüb:

"Sabunçu qəsəbəsinin Asif Əsədullayev küçəsində, fərdi evdə kirayədə yaşayırdım. Yadımdan çıxdığı üçün hadisə günü bıçaq üzərimdə qalmışdı. Ayın 14-də Kürdəxanı qəsəbəsində tanışım Akif və onun iş yoldaşı Elnurla birlikdə 700 qram araq içdik. Daha sonra taksiyə əyləşərək, pivə içmək üçün Maştağaya getdik. Başqa kafeyə getməyimizi israrla Akiflə Elnur təklif etdi. Taksi sürücüsü avtomobili obyektin qarşısında saxladı. Akif ya Elnur sürücüyə pul verəndə tanımadığımız 8-9 nəfər yaxınlaşaraq, bizi taksidən düşməyə tələsdirməyə başladılar.

Mən onlara "imkan verin düşək, bu qədər adam maşına necə əyləşəcək" söyləyərək, iradımı bildirdim. Avtomobildən düşən Elnur bizdən biri ilə mübahisə etdi. Qarşı tərəfdən çox adam var idi. Bizi sıxışdırdıqları üçün qorxdum və cibimdən bıçağı çıxararaq, özümü müdafiə etmək istədim. Cabir adlı oğlan ünvanıma söyüş söyəndə, qarnına zərbə endirdim".

İlqar İsmayılov   Şahid Elzamin Əsədov bildirib ki, Cabir Abulov Sabunçu xəstəxanasında mühafizəçi işləyib:

"Sentyabrın 14-də Maştağa qəsəbəsində fəaliyyət göstərən kafedə Ümid və Cabirlə yeyib-içdik. Kafenin sahibi  obyekti artıq bağladığını bildirdikdə, ordan çıxdıq. Yolun kənarında dayanan taksiyə yaxınlaşdıq. Pəncərədən boylanaraq, sürücüdən maşının boş olub-olmadığını soruşdum. Bu zaman salonda ön oturacaqda əyləşən şəxs korsan, görmürsən boş deyil deyərək, yaxamdan tutdu və özünə doğru dartaraq, köynəyimi cırdı. Taksidən düşən digər şəxslə mübahisə etməyə başladım. Cabir Abulovun bıçaqla vurulduğu anı görməmişəm".   Şahid Ümid Bayramov bildirib ki, Elzamin taksi tapmaq üçün onlardan qabaqda gedib:

"Qara rəngli "Toyota" markalı avtomobilə yaxınlaşandan bir dəqiqə sonra Elzaminin ön oturacaqda əyləşən sərnişinlə mübahisə etdiyini gördüm. Davanın qarşısını almaq üçün Elzaminə tərəf qaçdım. Taksidə, arxa oturacaqda əyləşən şəxs avtomobildən düşüb köynəyini çıxartdı və dostumun üstünə getdi. Bir neçə dəqiqədən sonra qarşı tərəfdən olan şəxslərdən biri qışqıraraq "tez maşına əyləşmələrini" dedi. Onlar taksiyə oturub, uzaqlaşdılar. Bıçaq xəsarəti alan Cabir Abulovu xəstəxanaya apardıq. İlqar İsmayılovun Cabirlə dalaşdığını görməmişəm".

Cabir Abulov   Şahid Akif Cəbiyev ifadəsində göstərib ki, hadisə baş verən gün tanışları İlqar və Elnurla birlikdə oğlunun ad gününü qeyd edib:

"Kürdəxanı yolunda yerləşən kafedə araq içdik. Təxminən saat 23:30-da ordan çıxdıq və Maştağaya yollandıq. İçkili olsam da, hər şeyi xatırlayıram. Tanımadığım şəxs yaxınlaşıb, pəncərədən "taksinin boş olub-olmadığını?" soruşdu. Bu sual mübahisəyə səbəb oldu. Sürücüyə 50 manat verdim və onun qalığı qaytarmasını gözlədim. Hadisənin necə baş verdiyini görməmişəm. Taksidən düşmək istəyəndə İlqarla Elnur əyləşərək "söhbət qutardı, gedək" dedilər. Həmin avtomobillə ordan uzaqlaşdıq. Yolda taksini dəyişərək digərinə əyləşdik. İlqar kimisə vurduğunu deyəndə, sözünə əhəmiyyət vermədim. Evə qayıtdıq. Səhərisi gün, adam öldürüldüyünü bildim. İlqara məxsus bıçaq evdə masanın üzərində idi. Amma tanışım əşyalarını yığıb, gedərkən bıçağı özü ilə götürdü. Hadisə baş verən gecə İsmayılovun cibində bıçaq olduğunu ümumiyyətlə bilmirdim".

