10 yaşlı qatillərin ŞOK HEKAYƏSİ:


Kriminal 01 İyn 2023 21:40:00 265 0

10 yaşlı qatillərin ŞOK HEKAYƏSİ:

Robert və Con sevimli uşaq kimi görünsələr də, bir vaxtlar manşetlərə çıxan qətlin günahkarları idilər. Bu gün də 10 yaşlı iki uşağın hərəkətləri insanlar tərəfindən təqib edilir.

Son.az lent.az-a istinadən bildirir ki, 12 fevral 1993-cü ildə Robert Tompson və Con Venables İngiltərənin Bootle şəhərindəki New Strand Ticarət Mərkəzindən 2 yaşlı Ceyms Bulqer adlı uşağı qaçırıblar.

Sonra onu Liverpulda Ualton adlı əraziyə apardıblar. Burada ona işgəncə veriblər, döyüb öldürüblər və qətli bədbəxt hadisə kimi göstərmək üçün cəsədini dəmir yoluna qoyublar.

Bəs, işlər necə başlayıb? Əvvəldən danışaq...

Robert və Con kənardan normal görünən 10 yaşlı uşaqlardı. Robert yeddi uşaqlı ailənin beşincisi idi. Atası evi tərk etmiş, depressiyaya düşən anası alkoqoldan əziyyət çəkib və hətta intihara cəhd etmişdi.

Conun həyatı da çox yaxşı deyildi. Valideynləri ayrılmışdı və anası Cona qarşı olduqca sərt idi. Eyni zamanda, anası qarşı cins partnyorlarını tez-tez dəyişməsi ilə tanınırdı.

Con və Robert eyni məktəbə gedirdilər. Onlar dəhşətli cinayəti törətməzdən əvvəl ticarət mərkəzlərində oğurluq kimi xırda əməllərlə məşğul olurdular. 1993-cü il fevralın 12-də dərsdən yayınan dostlar əvvəlcə üç yaşlı qızı və onun iki yaşlı qardaşını qaçırmağa çalışsalar da, buna nail ola bilməyiblər. Təəssüf ki, bundan sonra da cinayətləri davam edib.

İki dost anası ilə birlikdə qəssab dükanında olan iki yaşlı Ceyms Bulqerə diqqət edib. Anası ödəniş etmək üçün Ceymsin əlini qısa müddətə buraxdıqdan sonra, oğlundan əsər-əlamət olamyıb. Çünki iki dost uşağı artıq qaçırmışdı.

Saat 15:42-də üç uşaq çöldə gəzərkən təhlükəsizlik kameralarına düşüb. Nə qədər axtarılsa daş, uşaq tapılmayıb. Ana Denise Ferqus uşağının itkin düşdüyünü dərhal polisə bildirdi.

Fotoda uşaqların iki yaşlı Ceymslə ticarət mərkəzindən çıxması əks olunub.

Bu vaxt Robert və Con körpəni ticarət mərkəzindən xeyli uzaqda yerləşən şəhərə aparıblar. Küçədə bir çox insan üç uşağın qardaş olduğuna inansa da, Robert və Conun kiçik oğlana qarşı aqressiv davranışı da diqqət çəkib. Oğlanlar Ceymsi yumruqlayıblar.

Bəzi böyüklər uşaqlara bir neçə sual vermək üçün dayansalar da, hamısı Bulqerin ya evə, ya da polis bölməsinə aparıldığına və uşaqları buraxdığına inanıb.

Robert və Con nəhayət kiçik uşağı dəmir yoluna gətiriblər. Əvvəlcə oğurlanmış mavi boya ilə oğlanın gözünü kor etməyə çalışıblar, sonra onu kərpic və daşla döyüblər. Döyülmüş bədənini təpikləyib, ağzına batareya doldurublar. Nəhayət, Bulqerin başına 22 kiloluq dəmir çubuqla vurublar. Təkcə bu zərbə onun kəlləsinin on yerindən qırılmasına səbəb olub.

Ceyms öləndə ümumilikdə 42 yerdən yaralanmışdı. İki oğlan Ceymsin cəsədini qatar yoluna qoyublar ki, qətl hadisəsi qəza kimi görünsün. Qatar cəsədi parçalasa da, bunun qəza olmadığı aydın olub. Dəhşətli vəziyyətdə olan meyiti sonradan bir qrup kişi tapıb.

Foto: Ceyms Bulqer, iki yaşında ikən öldürülüb.

Polis Ceymsi qaçıran uşaqların ən azı 13-14 yaşlarında olduğunu təxmin edib. Həmin gün üçün yerli məktəblər yoxlanılıb və məktəbə getməyən uşaqlar siyahıya alınıb. Polis tezliklə hər iki uşağın evinə baxış keçirib. Onlar Conun pencəyində nəinki mavi boya, hətta Robertin ayaqqabılarında da qan tapıblar.

Robert Tompson və Con Venables 18 fevral 1993-cü ildə qətldən qısa müddət sonra həbs olunublar. Robert əvvəlcə qətli inkar etsə də, Con hər şeyi etiraf edib. Uşaqlar sorğu-sual edildikdən sonra detektiv Fil Roberts "Mən o gün pisliyin üzünə baxdım", deyib.

Hər iki uşaq qətlə görə məsuliyyət daşısa da, detektiv Robertin "cinayətkar" olduğuna və tək olmadığına inanırdı. 1993-cü ilin noyabrında baş verən qətl mühakiməsi zamanı Robert lider, Con isə davamçı kimi təsvir edilib. Bunun səbəbi Con daha emosional, Robert isə qorxulu şəkildə təsirlənməmiş görünməsi olub.

