“O, Razi Əliyevaya evlilik təklif edibsə, bu, xəyanət deyil, dinimiz dörd arvad almağa icazə verir...”


Şou-biznes 01 İyn 2023 15:48:00 119 0

“O, Razi Əliyevaya evlilik təklif edibsə, bu, xəyanət deyil, dinimiz dörd arvad almağa icazə verir...”

"Cəmiyyətimizdə kişilərin rolu get-gedə zəifləyir, öz sözlərini deməyə qorxurlar"

"Razi Əliyeva özünü müdafiə etmə imkanına malik ola bilməyən qadınlardan deyil ki, onu döysünlər, o da sakit qalsın, müqavimət göstərməsin. Sözün düzü, başa düşə bilmirəm, artıq polisə vermisənsə, bunu niyə ictimailəşdirirsən? Məsələni ictimailəşdirməyin mənası nədir? O halda başa düşülərdi ki, hadisəni törədən adam məmurdur, tanınmış adamdır, ondan qorxursan. Sosial şəbəkədə oxuduqlarımdan belə başa düşdüm ki, Razi Əliyeva hazırda heç ölkədə yoxdur. Həqiqətən belə qorxu, stress altındasansa, necə olub ki, ölkədən çıxıb getmisən? Burada müəyyən suallar var..."

Son.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki, kişilərin qadınları döyməsinin əleyhinədir: "Xüsusən bu şəkildə. Bu, problemdir. Mənim dörd qızım var, mənim üçün də vacib məsələdir. İstəmirəm ki, kişilər qadınları bu hala salsınlar. Sadəcə, ortada suallar var: qadın niyə bunu ictimailəşdirir? Bəzən görürəm, sakit, evdar qadındır, əri onu döyür, söyür, o da cavab verə bilmir, qorxur, çünki çox asılı vəziyyətdədir. Amma bu xanım kişidən asılı vəziyyətdə olan xanıma oxşamır. İnternetdə onun haqqında bir az araşdırdım... Məsələyə sırf bu prizmadan baxmalıyıq. Təbii ki, kimsə kiməsə qarşı zor tətbiq edibsə, qanun qarşısında cavab verməlidir - belə fakt doğrudan da varsa... Biz bilmirik, Razi Əliyeva belə deyir. Hadisənin səbəbləri müəyyən olunmalıdır. Qadın deyir ki, qısqanclıq zəminində baş verib. Deyir də... Çox şey deyə bilər. Əslində ola bilər ki, belə deyil, başqa səbəblər var".

Ə.Həsənov əlavə edib: "Son zamanlar belə müşahidə edirəm ki, qadınlar özlərini çox dikbaş apardıqları, ərlərini təhqir etdikləri üçün ərləri onları döyür. "Çox pul gətir", "bunu istəyirəm, onu istəyirəm", "sən pis kişisən" və s. Son vaxtlar belə şeylər eşidirəm. Təbii, bu, o demək deyil ki, başqa misallar yoxdur. Bəzi kişilər var ki, ağlı başında deyil, yeri oldu-olmadı qadına qarşı zor tətbiq edir, psixoloji problemləri var. Hər bir halda məsələyə konkret baxılmalıdır. Əks tərəfin də fikri öyrənilməlidir. Razi Əliyeva barəsində "əxlaqsız", "pis qadın" kimi ifadələrin işlədilməsinə gəlincə, bu, onun öz şəxsi işidir. Bu məsələlərə qarışmaq istəmirəm. Kişiyə gəlincə, təbii ki, həyat yoldaşına xəyanət edirsə - hələ bunu da bilmirik - yaxşı hal deyil. Amma məsələnin başqa tərəfi də var. Doğrudan da, Razi Əliyevaya evlilik təklif edibsə, axı bu, xəyanət deyil. Dinimiz bizə dörd arvad almağa icazə verir. Xəyanət bunun harasındadır? Xəyanət başqa şeydir. Məşuqə kimi saxlamaq və sair... Yenə də deyirəm, bilmirik, dəqiq məlumat yoxdur. Hesab edirəm, hamımız çalışmalıyıq ki, ikiüzlü və riyakar olmayaq. Dünyanın istənilən nöqtəsində - İslam dünyasında da, sosializm quran Çində də, liberalizm quran Qərbdə də, rus dünyası quran Rusiyada da kişi və qadın təbiəti eynidir. Kişilər poliqandır, yəni onlar bir qadınla yox, daha çox qadınla bir yerdə olmağa meyillidirlər. İslam dünyasında bunu rəsmi edirlər. Digərlərində isə əksinə, bəzən ümumiyyətlə doğmurlar, özləri üçün gəzirlər. Bunun hansı düz, hansı səhvdir, qoy cəmiyyət qiymət versin. Amma fakt budur, kişilərin 99%-i belədir. İstisnalar azdır. Qadınlar "kişilər belə etdi" deyəndə yenə başa düşürəm, amma kişilər bunu deyəndə təəccüblü gəlir. Təbiidir, cəmiyyətimizdə kişilərin rolu get-gedə zəifləyir, öz sözlərini deməyə qorxurlar, hamıya bəlli olan həqiqətləri gizlədirlər, demirlər".

