"Çox sayda faktlar var ki, taksi sürücülərinin kobudluğu müşahidə olunur"
Digərləri 03 İyn 2023 14:12:00 294 0
Azərbaycanda bütövlükdə taksi xidmətlərində keyfiyyətin, eyni zamanda təhlükəsizliyin tənzimlənməsi çox vacibdir.
Bu xəbəri də oxu: Osmanlı imperiyasının əsas zərbə qüvvəsi – 6 sultanı devirən yeniçərilər
Bunu "Report"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
"Taksi şirkətlərinin keyfiyyətli xidmət göstərməsi, həmçinin taksi xidmətindən istifadə edən vətəndaşlarımızın təhlükəsizliyi çox önəmlidir. Yəni, çoxlu sayda faktlar var ki, son illər taksi sürücülərinin sərnişinlərlə münasibətlərində kobudluq müşahidə olunur. Hətta bəzi hallarda ailələr taksi xidmətindən istifadə etməyə tərəddüd edirlər. Ona görə də, xüsusilə keyfiyyətin və sərnişinlərin təhlükəsizliyinin, sərnişinlərlə davranış qaydalarının tənzimlənməsinə ehtiyac var".
İqtisadçı həmçinin deyib ki, bu istiqamətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin addımlar atması olduqca vacibdir: "İnkişaf etmiş ölkələrdə olduğu kimi taksi xidmətləri həm yüksək keyfiyyət, həm də sərnişinlərin təhlükəsizliyini qorumaqla həyata keçirilməlidir. Ona görə düşünürəm ki, bu istiqamətdə məhz tənzimlənən mexanizmlərdən istifadə olunması, yeni qaydaların, mexanizmlərin, xüsusən də keyfiyyətin artırılmasını və sərnişinlərə münasibətdə sivil metodlardan istifadə edilməsi ilə bağlı hətta təlimlərin keçirilməsinə ehtiyac var. Çünki bu sektorda keyfiyyət baxımından dəyişikliklərin olması üçün vacibdir".
"Məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə qayıtdıqca,
Şuşa həbsxanasında təsərrüfat işləri aparılarkən burada insan qalıql
"Mən çox patriot insanam. Ölkəm haqda maraqlanıram".
Dövlət Komissiyasının arxivində toplanan məlumatlara əsasən, Şuşa əra
Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Ba�
"Bizim ailəmizdə də hər şey instaqramda, efirdə görüldüyü kimi ş
Şuşada kütləvi məzarlıq aşkar olunub. Məzarlıq Şuşa türməsi ərazis
Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağın Azərbaycanın bir hissə
"Bacım Rübabə Muradovanın hər yubileyində səhnədə oxuyuram. 80 ill
Tanınmış aparıcı Elgiz Əkbər toylarda aparıcılıq etmədiyini açıqlay
Nazirlər Kabineti "İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmət
Nazirlər Kabineti 8 may tarixli qərarı ilə təsdiq edilmiş "Fəaliyyə
Nazirlər Kabineti "Nəzarət zərfi dövlətə məxsus banklar tərəfind�
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid