Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi təyin edilib
Digərləri 31 May 2023 13:16:00 335 0
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi təyin edilib.
Bu xəbəri də oxu: Təyyarədə sərnişinlərə qəlpə dəyib? Nazirdən AÇIQLAMA
Son.az Trend-ə istinadən xəbər verir ki, Tamerlan Tağıyev Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb. Bundan əlavə, Dövlət İqtisad Universitetinin biznesin idarəolunması proqramı üzrə MBA, həmçinin, ABŞ-ın Corcia Dövlət Universitetində dövlət idarəçiliyi üzrə magistr təhsili alıb.
2001-ci ildə əmək fəaliyyətinə başlayıb, müxtəlif özəl və dövlət qurumlarında çalışıb, o cümlədən Avropa Məhkəməsinə Müraciətetmə Mərkəzində və İqtisadi İnkişaf Nazirliyində işləyib. 2008-ci ildən İslam İnkişaf Bankı (İİB) Qrupunun Azərbaycandakı təmsilçisi vəzifəsini yerinə yetirib, 2021-ci ildən isə Azərbaycan, Albaniya və Orta Asiya ölkələrini İİB-in Direktorlar Şurasında icraçı direktor qismində təmsil edir. 2020-2021-ci illər ərzində Dünya İqtisadi Forumunun Rəqəmsal Ticarət Platforması çərçivəsində mübadilə proqramının iştirakçısı olub.
2021-2023-cü illərdə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru vəzifəsində çalışıb.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru vəzifəsi Mərkəzin icraçı direktorunun müavini Fariz Cəfərova həvalə olunub.
Fariz Cəfərov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi üzrə bakalavr, Madrid və Milan politexnik universitetlərində dövlət xidmətlərində süni intellektin tətbiqi üzrə ikili magistr, "London Webster Graduate School" məktəbində biznesin idarə edilməsi, Dyuk Universitetinin Fuqua Biznes məktəbində adaptiv strateji idarəetmə və Corc Vaşinqton Universitetində layihələrin idarə edilməsi üzrə magistr təhsili alıb.
2019-2022-ci illərdə Fariz Cəfərov Azərbaycan Hökumətini Avropa Şurasının Süni İntellekt Komitəsində təmsil edib. Fariz Cəfərov dövlət sektorunda bir sıra istiqamətlər, xüsusilə dövlət xidmətlərinin rəqəmsallaşdırılması, kənd təsərrüfatı, turizm, tikinti və sosial xidmətlər üzrə on ildən artıq təcrübəyə malikdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Mərkəzi Bank və bir sıra özəl və dövlət qurumlarında rəhbər vəzifələrdə fəaliyyət göstərib. Son 5 ildə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru vəzifəsində çalışıb, ölkə üzrə 50-dən çox strateji əhəmiyyətli rəqəmsal layihəyə, o cümlədən ASAN Viza, ASAN Bridge, ASAN Ödəniş, "e-satınalma", Elektron Hökumət və "MyGov" portalları, eləcə də digər layihələrə rəhbərlik edib.
Əməkdar artist Rühəngiz Allahverdiyevanın canlı efirdə dedikləri hər k�
Cari hadisələr, Prezident İlham Əliyevin son bir ay ərzində keçirdiyi gö
Milli Məclisin dünən keçirilən plenar iclasında deputat Tahir Kərimli pen
Bakı Enerji Həftəsi enerji sektorunda keçirilən aparıcı beynəlxalq tədb
İsrail Prezidenti İsxak Hersoq Azərbaycanın yəhudi icması ilə görüşüb
"Razi Əliyeva adlı qadınla bağlı gecədən davamlı olaraq paylaşıml
Xəbər verdiyimiz kimi, model Razi Əliyeva sevgilisi tərəfindən döyülüb.
Ölkəmizdə səfərdə olan İsrail Dövlətinin Prezidenti İsxak Hersoq və b
Azərbaycan malik olduğu zəngin təbii ehtiyatlardan istifadə etməklə, alte
Tərtərdə avtomobil ağaca çırpılıb.
1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması uğuru, dayanıql
1994-cü ildən başlayaraq 30 ilə yaxındır ki, Xəzər Neft-Qaz Sərgisi Az�
Sosial şəbəkələrdə yayılan video etiraz doğurub.
Böyük Britaniyanın Baş naziri Rişi Sunak Azərbaycan Respublikasının Prez
Mayın 31-dən iyunun 3-dək Azərbaycanın paytaxtı üç mötəbər tədbiri b