"Azərbaycan burada böyük töhfə verə bilər"


Digərləri 07 İyn 2023 07:38:00 160 0

"Azərbaycan burada böyük töhfə verə bilər"

Çexiya Azərbaycanla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını səbirsizliklə gözləyir.

Bunu Trend-ə müsahibəsində Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela deyib.

"Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycan hissəsinin tikintisi Çexiya şirkətlərinin bu layihədə iştirakının pik nöqtəsi oldu. Layihədə Çexiyadan 10-a yaxın şirkət iştirak edib. Bu, bizim iqtisadiyyatlar üçün əhəmiyyətli bir layihə idi. Və bu gələcəkdə oxşar layihələrin inkişafı üçün yaxşı əsasdır", - deyə o bildirib.

Nazir qeyd edib ki, ümumiyyətlə, son illər iki ölkə arasında biznesin həcmi xeyli artıb

"Azərbaycandan Çexiyaya ixracda böyük artım olub - 145 faiz. Çexiyanın Azərbaycana ixracı bir qədər aşağı, təxminən 50 faiz artıb. Azərbaycanın iqtisadiyyat naziri və energetika naziri ilə görüşlərimizdə razılaşdıq ki, biz həmfikir ölkələrik, oxşar dəyərləri paylaşırıq və qarşılıqlı işgüzar əlaqələri genişləndirməkdə davam etmək istəyirik", - deyə nazir bildirib.

Onun sözlərinə görə, Çexiya həmçinin Azərbaycandan qaz tədarükünə dair Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə orta və uzunmüddətli müqavilələr bağlamağa çalışır.

"İlk növbədə, Çexiya Azərbaycan qazına çıxış əldə etməkdə maraqlıdır. Ölkəniz artıq Avropada etibarlı enerji təchizatçısı kimi tanınır. İndi biz 10 ay ərzində Rusiyadan tədarüklərimizi sıfıra endirməyi bacardığımız üçün təchizat zəncirimizi yenidən qururuq. Bizim artıq mövcud olan müsbət əməkdaşlığı nəzərə alsaq, Azərbaycan burada böyük töhfə verə bilər", - deyə Y.Sikela bildirib.

O həmçini qeyd edib ki, Azərbaycanın ekoloji cəhətdən təmiz hidrogen və ekoloji cəhətdən təmiz ammonyak istehsalı sahəsində böyük potensialı var. Burada Çexiya şirkətləri öz təcrübələri ilə böyük töhfə verə bilərlər.

"Azərbaycan rəsmiləri ilə danışıqlarımız zamanı biz rəhbər komitənin növbəti iclasının Bakıda keçirilməsi barədə razılığa gəldik və gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək üçün Çexiya iş adamlarından ibarət böyük nümayəndə heyətini özümüzlə gətirməyi planlaşdırırıq", - deyə Y.Sikela bildirib.

Nazir qeyd edib ki, Azərbaycan tərəfi ilə Çexiyanın dəmir yolu və metro qatarları istehsalçılarından biri arasında əməkdaşlığın qurulması üzrə danışıqlar aparılır.

"Bizim tərəfdən Bakıda yeni metro xətti üçün qatarların tədarükünə böyük maraq var", - deyə o əlavə edib.

Qeyd edək ki, Çexiyanın Azərbaycandan idxalı kərə yağı (Çexiyaya bütün kərə yağı idxalının demək olar ki, 25 faizi), pambıq, quru meyvə və qoz-fındıqdan ibarətdir. Bu ilin birinci rübündə iki ölkə arasında ticarət dövriyyəsi 293 milyon dollar təşkil edib ki, bunun da 270,78 milyon dolları (5,49 faiz) Çexiyaya ixrac, 22,8 milyon dolları isə idxalın (2,81 faiz) payına düşüb.

İlon Mask bu vəzifəsini tərk edib like
  • 07 İyn 07:34  
Dünya İlon Mask bu vəzifəsini tərk edib

İlon Mask "Twitter" sosial şəbəkəsinin baş direktoru vəzifəsin

arrow Ətraflı
Paşinyanın oğluna "Atana salam verərsən" deyib şillə vurdular like
  • 07 İyn 07:27  
Dünya Paşinyanın oğluna "Atana salam verərsən" deyib şillə vurdular

Bir az əvvəl "Andranik" metrostansiyasında bir nəfər Aşot Paşin

arrow Ətraflı
Sürücülərin NƏZƏRİNƏ! like
  • 07 İyn 07:20  
Digərləri Sürücülərin NƏZƏRİNƏ!

