Azərbaycanda dekarbonizasiya üçün yapon texnologiyaları tətbiq oluna bilər
Digərləri 19 İyn 2023 09:41:00 348 0
Yapon texnologiyaları Azərbaycanda dekarbonizasiya məqsədilə tətbiq oluna bilər.
Bu xəbəri də oxu: Qaynı arvadının ölümünə səbəb olmuşdu
Bu barədə bu yaxında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Anlaşma Memorandumu imzalamış Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankından (JBIC) Trend-in sorğusuna cavab olaraq bildiriblər.
"Anlaşma Memorandumuna əsasən, SOCAR və JBIC aşağı karbonlu texnologiyaların, həmçinin karbon tutma və saxlama (CCS) və karbon tutma, istifadə və saxlama ("CCUS") texnologiyalarının tətbiqinə dair məlumat mübadiləsi yolu ilə əməkdaşlığı möhkəmləndirmək barədə, habelə hidrogen, ammonyak və s. ilə əlaqədar layihələr üzrə razılığa gəliblər", - JBIC-dən bildiriblər.
Bankdan bildiriblər ki, Anlaşma Memorandumunda konkret layihələr və təşəbbüslər göstərilməyib, lakin məqsəd SOCAR ilə yapon şirkətləri arasında dekarbonizasiya üzrə əməkdaşlığa imkan yaratmaqdan ibarətdir.
"Yaponiyanın maliyyə institutu olan JBIC SOCAR ilə yapon şirkətləri arasında əməkdaşlığın inkişafına imkan yaradan layihələrin strukturlaşdırılmasını sürətləndirməyə və karbonsuz cəmiyyət yaratmağa çalışır. Bununla əlaqədar olaraq, CCS, CCUS kimi texnologiyalar, hidrogen və ammonyak yapon şirkətlərinin təcrübə və/yaxud texnologiyalarının Azərbaycanda dekarbonizasiya prosesində tətbiq oluna biləcəyi sahələrdən biri ola bilər" - deyə JBIC-dən aydınlıq gətirilib.
Qeyd edək ki, Azərbaycan "yaşıl" iqtisadiyyata və "yaşıl" energetikaya keçid sahəsində dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq edir.
Ölkə günəş və külək enerjisi sahəsində böyük potensiala malikdir və həm yerli səviyyədə, həm də beynəlxalq şirkətlərlə birgə bərpa olunan enerji mənbələrinin tətbiqi, həmçinin məişət tullantılatının bioemalı və təkrar istifadəsi üzərində işləyir. Bu gün Azərbaycanda məişət tullantılarından müxtəlif məhsullar istehsal edərək onları ixrac edən onlarla şirkət fəaliyyət göstərir.
Gələn həftədən Azərbaycanda 7 günlük tətil başlayır.
Qaradağda baş verən zəncirvari qəzanın görüntüləri yayılıb.
Ermənistan ordusunun bütün sərhədboyu ərazilərdə 1 nömrəli hazırlıq
18 iyundan etibarən İzmir-Bakı arasında birbaşa uçuşlar həyata keçiril
NATO-nun ən uzunmüddətli sözçüsü olan, bu vəzifəni tutan ilk qadın Oan
Böyük Britaniyanın təhlükəsizlik üzrə daxili işlər naziri Tom Tugendha
"Qərb ölkələrindən Ukraynaya tədarük edilməsi gözlənilən F-16 q�
Ukraynanın 3 nəfərdən ibarət sərhədçisi qeyri-leqal miqrantları təqib
NATO müdafiə nazirləri gələn ay keçiriləcək Vilnüs Sammitindən əvvəl
Rusiya indi öz cəmiyyətini işğal olunmuş Ukrayna ərazilərinin itirilməs
Moldova Azərbaycandan Avropaya əlavə qaz həcmlərinin nəqlini nəzərdə tu
Bakının Nərimanov rayonunda iki nəfər avtomobilə hücum edib.
Rusiyaya uçan İran Hərbi Hava Qüvvələrinin İl-76TD təyyarəsi çox güma