Avaralıq və dilənçiliklə məşğul olan 17 nəfər saxlanılıb
Digərləri 09 İyn 2023 10:25:00 281 0
Polis Abşeron rayonunda hüquqpozmalara qarşı profilaktik tədbirlər davam etdirir.
Bu xəbəri də oxu: Bakıda anadan azyaşlı övladına qarşı dəhşətli əməl
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi və tabeli polis bölmələri iyunun 8-də rayon ərazisində hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər keçiriblər. Polis əməkdaşları tərəfindən hüquq pozuntularının profilaktikası - küçə ticarəti, avaralıq və dilənçilik, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə, müəyyən olunmayan yerlərdə - səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və digər neqativ hallarla bağlı fəal iş aparılıb.
Tədbirlərlə müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 3 nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb, narkotiklə əlaqəli cinayətlərə görə 6 nəfər, odlu silahın aşkarlanması 1, küçə ticarəti ilə məşğul olduqlarına görə 44, avaralıq və dilənçiliklə məşğul olduqlarına görə 17, xırda xuliqanlığa görə 9, xırda talamaya görə 14, digər inzibati xəta tərkibi yaradan hallarla bağlı isə 14 fakt aşkarlanıb, mülki axtarışa görə 39 şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan ümumilikdə 114 sürücü məsuliyyətə cəlb edilib. İnzibati xətalarla bağlı protokollar tərtib olunub, avtomobilinə qanunla qadağan olunan əlavə avadanlıqlar quraşdıran eləcə də konstruksiyasında dəyişiklik edən 15 sürücü, 2 sərxoş sürücü, dayanma-durma qaydalarının pozulmasına görə 176 fakt müəyyən edilib.
Abşeron rayonunda xidmətin nümunəvi təşkili və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılır.
"Pandemiyada təsadüfi insanlar çox üzə çıxdı. Meydanı boş qoymaq
"İnsan, əgər kasıb yaşayırsa, başdaşısı da sadə olur. Amma elə
Müğənni Zemfira Moskvanın Frunzenskaya sahilindəki məşhur mənzilindən y
Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlan
SEPAH-ın Kosmik Hava Qüvvələri tərəfindən "Fəttah" hipersəs r
Türkiyənin Ədalət və İnkişaf Partiyasının deputatı Bahadır Yenişehir
Ukraynanın Xerson vilayətində Rusiyanın nəzarətində olan Kaxovka bəndini
"Donetsk vilayətində şiddətli döyüşlər gedir. Nəticə var və mən
Pentaqon Ukrayna üçün hava hücumundan müdafiə sursatları da daxil olmaqla
Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol
Bu il mayın 8-dən iyunun 4-dək dünyada 1,7 milyondan çox insan koronavirusa
"Rusiya Xerson vilayətində atəşi dərhal dayandırmalıdır".
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhər