Erməni diasporu və kilsə
Digərləri 03 İyn 2023 12:48:00 158 0
Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağın Azərbaycanın bir hissəsi kimi tanımasına qarşı erməni lobbisi genişmiqyaslı kampaniyaya start verib. Dünyaya səpənələn ermənilər kilsənin rəhbərliyi ilə Paşinyan hakimiyyətinə qarşı sərt çıxışlar erməyə başlayıb, onu hədələməkdədirlər. Avropanın aparıcı dövlətlərinin ərazisində yaşayan erməni icması Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq bəyanatını pisləyib. Qlendeyl erməni icmasının nümayəndələri isə Qarabağın Azərbaycanın tərkibinə daxil edilməsi qərarına etiraz aksiyası keçiriblər. ABŞ-dakı erməni ruhani liderləri Cozef Baydeni Qarabağ ermənilərini Azərbaycanın bir hissəsi olmağa məcbur etmək cəhdlərinə müqavimət göstərməyə çağırır. "ArmInfo" Amerikanın Erməni Apostol, Katolik və Yevangel Kilsələrinin ruhani liderləri ABŞ prezidenti Cozef Baydenə müraciət edərək "Qarabağın erməni xristianlarını Azərbaycanın bir hissəsi olmağa məcbur etmək cəhdlərinə qəti şəkildə qarşı çıxmağa çağırıblar".
Kilsə Paşinyana qarşı
Amerika Erməni Milli Komitəsi (ANCA) tərəfindən yayılan məktubda "Ermənistanın bu qədim hissəsi"nin yerli əhalisinə qarşı etnik təmizləmə aparıla biləcəyi iddia edilib. Qarabağdakı erməni icması heyvana bənzədilir, bildirilir ki, "nəsli kəsilməkdə olan vətəndaşları"nın Azərbaycana tabe edilməsi erməniləri üçün ölüm hökmüdür. Məktubda deyilir: "Bir daha bədnam Azadlığa Dəstək Aktının 907-ci Bölməsindən imtinanı ləğv etmək və ABŞ qanununun bu müddəasını tam şəkildə yerinə yetirmək üçün uzunmüddətli çağırışlarımızla əlaqədar olaraq təcili müraciəti edirik". Sənəddə həmçinin xatırladılır ki, "Ermənistan dünyada soyqırımdan sağ çıxan, dənizə çıxışı olmayan ilk xristian xalqıdır, blokada vəziyyətində olduğundan sağ qalmağa can atır".
Beləliklə, bu faktlar Paşinyanla erməni diasporu arasında ciddi uçurum mövcudluğunu bir daha təsdiq edir. Və bu uçurumun başında da erməni kilsəsi dayanıb. Bundan əvvəl də baş nazirlə kilsə arasında qarşıdurmanın olduğu barədə məlumatlar erməni mediasında getmişdi. Baş nazir açıq şəkildə kilsəni tənqid edən fikirlər səsləndirmişdi.
Nikol Paşinyanın iqtidara gəlməsinə qədər diasporla Ermənistan dövləti arasında hər hansı ciddi böhran və ya anlaşılmazlıq müşahidə olunmayıb. 2020-ci ildəki Qarabağ müharibəsindən sonra Ermənistan və diaspor qüvvələri arasındakı münasibətlər kəskinləşib və münasibətlərdə uçurum yaranıb. Burada bir məsələ də var ki, Paşinyan diaspor təşkilatları tərəfindən illərdir ki, külli miqdarda pulların, böyük məbləğdə ianələrin toplandığı "Hayastan" ümumerməni xeyriyyə fondunun vəsaitlərinin mənimsənilməsi ilə bağlı qalmaqaldan sonra fondun qeyri-şəffaf idarə edilməsini əsas gətirərək edilən yardımlardan imtina etməsi münasibətlərdəki gərginliyi pik həddə çatdırdı. Diaspora və Paşinyan arasında son qarşıdurmalar da bunun növbəti təzahürüdür. Görünən odur ki, erməni diasporu bütün məğlubiyyətlərdə Paşinyanı günahkar bildiyi üçün, hər fürsətdə onu dalana dirəməyə çalışır.
Azər Nuriyev Son.az
"Bacım Rübabə Muradovanın hər yubileyində səhnədə oxuyuram. 80 ill
Tanınmış aparıcı Elgiz Əkbər toylarda aparıcılıq etmədiyini açıqlay
Nazirlər Kabineti "İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmət
Nazirlər Kabineti 8 may tarixli qərarı ilə təsdiq edilmiş "Fəaliyyə
Nazirlər Kabineti "Nəzarət zərfi dövlətə məxsus banklar tərəfind�
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Cari ilin yanvar ayında Azərbaycan Respublikasının İran İslam Respublikas�
Aktyor və aparıcı Şəhriyar Əbilov Hindistanda filmə çəkilib.
Mayın 1-dən etibarən fərdi yaşayış evlərinə texniki şərtlər necə al
Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini 1976-ci il təvəllüdlü A. Cəf
Azərbaycanda gələn il də pensiyaların indeksasiya edilərək artırılması
Rayonlara gedən sürücülər adətən avtomobilini yol kənarında saxlayaraq
Dünya şöhrətli amerikalı aktyor Al Paçino 29 yaşlı sevgilisi, prodüser