Pərvin Abıyevanı hansı cəza GÖZLƏYİR?
Şou-biznes 03 İyn 2023 11:12:00 282 0
Aktrisa Pərvin Abıyeva barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət edib. Buna səbəbsə aktrisanın külli miqdarda vergi borcunun olmasıdır. Beləki, hazırda onun 9 min 686 manat vergi borcu var.
Bu xəbəri də oxu: Xına mərasimi aparıcısı: "80 minə məclis danışmışıq"
Bəs, külli miqdarda vergi borcu olan Pərvin Abıyevanı hansı cəza gözləyir?
Son.az xəbər verir ki, məsələyə Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev aydınlıq gətirib.
Bizim.Media-ya açıqlamasında o bildirib ki, əgər Abıyeva gəlirlərini qəsdən azldıbsa və yaxud sənədləri saxtalaşdırıbsa onda ona cinayət işi açıla bilər:
"Yox, əgər söhbət sadəcə hesablanmış vergini ödəməməkdən gedirsə, onda Vergi Xidməti onun ölkədən çıxışına "stop" qoya bilər. Bu praktikada ən çox rast gəlinən haldır. Burda ikinci bir addım kimi Abıyevanın bank hesabları dondurula bilər. Bu zaman hesabdakı pullardan vergi borcları avtomatik olaraq çıxılır. Bank hesabı yoxdursa, onda Vergi Xidməti icra vərəqəsi yaza bilər. Qeyd edək ki, bu səlahiyyət vergi orqanlarına yeni verilib. Və bu icra həmin şəxsin əmlakına yönəldilir".
Əsabəli Mustafayev təəssüflə bildirdi ki, Azərbaycanda belə bir hal formalaşıb ki, bəziləri gəlirlərini gizlətmək və vergidən yayınmaq üçün adına heç bir əmlak sənədləşdirmir:
"Belə vəziyyətdə isə Vergi Xidməti pulun Abıyevadan tutulması ilə bağlı məhkəməyə müraciət edə bilər. Bu müraciətdən sonra məhkəmə müvafiq qərar çıxardır. Əgər məhkəmənin bu qərarı da icra olunmasa onda o şəxs barədə əvvəlcə İnzibati Xətalar Məcəlləsinə əsasən iş başlanılır. Burda həm həbs var, həm də cərimə. Əgər məhkəmənin bu qərarı da icrasız qalarsa, onda məhkəmə qərarının icra olunmaması ilə bağlı cinayət işi başlana bilər. Burda isə ancaq həbs cəzası var".
Naxçıvan Muxtar Respublikası Ali Məclisin sabiq sədri Vasif Talıbovun oğl
Tərtərdə arvadını və evində usta işdəyən şəxsi qətlə yetirməkdə
Yerli vətəndaşların bölgələrimizə səfəri əsasən yay mövsümündə d
İranda Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldığına görə həbs v�
Türkiyəli məşhur cütlük aktrisa Ceyda Düvenci və aktyor Bülent Şakrak
"Piri babanın nağılını danışırlar, qışda qar, yayda cəhənnəm i
Əgər qaşıya qoyulan hədəflərə nail ola biləriksə, idxal olunan məhsul
Abşeron rayonunun Mehdiabad qəsəbəsində ölümlə nəticələnən qəza ba�
Rəcəb Tayyib Ərdoğan Türkiyə Prezident seçkilərində qazanmasaydı, Soro
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Rüfət Hacıyev barəsində Q
Sosial şəbəkələrdə özünü polis əməkdaşı kimi təqdim etməklə iddi
ABŞ bazar günü keçiriləcək OPEC+ nazirlər toplantısında neft bazarında
Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu dayandırmaq mümkün deyil.
Cennifer Lopez və Ben Aflek cütlüyü uzun müddətdir axtardıqları evi tap