Bu arada məhkəmənin təyin etdiyi psixiatrlar hər iki uşağın doğru ilə yanlış arasındakı fərqi bildiyini və sosiopat olmadığını bildiriblər. Amma psixiatrlar bu dəhşətli cinayətə səbəb tapa bilməyiblər. Səbəbi hələ də bəlli deyil.

1993-cü ilin noyabr 24-də Robert Tompson və Con Venables Ceyms Bulqerin oğurlanması və öldürülməsində günahkar bilinərək müasir Britaniya tarixinin ən gənc qatillərinə çevriliblər. Oğlanların 18 yaşı tamam olanda sərbəst buraxılması ölkədə müzakirələrə səbəb olub. Səs-küylü məhkəmə işi olduğundan hər ikisinə təhlükəsizlik məqsədilə yeni şəxsiyyət vəsiqələri verilib.

Azadlığa çıxandan sonra Robert bir daha heç vaxt cinayət törətməyib və onun haqqında çox şey məlum deyil. Digər tərəfdən Con xüsusən də uşaq pornoqrafiyasına görə dəfələrlə həbs olunub. Con hələ də həbsdədir və 2020-ci ilin sentyabrında verdiyi son şərti azadlığa buraxılması ərizəsi də rədd edilib.

Fotoda "Bulqerin qatilləri sərbəst buraxıldı" xəbəri əks olunub. Həmin vaxt iki uşağın azadlığa buraxılması böyük müzakirələrə səbəb olub. 

Qatil Robert Thomson

Qatil Con Venables

Kişineuda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub like
  • 01 İyn 21:33  
Siyasət Kişineuda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub

Son.az AZƏRTAC-a istinadən bildirir ki, iyunun 1-də Moldovanın paytaxtı Ki

arrow Ətraflı
Yevlaxda su kanalına düşən gənc oğlanın meyiti tapıldı like
  • 01 İyn 21:29  
Digərləri Yevlaxda su kanalına düşən gənc oğlanın meyiti tapıldı

Yevlax rayon Kolanı kəndində baş vermiş avtomobil qəzası zamanı su kanal

arrow Ətraflı
Azərbaycan Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının üzvü seçilib like
  • 01 İyn 21:12  
Siyasət Azərbaycan Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının üzvü seçilib

BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Avropa Komissiyasının Bol

arrow Ətraflı
Aygün Kazımova uşaqlıq FOTOsunu paylaşdı like
  • 01 İyn 21:00  
Şou-biznes Aygün Kazımova uşaqlıq FOTOsunu paylaşdı

Xalq artisti Aygün Kazımova Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasi

arrow Ətraflı
Bu rayona dolu düşdü  VİDEO like
  • 01 İyn 20:49  
Digərləri Bu rayona dolu düşdü VİDEO

Oğuzun kəndlərinə yağan leysan və dolu təsərrüfatlara ciddi ziyan vurub

arrow Ətraflı
Razi Əliyevanı döyən sevgilisi həbs edildi like
  • 01 İyn 20:38  
Digərləri Razi Əliyevanı döyən sevgilisi həbs edildi

Vətəndaş Razi Əliyevanın tanışı Ziya Hüseynzadə tərəfindən fiziki z

arrow Ətraflı
"Ben bu cihana sığmazam" izləyicilərinə pis xəbər like
  • 01 İyn 20:30  
Digərləri "Ben bu cihana sığmazam" izləyicilərinə pis xəbər

"Ben bu cihana sığmazam" serialı ilə bağlı mövsüm finalı qər

arrow Ətraflı
Bu rayonda 3 tona yaxın saxta yağ aşkarlandı like
  • 01 İyn 20:09  
Digərləri Bu rayonda 3 tona yaxın saxta yağ aşkarlandı

Masallı rayonunda polisin keçirdiyi tədbirlələ saxta kərə yağı istehsal

arrow Ətraflı
İranda “Bəsic” üzvü hicab bəhanəsi ilə tələbə qızı like
  • 01 İyn 20:00  
Digərləri İranda “Bəsic” üzvü hicab bəhanəsi ilə tələbə qızı

İranda radikal "Bəsic" qruplaşmasının üzvü hicab bəhanəsi il�

arrow Ətraflı
İlham Əliyev, Paşinyan və Şarl Mişel arasında növbəti üçtərəfli görüş Brüsseldə baş tutacaq like
  • 01 İyn 19:56  
Siyasət İlham Əliyev, Paşinyan və Şarl Mişel arasında növbəti üçtərəfli görüş Brüsseldə baş tutacaq

İyulun 21-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın

arrow Ətraflı
Van Dammın gəlininə irad: “Azərbaycan dilində danış ki, səni anlayaq”  FOTO like
  • 01 İyn 19:36  
Şou-biznes Van Dammın gəlininə irad: “Azərbaycan dilində danış ki, səni anlayaq” FOTO

Dünya şöhrətli Hollivud aktyoru Jan Klod Van Dammın gəlini, pianoçu Suada

arrow Ətraflı
"Premium" deputatın "premium" çıxışları  VIDEO like
  • 01 İyn 19:30  
Siyasət "Premium" deputatın "premium" çıxışları VIDEO

Milli Məclisin deputatlarından olan Arzu Nağıyev ölkənin ali qanunverici o

arrow Ətraflı
Qətər Əmiri Prezident İlham Əliyevi təbrik edib like
  • 01 İyn 19:28  
Siyasət Qətər Əmiri Prezident İlham Əliyevi təbrik edib

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Prezident İlham Ə

arrow Ətraflı