Aİ Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun Azərbaycana səfəri başlayıb FOTO


Siyasət 29 May 2023 19:36:00 208 0

Aİ Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun Azərbaycana səfəri başlayıb  FOTO

Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) 29-31 may tarixləri üçün Azərbaycana səfəri başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, təqribən 40 nəfərlik nümayəndə heyətin tərkibinə Aİ üzv dövlətlərin Brüsseldə akkreditə olunmuş diplomatik nümayəndəliklərində region üzrə məsul diplomatları, həmçinin Aİ Şurası, Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmiləri daxildir.

29 may tarixində COEST Qrupu ilk olaraq Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib. Səfər zamanı nümayəndə heyətinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, eləcə də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və ANAMA-nın rəhbər vəzifəli şəxsləri ilə görüşləri keçirilib.

COEST nümayəndə heyətinə Ermənistan Respublikası tərəfindən 30 illik işğal dövründə törədilmiş vandalizm aktları, dağıntılar, ümumlikdə işğalın ağır nəticələri, həmçinin Vətən müharibəsindən sonra həyata keçirilən tikinti-quruculuq layihələri və keçmiş məcburi köçkünlərin Böyük Qayıdış proqramı çərçivəsində Zəngilanın Ağalı, Tərtərin Talış kəndinə və Laçın şəhərinə qayıdışı barədə təqdimatlar keçirilib. Həmçinin, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslər, onların meyit qalıqlarının aşkar edilməsi istiqamətində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən qazıntı və eksqumasiya prosesi barədə ətraflı məlumat verilib.

Nümayəndə heyəti Ermənistan tərəfindən dağıdılmış Füzulinin Mərdinli kəndindəki məscidin qalıqları, həmçinin Qaraxanbəyli kəndindəki məzarlıqla tanış olublar. Bildirilib ki, işğalçılar Azərbaycanın inkişaf etmiş şəhərlərindən olan Füzulidə salamat bina qoymayıblar. Şəhərdəki bütün yaşayış binaları və fərdi evlər, eyni zamanda şəhər mərkəzində fəaliyyət göstərən redaksiya, teatr binası və digər tikililər yerlə yeksan edilib.

Nümayəndə heyəti daha sonra işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. Səfər iştirakçıları "Qafqazın Xirosiması" kimi tanınan Ağdam şəhərinin dağıntıları ilə tanış olub, Dram teatrının salamat qalan divarına baxıblar. Qeyd olunub ki, törədilmiş vandalizm aktlarına ərazilərdəki tarixi, mədəniyyət və memarlıq nümunələri, mağara və kurqan, türbə və qəbirüstü abidələr də daxildir.

Nümayəndə heyəti həmçinin Ağdamda minatəmizləmə fəaliyyəti ilə məşğul olan ANAMA əməkdaşları ilə görüşüb, ərazidən tapılan mina və partlamamış silah-sursatların bir qisminin zərərsizləşdirilməsində iştirak ediblər.

Aİ nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində bir sıra dövlət qurumlarının yüksək vəzifəli rəsmi şəxsləri ilə də görüşləri nəzərdə tutulur.

Meşədə narkotik becərən şəxs saxlanıldı  FOTO like
  • 29 May 19:24  
Digərləri Meşədə narkotik becərən şəxs saxlanıldı FOTO

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməli

arrow Ətraflı
Tanınmış əməkdar artist vəfat etdi like
  • 29 May 19:12  
Kriminal Tanınmış əməkdar artist vəfat etdi

Əməkdar artist Elxan Qasımov vəfat edib.

arrow Ətraflı
Bakıda “Prius” zəncirvari qəzaya səbəb oldu  VİDEO like
  • 29 May 19:00  
Digərləri Bakıda “Prius” zəncirvari qəzaya səbəb oldu VİDEO

Bakıda "Prius"un iştirakı ilə baş verən qəza anı avtomobilə q

arrow Ətraflı
"Türk dövlətlərinin maraqlarının qorunmasında Ərdoğanın və Türkiyənin rolu böyükdür" like
  • 29 May 18:48  
Digərləri "Türk dövlətlərinin maraqlarının qorunmasında Ərdoğanın və Türkiyənin rolu böyükdür"

Türk dövlətlərinin maraqlarının qorunmasında Ərdoğanın və Türkiyəni

arrow Ətraflı
Ukrayna buna can atır  Nazir müavini like
  • 29 May 18:36  
Dünya Ukrayna buna can atır Nazir müavini

Ukrayna postmünaqişə dövründə bərpa işlərində Azərbaycanla əməkdaş

arrow Ətraflı
Paşinyan yenə Rusiyaya gedəcək like
  • 29 May 18:30  
Digərləri Paşinyan yenə Rusiyaya gedəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-9-da yenidən Rusiya Federas

arrow Ətraflı
Tanınmış aparıcının Türkiyəyə girişi qadağan edildi like
  • 29 May 18:28  
Dünya Tanınmış aparıcının Türkiyəyə girişi qadağan edildi

Tanınmış aparıcıya Türkiyəyə giriş 5 il müddətinə qadağan edilib.

arrow Ətraflı
Ukrayna bu silahla bütün hədəfləri vurdu like
  • 29 May 18:12  
Dünya Ukrayna bu silahla bütün hədəfləri vurdu

Britaniyanın uzaq mənzilli "Storm Shadow" silahlarının bütün zə

arrow Ətraflı
"Ukraynaya bərpa üçün 400 milyard dollar lazım olacaq" like
  • 29 May 18:10  
Dünya "Ukraynaya bərpa üçün 400 milyard dollar lazım olacaq"

Ukraynaya müharibədən sonra bərpa üçün 400 milyard dollar lazım olacaq.

arrow Ətraflı
Selena Qomez Beyonsun konsertində dava saldı  VİDEO like
  • 29 May 17:48  
Şou-biznes Selena Qomez Beyonsun konsertində dava saldı VİDEO

Müğənni Selena Qomezin yayılan videosu hər kəsi təəccübləndirib.

arrow Ətraflı
Bu yay bağ evlərində qiymətlər "od tutub yanacaq"  VİDEO like
  • 29 May 17:36  
Digərləri Bu yay bağ evlərində qiymətlər "od tutub yanacaq" VİDEO

Yay mövsümü ərəfəsində bağ evlərinin kirayəsində bahalaşma müşahid

arrow Ətraflı
“İstəmirəm qızım məşhur olsun” like
  • 29 May 17:12  
Şou-biznes “İstəmirəm qızım məşhur olsun”

Müğənni Sevda Yahyayeva qızı Aylanın üzünü gizlətməyinin səbəbini a

arrow Ətraflı
Bu zavodun rəisi 3500 manat like
  • 29 May 16:52  
Digərləri Bu zavodun rəisi 3500 manat

Biləsuvar-Bəhrəmtəpə yolunun 3-cü kilometrliyində fəaliyyət göstərən

arrow Ətraflı