İlham Əliyev Ərdoğana zəng edib
Siyasət 28 May 2023 21:12:00 242 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Bu xəbəri də oxu: İşğalçı Ermənistanın silahlandırılması cinayətdir –
Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik edib.
Prezident İlham Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirərək əmin olduğunu bildirib ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə növbəti illərdə də Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək.
Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana Türkiyə xalqının firavanlığı və ölkənin tərəqqisi naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Türkiyə Prezidenti təbrikə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib, eyni zamanda, Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb.
Azərbaycan Prezidenti təbrikə görə təşəkkürünü bildirib.
Azərbaycan Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkəmizə rəsmi səfərə dəvət edib.
Dəvət minnətdarlıqla qəbul edilib.
Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə bir daha əminliklərini bildiriblər.
Telefon söhbəti zamanı əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Bakıda Atatürk parkında Ərdoğana dəstək yürüyüşü keçirilib.
Biz onu "Brilliant əl", "12 stul" kimi bir sıra maraqlı f
Hazırda Rəcəb Tayyib Ərdoğan 54,47 faiz, Kamal Kılçdaroğlu 45,53 faiz s�
Yəqin mobil telefonlardakı tətbiqlər vasitəsilə necə qocalacağınıza da
Seçkilərin ikinci turunun nəticələri bir daha xalqın Prezident Ərdoğana
2023-cü ilin iyun ayı üçün ulduz falı bürclərin bütün nümayəndələr
Laçına ilk köç baş tutdu. Dünən artıq 20 ailə, 97 nəfər insan doğma
İsrail prezidenti İsxak Hersoq mayın 30-da Azərbaycana səfər edəcək
İsrail Prezidenti İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu ü