Şəngörün Azərbaycanda zəlzələ proqnozuna sərt reaksiya:
Digərləri 03 İyn 2023 10:12:00 266 0
"Piri babanın nağılını danışırlar, qışda qar, yayda cəhənnəm istisi, payızda yağış-leysan olacaq. Cəlal Şengör desin görək, zəlzələ hansı tarixdə olacaq. Zəlzələnin proqnozunu verən idinsə, Kahramanmaraşda insanları təxliyə edərdin. Gəlib mütəxəssislərin qarşısında proqnoz versin, ona sual verim, zəlzələni hansı parametrlərlə və nə zaman olacağını söyləsin".
Bu xəbəri də oxu: Milyarder olmaq necə hissdir? Qeytsin keçmiş xanımı
Bu sözləri Teleqraf.com-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bir müddət öncə Bakıda səfərdə ikən Azərbaycanda 7,5 bal gücündə zəlzələ olacağını deyən türkiyəli məşhur geoloq Cəlal Şengörün fikirlərinə münasibət bildirərəkən deyib.
"Alp dağlarından tutmuş Himalay dağlarına qədər böyük bir seysmik qurşaq keçir. Gürcüstan, Ermənistan, İran, Türkiyə seysmik bölgədir və bu ərazilərdə zəlzələ olmalıdır. Azərbaycanın elə nöqtəsi varmı ki, orada yeraltı təkan baş verməsin? Əlbəttə, ölkəmiz aktiv bölgədir, hər gün hiss olunmayan zəlzələlər baş verir.
Özlərini tanıtmaqdan, şou yaratmaqdan ötəri populist çıxışlar edirlər. Dünyanın hər yerində o cür "professorlar" var. Boğazından yapışıb soruşmaq lazımdır ki, proqnoz verirsən, dəqiq günlərini göstər, biz də əhalini təxliyə edək. Türkiyədə 30 seysmoloq tanıyıram, Cəlal Şengör adında birini eşitməmişəm. Geoloqdursa, çəkic götürsün, çuxur qazsın, sonra versin laboratoriyaya... Ay geoloq, sənin zəlzələ ilə nə işin var? İstanbuldan gəlmir, istəyir Aydan gəlsin, amma sübut eləsin", - deyə Qurban Yetirmişli qeyd edib.
Xatırladaq ki, Cəlal Şengör İspaniyadan başlayıb Çinə qədər uzanan bu ərazilər seysmik aktiv zonalar olduğunu və ona görə də Azərbaycanda hər an zəlzələ ola biləcəyini bildirib:
"Zəlzələnin 7,5 bala qədər olma ehtimalı var".
Əgər qaşıya qoyulan hədəflərə nail ola biləriksə, idxal olunan məhsul
Abşeron rayonunun Mehdiabad qəsəbəsində ölümlə nəticələnən qəza ba�
Rəcəb Tayyib Ərdoğan Türkiyə Prezident seçkilərində qazanmasaydı, Soro
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Rüfət Hacıyev barəsində Q
Sosial şəbəkələrdə özünü polis əməkdaşı kimi təqdim etməklə iddi
ABŞ bazar günü keçiriləcək OPEC+ nazirlər toplantısında neft bazarında
Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu dayandırmaq mümkün deyil.
Cennifer Lopez və Ben Aflek cütlüyü uzun müddətdir axtardıqları evi tap�
Türkiyəli aktrisa Cemre Baysel yeni reklam təklifi alıb.
ABŞ Prezidenti Co Bayden özünü yaxşı hiss edir, tibbi müayinəyə ehtiyac
Son 20 gündə Azərbaycanda unun qiyməti 3%-dən çox ucuzlaşıb.
Kiyevin qapıları Moskva ilə danışıqlar üçün kifayət qədər möhkəm b
Bu gün Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək.