Düşmən atəş açarkən biz silahsız idik Laçın postunda yaralanan hərbçimiz FOTO
Digərləri 19 İyn 2023 16:52:00 306 0
Ermənilərin iyun ayının 15-də Laçın sərhəd-buraxılış məntəqəsini atəşə tutması nəticəsində sərhədçimiz yaralanmışdı.
Bu xəbəri də oxu: Özünüməşğulluq proqramı çərçivəsində verilən malqara tələf olur
Ermənistan tərəfinin təxribata əl ataraq, atəşkəsi pozması nəticəsində yaralanan hərbiçimiz Elşən Rüstəmov Trend-ə açıqlama verib.
O bildirib ki, xidməti ərazimizdə üçrəngli zəfər bayrağımızı dalğalandıran zaman düşmən tərəfi növbəti təxribata əl atdı.
"Bizə atəş açmağa başladı. Düşmən atəş açarkən biz silahsız idik. Atış açıldığının görüb tez mövqeləndik. Və mən mövqelənərkən sol ayağımdan yaralandım. Mənə heyətimiz tərəfindən orda ilkin tibbi yardım göstərildi və həmin ərazidən Füzuli Rayon Xəstəxanasına təxliyə edildim. Xəstəxanada mənə lazımı ilkin tibbi müayinələr göstərildi və Bakı şəhərinə gətirildim."
E. Rüstəmov qeyd edib ki, iki dəfə sol ayağından əməliyyat olunduğunu bildirdi.
"Hazırda özümü yaxşı hiss edirəm. Xəstəxanının tibbi heyətindən və Dövlət Sərhəd Xidmətinin bütün rəhbərliyinə təşəkkür edirəm. Yaxın müddətdə ayağa qalxıb xidmətimi davam etdirəcəm. Sərhədçi olmağımla qürur duyuram", - deyə sərhədçimiz bildirib.
Xatırladaq ki, 15 iyun 2023-cü il tarixdə, saat 08:45-də Ermənistan silahlı qüvvələri Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətini pulemyotla atəşə tutublar.Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Prezident İlham Əliyev "İşsizlikdən sığorta fondunun 2023-cü il bü
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yan�
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxm
Kifayət Məmmədova Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinin dire
Rəsmi İrəvanın indiki hərəkətləri yüksək dozalı narkotikin təsiri al
İyunun 27-də Beynəlxalq Muğam Mərkəzində müğənni Vüsal Hacıyevin ilk
Nazirlər Kabineti "Qida məhsullarının təhlükəli hesab edilməsinə �
Bakı Piano Festivalının ikinci günü tamaşaçılara Səidə Tağızadə kva
Xəbər verdiyimiz kimi, dünən Biləsuvarda keçmiş polis əməkdaşı Bayram
2023-cü il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,1 min