Hadisə olan yer   Məhkəmə iclasında İlqar İsmayılov ittiham üzrə özünü təqsirli bilməyərək, ona bəraət verilməsini istəyib. Bildirib ki, Cabir Abulovu o, yox, Akif Cəbiyev öldürüb. Onun sözlərinə görə, Cabirə zərbə vuranın kim olduğunu hadisə yerində olan şəxslər çox yaxşı bilir, sadəcə təzyiq göstərildiyindən, onlar düzgün ifadə verməyiblər.   Zərərçəkmiş şəxsin hüquqi varisi Şəmsi Abulov təqsirləndirilən şəxsə qanunvericiliklə müəyyən olunmuş qaydada cəza verilməsini xahiş edib.

Cabirin meyiti   Məhkəmə İlqar İsmayılovun Cabir Abulovu öldürmədiyinə dair verdiyi ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirib. Məhkəmə hesab edib ki, İlqar İsmayılovun Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilib.   Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar İsmayılov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.

Elşad İsgəndərov: Azərbaycan minalarla çirklənmiş ərazilərinin artıq onda birini təmizləyib   FOTO like
  • 19 İyn 22:09  
Siyasət Elşad İsgəndərov: Azərbaycan minalarla çirklənmiş ərazilərinin artıq onda birini təmizləyib FOTO

19 iyul tarixində Cenevrədə Piyadalar Əleyhinə Minaların Qadağan Olunmas�

arrow Ətraflı
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb like
  • 19 İyn 22:08  
Kriminal İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb

İyun ayının 18-də saat 02:10-da Dövlət Sərhəd Xidməti və Daxili İşl�

arrow Ətraflı
Kerem Bürsin sevgilisindən ayrıldı  FOTO like
  • 19 İyn 22:00  
Şou-biznes Kerem Bürsin sevgilisindən ayrıldı FOTO

Türkiyəli aktyor Kərəm Bürsin sevgilisi Mehtap Alagüllə ayrılıb.

arrow Ətraflı
Ukrayna kəşfiyyatı Kadırovu axtarır like
  • 19 İyn 21:51  
Dünya Ukrayna kəşfiyyatı Kadırovu axtarır

2023-cü ildə Ramzan Kadırov və ailəsinin müdafiəsinə təxminən 201 mily

arrow Ətraflı
Mərdəkanda dənizdə batan şəxsin meyiti tapıldı like
  • 19 İyn 21:44  
Digərləri Mərdəkanda dənizdə batan şəxsin meyiti tapıldı

Mərdəkanda dənizdə batan şəxsin meyiti tapılıb.

arrow Ətraflı
Bu ölkədə robot polislər işə başlayıb like
  • 19 İyn 21:37  
Digərləri Bu ölkədə robot polislər işə başlayıb

Sinqapur Respublikasında robot polislər fəaliyyətə başlayıb.

arrow Ətraflı
Estetikli halı bəyənilmədi  FOTO like
  • 19 İyn 21:30  
Şou-biznes Estetikli halı bəyənilmədi FOTO

Tədbirlərin birində görüntülənən tükiyəli müğənni Mustafa Sandal �

arrow Ətraflı
Türkiyəli müğənni vəfat etdi  SON DƏQİQƏ like
  • 19 İyn 20:43  
Şou-biznes Türkiyəli müğənni vəfat etdi SON DƏQİQƏ

Türkiyəli müğənni Halil Taşkın vəfat edib.

arrow Ətraflı
Beynəlxalq Muğam Müsabiqəsinin birinci turunun ilk mərhələsi başlayıb  FOTO like
  • 19 İyn 20:36  
Kriminal Beynəlxalq Muğam Müsabiqəsinin birinci turunun ilk mərhələsi başlayıb FOTO

İyunun 19-da Azərbaycan Milli Konservatoriyasında "Muğam aləmi" V

arrow Ətraflı
İsrail araşdırma mərkəzi AÇIQLADI: İranın bu şirkətləri... like
  • 19 İyn 20:19  
Dünya İsrail araşdırma mərkəzi AÇIQLADI: İranın bu şirkətləri...

İran mülki şirkətlərinin Ukraynada və digər ölkələrdə istifadə edil�

arrow Ətraflı
Ayaq ucu ilə yeriyin: Sağlamlığa çox xeyirlidir like
  • 19 İyn 20:08  
Digərləri Ayaq ucu ilə yeriyin: Sağlamlığa çox xeyirlidir

Ayaq ucu ilə yerimək sağlamlığa müsbət təsir edir, qan dövranını yax�

arrow Ətraflı