"Moldova və Azərbaycan enerji sektorunda uzunmüddətli əməkdaşlıq qura bilər" like
  • 01 İyn 15:24  
Digərləri "Moldova və Azərbaycan enerji sektorunda uzunmüddətli əməkdaşlıq qura bilər"

Moldova və Azərbaycan enerji sektorunda uzunmüddətli əməkdaşlıq qura bil

arrow Ətraflı
İkinci olan trans gözəlin əri səhnəyə hücum etdi  VİDEO like
  • 01 İyn 15:11  
Şou-biznes İkinci olan trans gözəlin əri səhnəyə hücum etdi VİDEO

Braziliyanın "Miss Mato Grosso 2023" gözəllik yarışmasında maraq

arrow Ətraflı
Ortaq Türk Əlifbası dərsliyi nə zamandan tədris olunacaq? like
  • 01 İyn 14:59  
Digərləri Ortaq Türk Əlifbası dərsliyi nə zamandan tədris olunacaq?

Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanan "Türk dünyasın�

arrow Ətraflı
Ordumuzun ilk əməliyyatında Ruben Vardanyan birinci qaçanlardan olacaq like
  • 01 İyn 14:51  
Siyasət Ordumuzun ilk əməliyyatında Ruben Vardanyan birinci qaçanlardan olacaq

Kişinyov görüşü sülh danışıqlarında son görüş deyil.

arrow Ətraflı
Putin həbs olunsa, kiminlə danışacağıq? like
  • 01 İyn 14:48  
Dünya Putin həbs olunsa, kiminlə danışacağıq?

Rusiya lideri Vladimir Putinin Haaqada "layiqli istirahətə" göndər

arrow Ətraflı
Kartofun məhsuldarlığı artıb, qiyməti isə kəskin enib like
  • 01 İyn 14:37  
Digərləri Kartofun məhsuldarlığı artıb, qiyməti isə kəskin enib

Masallı və Cəlilabadda kartof ucuzlaşıb. Yerli fermerlər bildirir ki, məh

arrow Ətraflı
Məşhur müğənni Sia ilk dəfə psixoloji xəstəliyindən danışdı like
  • 01 İyn 14:26  
Şou-biznes Məşhur müğənni Sia ilk dəfə psixoloji xəstəliyindən danışdı

Avstraliyalı müğənni Sia ilk dəfə psixoloji xəstəliyindən danışıb. U

arrow Ətraflı
Lalə Məmmədova, İradə İbrahimova və Samir Piriyev 30 il əvvəl like
  • 01 İyn 13:53  
Şou-biznes Lalə Məmmədova, İradə İbrahimova və Samir Piriyev 30 il əvvəl

Müğənni Samir Piriyevin sosial media hesabındakı paylaşımı diqqət çək

arrow Ətraflı
Marinkanı çeçenlər ələ keçirəcək like
  • 01 İyn 12:58  
Digərləri Marinkanı çeçenlər ələ keçirəcək

Marinkanın azad edilməsində çeçen birləşmələri ilə sıx əməkdaşlıq

arrow Ətraflı
Yeni evlənən cütlük onlara verilən hədiyyələri süpürgəçi qadınlara bağışladı like
  • 01 İyn 12:47  
Digərləri Yeni evlənən cütlük onlara verilən hədiyyələri süpürgəçi qadınlara bağışladı

Bakıda yeni evlənən cütlük toyda onlara verilən bəxşişi kommunal xidmə

arrow Ətraflı
Türkiyədə prezident seçkilərinin yekun nəticələri açıqlandı like
  • 01 İyn 12:42  
Siyasət Türkiyədə prezident seçkilərinin yekun nəticələri açıqlandı

Türkiyədə prezident seçkilərinin yekun nəticələri açıqlanıb.

arrow Ətraflı
Azərbaycanlı aktrisanı ilan qorxutdu like
  • 01 İyn 12:36  
Şou-biznes Azərbaycanlı aktrisanı ilan qorxutdu

Aktrisa Kəmalə Piriyevanın başına maraqlı hadisə gəlib.

arrow Ətraflı
Paşinyan Rusiyanı Ukrayna ilə like
  • 01 İyn 12:25  
Digərləri Paşinyan Rusiyanı Ukrayna ilə

Ermənistanla Rusiya arasında "KTMT" gərginliyi səngimək bilmir. R

arrow Ətraflı