Qarabağda gərginlik artır separatçılar Xankəndidə qiyama


Digərləri 31 May 2023 10:56:00 253 0

Qarabağda gərginlik artır  separatçılar Xankəndidə qiyama

Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərimizdə ermənilərin təxribatçı hücumlarının sayı artmaqdadır. Separatçı rejimin tör-töküntüləri əsgərlərimizə atəş açır, qarşıdurma yaratmağa çalışırlar. Sülhyaratma funksiyasını öz üzərinə götürən Qarabağdakı rus sülhməramlıları isə nəinki buna reaksiya verir, əksinə, onların təxribatçı əməllərini genişlənməsinə göz yumurlar. Xüsusən də, Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağın Azərbaycan torpağı olduğunu təsdiq etməsi Xankəndidə qalan qondarma qurumun tör-töküntüləri ilə İrəvan arasında gərginlik yaradıb.

Erməni mediasının yaydığı xəbərlərə görə separatçılar Xankəndidə qiyama hazırlaşırlar. Və bu qiyamın arxasında separatçı rejimin keçmiş funkisonerləri dayanır. "Qraparak" qəzeti yazır ki, qondarma "DQR"in keçmiş funksionerlərindən olan, Qarabağda qanunsuz formalaşdırılmış "hərbi birləşmənin sabiq komandiri" Samvel Babayan ərazidə kütləvi etitaz aksiyaları həyata keçirməyə çalışır. Bundan əvvəl Xankəndidə keçirilən aksiyada qondarma rəhbərlik qarşısında ona "nazir" postunun verilməsini tələb edib. Azsaylı şəxslər onun "dövlət naziri" təyin edilməsini tələb ediblər. Erməni qəzeti yazır ki, "hədəf 2018-ci ildə Xankəndidə yaşanan inqilabi ssenarinin təkrarlanmasıdır". Qəzet yazır ki, separatçıların lideri Araik Arutunyanın ərazidə "hərbi vəziyyət" dövründə söz azadlığının məhdudlaşdırılması ilə bağlı son "qərarları" Rusiya sülhməramlılarının təklifi ilə qəbul edilib. Məqsəd də daxili gərginliyin qarşısını almaqdır.

Daşnaklar da qiyamçılara dəstək verəcək

Yeri gəlmişkən, Babayanın mümkün ssenarisini reallaşdırmaqda Erməni Milli Federasiyası - "Daşnaksutyun" Partiyası da yardımçı ola bilər. Bundan əvvəl onların nümayəndəsi İşxan Saqatelyan deyib ki, onun partiyası hökumətin hakimiyyətdən kənarlaşdırılması məqsədilə "yeni mübarizəyə" başlayır. Saqatelyan Azərbaycanla imzalanacaq istənilən sənədin etibarsız olacağını göstərmək üçün Ermənistanda və Qarabağda kütləvi aksiyalara çağırıb. Bununla belə o aksiyaların konkret tarixləri barədə heç nə deməyib: "Bu hakimiyyət başqa seçim qoymur: ya təslim olmaq, ya da vətən uğrunda mübarizə aparmaq lazımdır. Mən zorakı hərəkətlərə çağırmıram, amma qiyam - xalqı əsir etmiş hökumətə qarşı xalqın itaətsizliyi və müqəddəs hüququdur".

Ötən il parlament müxalifətinin təşkil etdiyi "Müqavimət" hərəkatı günlərlə davam edən küçə aksiyalarından sonra Paşinyanın istefasına nail ola bilməyib. Lakin iqtidaryönlü deputat Artur Ovannisyan Saqatelyanın bəyanatını şərh edərkən deyib ki, müxalifət artıq bütün resurslarını tükəndirib: "Heç kəs heç kəsin iradəsinin sərbəst ifadəsinə maneçilik törətməyəcək. Sadəcə bizim bu dairələrə rica və çağırışımız budur ki, onlar öz hərəkətləri ilə birdən Ermənistan Respublikasının maraqlarına və Qarabağ ermənilərinin maraqlarına ziyan vurmasınlar. Çünki belə olarsa, bu dəfə bizim bu hərəkətlərə qarşı tədbirlərimiz qanun çərçivəsində, amma daha sərt olacaq".

