İran “Fəttah”la bu ölkələrin sırasına qoşuldu


Dünya 09 İyn 2023 09:03:00 190 0

İran “Fəttah”la bu ölkələrin sırasına qoşuldu

SEPAH-ın Kosmik Hava Qüvvələri tərəfindən "Fəttah" hipersəs raket sisteminin test variantı nümayiş etdirildi. Hipersəs raketinin mənzili 1400 km-dır. Bu raketlər səsdən beşqat sürətlə hərəkət edə bilir.

Son.az bildirir ki, bu sözləri axar.az-a hərbi ekspert Elxan Şıxəliyev "Fəttah" hipersəs raketinin xüsusiyyətləri haqqında danışarkən deyib.

O, bu silaha qarşı hava hücumundan müdafiə sisteminin bir çox ölkədə olmadığını bildirib:

"Raket həm atmosferdə, həm də atmosfer xaricində müxtəlif trayektoriyalarla hərəkətetmə qabiliyyətinə malikdir. Sürətli hərəkət etdiyi üçün zərərsizləşdirmək asan deyil. Hava hücumundan müdafiə sistemləri onları aşkar etmək və qarşısını almaqda çətinlik çəkir".

Ekspertin sözlərinə görə, İran bu silahı təqdim etməklə öz hərbi gücünü nümayiş etdirmək istəyir:

"Amerika və İsrailin İranın gələcəyinə dair planları var. Tehran da onlara "mənim belə silahım var" mesajını verdi. Bu tip raketlər ABŞ, Rusiya və Çin kimi ölkələrdə var. İran da bununla hipersəs raketləri olan ölkələr cərgəsinə qoşulduğunu göstərmək istədi. Raketlərin kütləvi istehsalı ilə bağlı qərarın nə vaxt veriləcəyini zaman göstərəcək. Düşünmürəm ki, İran bu silahı tez bir zamanda kütləvi istehsal edə bilər".

O, sanksiyalara baxmayaraq, İranın hərbi gücünü artırmasına da münasibət bildirib:

"İranın hərbi potensialını Şah rejimi dönəmində ABŞ və Fransa yaratdı. Yaxın Şərqdə İran onların ən yaxın müttəfiqi sayılırdı. Hərbi istehsal müəssisələrinin yaradılması və texnologiyaların verilməsi ilə hərbi texniki bazasını qurdular. Molla rejiminə keçdikdən sonra bu bazadan yararlanaraq, inkişaf etməyə başladılar. İranın hərbi-texniki istehsalını Çin indiki mərhələdə çox dəstəkləyir. Həmçinin, mütəxəssislər üzərindən Rusiya ilə də çalışmaları var. Daxildəki bütün hərbi-intellektual və iqtisadi resurslarını hərbi sənayeyə yönəldib. Keçmişdən qalan potensialını yeni idarəetmə sisteminə uyğunlaşdırmağa çalışır. Dövlət içində bir dövlət olan SEPAH-ın verdiyi dəstək də mühümdür. Öz iqtisadi mənbələri var və hərbi sahənin maliyyələşdirməsini həyata keçirə bilir. Ona görə də İran hərbi sənayesini inkişaf etdirməyi və ayaqda saxlamağı bacarır".

Türkiyəli deputat oğlu ilə avtomobil qəzasına düşdü like
  • 09 İyn 08:56  
Dünya Türkiyəli deputat oğlu ilə avtomobil qəzasına düşdü

Türkiyənin Ədalət və İnkişaf Partiyasının deputatı Bahadır Yenişehir

arrow Ətraflı
Vanqanın kəhanəti reallaşır? like
  • 09 İyn 08:49  
Digərləri Vanqanın kəhanəti reallaşır?