Qeyri-sabit hava səbəbindən magistral yollarda görünüş məsafəsi məhdud

arrow Ətraflı
Bəzi rayonlara leysan yağıb, Girdimançaydan sel keçir  Faktiki hava like
  • 07 İyn 07:14  
Digərləri Bəzi rayonlara leysan yağıb, Girdimançaydan sel keçir Faktiki hava

Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən verilən xəbərd

arrow Ətraflı
Vaşinqton görüşünə hazırlıq: Mirzoyan Hoqanla danışdı like
  • 07 İyn 07:07  
Siyasət Vaşinqton görüşünə hazırlıq: Mirzoyan Hoqanla danışdı

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa

arrow Ətraflı
Öncə model, sonra aktrisa oldu, ən sonda... like
  • 07 İyn 06:06  
Digərləri Öncə model, sonra aktrisa oldu, ən sonda...

Modellikdən aktrisalığa transfer edən 2020-ci ilin Türkiyə gözəli  Elif

arrow Ətraflı
Ayrılığın səbəbinin xəyanət olmadığını açıqladı  FOTO like
  • 07 İyn 04:04  
Şou-biznes Ayrılığın səbəbinin xəyanət olmadığını açıqladı FOTO

Aktrisa Miray Daner Seda Sayanın oğlu Oğulcan Enginlə ayrılmasından danı�

arrow Ətraflı
Siqareti tərgitməyin daha bir FAYDASI like
  • 07 İyn 03:03  
Digərləri Siqareti tərgitməyin daha bir FAYDASI

Alimlər siqareti tərgitməyin psixi sağlamlığa yaxşı təsir etdiyini aç�

arrow Ətraflı
Boşanan aktrisadan bikinili FOTOlar like
  • 07 İyn 02:02  
Şou-biznes Boşanan aktrisadan bikinili FOTOlar

Tanınmış aktrisa Demet Özdemir yeni fotoları ilə diqqət çəkib.

arrow Ətraflı
Kainatdakı ilk qalaktikalardan birində üzvi maddələr kəşf edildi like
  • 07 İyn 01:42  
Digərləri Kainatdakı ilk qalaktikalardan birində üzvi maddələr kəşf edildi

Ceyms Uebb orbital teleskopu Yerdən 12 milyard işıq ili uzaqlıqdakı kainat�

arrow Ətraflı
Kino ulduzu xəstəxanaya yerləşdirildi like
  • 07 İyn 00:48  
Digərləri Kino ulduzu xəstəxanaya yerləşdirildi

84 yaşlı RSFSR xalq artisti Lidiya Fedoseyeva-Şukşina təcili xəstəxanaya

arrow Ətraflı
“WhatsApp” yenilik edir: “Android” telefon “iPad”ə qoşulacaq  FOTO like
  • 07 İyn 00:36  
Digərləri “WhatsApp” yenilik edir: “Android” telefon “iPad”ə qoşulacaq FOTO

"WhatsApp" yenilikləri ilə istifadəçiləri sevindirməyə davam ed

arrow Ətraflı
Gəncədə 5ci mərtəbədən yıxılan yeniyetmə xəstəxanada ölüb like
  • 07 İyn 00:24  
Digərləri Gəncədə 5ci mərtəbədən yıxılan yeniyetmə xəstəxanada ölüb

Gəncədə 5-ci mərtəbədən yıxılan 12 yaşlı oğlan ölüb.

arrow Ətraflı
Toy gecəsi FACİƏ: Bəylə gəlinin yataq otağında meyitləri tapıldı like
  • 07 İyn 00:12  
Dünya Toy gecəsi FACİƏ: Bəylə gəlinin yataq otağında meyitləri tapıldı

Hindistanda gənc evli cütlük ürək tutmasından dünyasını dəyişib. 

arrow Ətraflı