Azər Nuriyev Son.az

"ABŞ bu məsələdə Azərbaycana dəstək verməyə hazırdır" like
  • 31 May 10:48  
Digərləri "ABŞ bu məsələdə Azərbaycana dəstək verməyə hazırdır"

ABŞ Avropaya enerji resurslarının tədarükünün daha da artırılmasında A

arrow Ətraflı
"Aya 12 toy salmayın, pul çatdırmaq olmur" like
  • 31 May 10:46  
Şou-biznes "Aya 12 toy salmayın, pul çatdırmaq olmur"

"Özümün və həmkarlarımın adından musiqiçilərdən çox xahiş edi

arrow Ətraflı
"Hadı"dan 50 kq narkotik alan şəxs saxlanıldı like
  • 31 May 10:34  
Kriminal "Hadı"dan 50 kq narkotik alan şəxs saxlanıldı

İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə göndərilən külli

arrow Ətraflı
Paşinyan daha böyük səhv buraxa bilər like
  • 31 May 10:20  
Siyasət Paşinyan daha böyük səhv buraxa bilər

"Görünən odur ki, ya Nikol Paşinyanın öz hökuməti üzərində nəza

arrow Ətraflı
Kəndlilər sel təhlükəsi ilə bağlı maarifləndirildi  FOTO like
  • 31 May 10:16  
Digərləri Kəndlilər sel təhlükəsi ilə bağlı maarifləndirildi FOTO

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən ötən gü

arrow Ətraflı
Bu şəxslər daha tez pensiyaya çıxa bilər  VİDEO like
  • 31 May 09:58  
Digərləri Bu şəxslər daha tez pensiyaya çıxa bilər VİDEO

Pensiya yaşı mütləq aşağı salınmalıdır

arrow Ətraflı
"Bu sənədin imzalanması yeni mərhələ oldu" like
  • 31 May 09:56  
Digərləri "Bu sənədin imzalanması yeni mərhələ oldu"

Rumıniya Azərbaycandan qaz nəqlində tranzit ölkə kimi çıxış edə bilə

arrow Ətraflı
Azərbaycanlı aparıcı evli sevgilisi tərəfindən döyüldü  FOTO like
  • 31 May 09:48  
Şou-biznes Azərbaycanlı aparıcı evli sevgilisi tərəfindən döyüldü FOTO

Model və aparıcı kimi tanınan Razi Əliyeva, özünün döyülmüş halda fo

arrow Ətraflı
Biləsuvardakı hadisə ilə bağlı FHNdən açıqlama like
  • 31 May 09:24  
Digərləri Biləsuvardakı hadisə ilə bağlı FHNdən açıqlama

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərk�

arrow Ətraflı
Bura bağça deməyə insanın dili gəlmir...  VİDEO like
  • 31 May 09:22  
Digərləri Bura bağça deməyə insanın dili gəlmir... VİDEO

Masallı rayon Xırmandalı kənd uşaq bağçası 1981 - ci ildə tikilib istif

arrow Ətraflı
Taksi sürücüsündən sərnişinə qarşı əxlaqsızlıq  Sendviç yedik, sonra kimsəsiz məkana gedib... like
  • 31 May 09:10  
Digərləri Taksi sürücüsündən sərnişinə qarşı əxlaqsızlıq Sendviç yedik, sonra kimsəsiz məkana gedib...

Taksi sürücüsü azyaşlı sərnişinə qarşı əxlaqsızlıq etdiyinə gör�

arrow Ətraflı
Bu güldür, qadın ayağı deyil  FOTO like
  • 31 May 08:45  
Digərləri Bu güldür, qadın ayağı deyil FOTO

İlk baxışdan bu, ayağını qaldırmış rəqqasəyə bənzəyir. Lakin söhb

arrow Ətraflı
Rusiyada neft emalı zavodu vuruldu like
  • 31 May 08:33  
Digərləri Rusiyada neft emalı zavodu vuruldu

Rusiyanın Krasnodar vilayətində yerləşən neft emalı zavodu pilotsuz uçu�

arrow Ətraflı
Məşhur futbolçu və 1 tondan çox narkotik... like
  • 31 May 08:25  
Kriminal Məşhur futbolçu və 1 tondan çox narkotik...

Rusiyanın "Spartak" klubunun futbolçusu Kvinsi Promesin adı böyük

arrow Ətraflı