Ukraynanın Xerson vilayətində Rusiyanın nəzarətində olan Kaxovka bəndini

arrow Ətraflı
“Donetskdə şiddətli döyüşlər gedir” like
  • 09 İyn 08:43  
Dünya “Donetskdə şiddətli döyüşlər gedir”

"Donetsk vilayətində şiddətli döyüşlər gedir. Nəticə var və mən

arrow Ətraflı
Pentaqon Ukraynaya 2 milyard dollar dəyərində yeni hərbi yardım paketi hazırlayır like
  • 09 İyn 08:36  
Dünya Pentaqon Ukraynaya 2 milyard dollar dəyərində yeni hərbi yardım paketi hazırlayır

Pentaqon Ukrayna üçün hava hücumundan müdafiə sursatları da daxil olmaqla

arrow Ətraflı
Gənc qızı avtomobil vuraraq ağır xəsarət yetirib like
  • 09 İyn 08:29  
Digərləri Gənc qızı avtomobil vuraraq ağır xəsarət yetirib

Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol

arrow Ətraflı
Dünyada koronavirusa yoluxanların və ölüm hallarının sayı azalıb like
  • 09 İyn 08:16  
Dünya Dünyada koronavirusa yoluxanların və ölüm hallarının sayı azalıb

Bu il mayın 8-dən iyunun 4-dək dünyada 1,7 milyondan çox insan koronavirusa

arrow Ətraflı
“Rusiya Xerson vilayətində atəşi dərhal dayandırmalıdır” like
  • 09 İyn 08:09  
Dünya “Rusiya Xerson vilayətində atəşi dərhal dayandırmalıdır”

"Rusiya Xerson vilayətində atəşi dərhal dayandırmalıdır".

arrow Ətraflı
Bakının havasında dəm qazının miqdarı normanı like
  • 09 İyn 08:02  
Digərləri Bakının havasında dəm qazının miqdarı normanı

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhər

arrow Ətraflı
Şəkidə sel körpünü uçurdu like
  • 09 İyn 07:55  
Digərləri Şəkidə sel körpünü uçurdu

Şəkinin Baş Şabalıd kəndindən keçən sel kəndin yeganə girişi olan Qu

arrow Ətraflı
“Elə olur ki, ac yatıram, kimsəsiz insanam…”  Su satan Elvinin anası like
  • 09 İyn 07:47  
Digərləri “Elə olur ki, ac yatıram, kimsəsiz insanam…” Su satan Elvinin anası

Xəbər verdiyimiz kimi, ötən həftədən sosial şəbəkələrdə vəfat edə

arrow Ətraflı
Blinken və Kuleba Kaxovkadakı partlayışdan danışdı like
  • 09 İyn 07:40  
Dünya Blinken və Kuleba Kaxovkadakı partlayışdan danışdı

Ukrayna xarici işlər naziri Dmitri Kuleba və ABŞ Dövlət katibi Entoni Blin

arrow Ətraflı
"Onlar Azərbaycana gəlmək istəyir" like
  • 09 İyn 07:27  
Digərləri "Onlar Azərbaycana gəlmək istəyir"

Bakıdakı İtaliya Ticarət Agentliyi (İTA) İtaliyadan Azərbaycana biznes mi

arrow Ətraflı
Fəlakətdir, Putin nə edir?  Zelenski like
  • 09 İyn 07:20  
Dünya Fəlakətdir, Putin nə edir? Zelenski

Kaxovka SES-də baş vermiş texnogen qəzaya görə vəziyyət son dərəcə a�

arrow Ətraflı
Türkiyənin Mərkəzi Bankının sədri like
  • 09 İyn 07:14  
Dünya Türkiyənin Mərkəzi Bankının sədri

Hafize Gaye Erkan Türkiyənin Mərkəzi Bankının sədri təyin olunub.

arrow Ətraflı
Ərdoğan onu vəzifəsində saxladı like
  • 09 İyn 07:07  
Dünya Ərdoğan onu vəzifəsində saxladı

Fəxrəddin Altun Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdar�

arrow Ətraflı