Dünəndən hamının danışdığı
Digərləri 16 İyn 2023 17:46:00 263 0
Bu xəbəri də oxu: Dövlət qurumlarına kiberhücumların qarşısı alındı 828 dəfə
Massaçusets Texnologiya İnstitutunda (MİT) təhsil alan azərbaycanlı tələbə Abutalıb (Barış) Namazovun sosial şəbəkə hesabında Türkiyədə çalışan azərbaycanlı riyaziyyatçı alim Azər Kərimovla bağlı paylaşımı ötən gündən bəri müzakirələrə səbəb olub.
Son.az sfera.az-a istinadən bildirir ki, A.Namazov qeyd edib ki, təhsil aldığı ştatda tələbələrlə gəzintiyə çıxarkən ona yaxınlaşan türkiyəli şəxs azərbaycanlı alimlə bağlı xoş sözlər deyib, məhz bu alim sayəsində Azərbaycanı çox sevdiyini dilə gətirib. Azər Kərimovdan Türkiyədə Bilkent Universitetində dərs aldığını söyləyən gənc azərbaycanlı alimi çox ziyalı, alicənab, gözəl qəlbi olan, dürüst bir elm adamı kimi təqdim edib, Türkiyədə ondan dərs alan tələbələrin mühazirələrə qatılmaq üçün yenidən qeydiyyata düşdüklərini bildirib. O, həmçinin alimin Azərbaycanda o qədər də tanınmamasından təəssüf hissi keçirdiyini vurğulayıb.
Bəs Azərbaycanda o qədər də tanınmayan Azər Kərimov kimdir?
Fizika-riyaziyyat elmləri doktoru olan Azər Kərimov Türkiyədə İhsan Doğramacı adına Bilkent Üniversitetinin professorudur. Qardaş ölkədə yüzlərlə riyaziyyatçının yetişməsində əməyi olan alim, həm də Türkiyə Riyaziyyat Olimpiadaları Komitəsinin sədridir.
O, 1961-ci ildə şair Əli Kərimin ailəsində dünyaya gəlib. Orta təhsilini Moskvada fizika-riyaziyyat məktəbində alıb. Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsini bitirib. 30 ildən çoxdur ki, Türkiyədə yaşayır və fəaliyyət göstərir.
Alim 2001-ci ildən bəri hər ay Bilkent Universitetinin veb saytında "Ayın riyazi problemi"ni yayımlayır. Onun bu ideyası dünyanın müxtəlif yerlərindən olan riyaziyyatçıların diqqətini cəlb edir. İndi hər ay bütün dünyada riyaziyyat həvəskarları A. Kərimovun hazırladığı riyazi məsələni həll etmək üçün bir-biri ilə yarışırlar.
Azərbaycanda o qədər də tanınmasa da, Türkiyə mətbuatında riyaziyyatçı alimlə bağlı məqalələrə rast gəlinir. Həmin materiallarda qeyd olunur ki, 1990-cı ildə Türkiyənin Beynəlxalq Riyaziyyat Olimpiadasındakı yeri qənaətbəxş deyildi. Bürünc medal alan məktəblilər uğurlu sayılırdı. Azərbaycanlı riyaziyyatçı alimin də ciddi dəstəyi sayəsində bu sahədə qısa müddətdə xeyli irəliləyiş olub. 1999-cu ildə qazanılmış ilk qızıl medaldan sonra Türkiyə komandası dünyanın sayılan komandaları sırasına daxil ola bilib.
Türkiyənin məşhur aktrisası Nurgül Yeşilçayın xeyli çəki atması bar
Son dövürlər ən çox müzakirə olunan məsələlərdən biri də əlillik d
Dünən Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədində, H
Türkiyəli müğənni Murad Dalkılıç verilişlərin birində keçmiş aktris
Azərbaycanla həmsərhəd zonası Arazdəyəndə iri metallurgiya zavodunun in�
İyunun 16-dan etibarən Qorqud və Nərmin Kərimbəyovanın ifasında Aygün K
Azərbaycan Ordusu 2020-ci il 44 günlük Vətən Müharibəsində düşməni da
Azərbaycanda nikaha girən cütlük dini kəbinlə bağlı izdivaclarını məs
Qısa formatlı videolar üçün aparıcı platforma olan TikTok əyləncəli m�
Onlayn platformada yayımlanan serialın soyunma səhnəsi etiraz doğurub.
Kişilərin temperamenti və cinsiyyəti qan qrupundan asılı ola bilər.
AFFA İcraiyyə Komitəsinin üzvü, sabiq xarici işlər naziri Elmar Məmmədy
Müğənnilər Çingiz Mustafayev və Günay İbrahimli illər sonra bir aray