Polad Bülbüloğlu: “Ermənistan sülh istəmir”
Siyasət 27 May 2023 08:23:00 218 0
"Ermənistan sülh istəmir və dövlətlərarası münasibətlərin normallaşması prosesini süni surətdə ləngidir".
Bu xəbəri də oxu: COPda razılaşdırılan 300 milyard nəyə xərclənəcək?
Son.az APA-ya istinadən bildirir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 28 May-Müstəqillik Günü münaisbəti ilə keçirilən qəbulda çıxışında bildirib.
Səfir qeyd edib ki, regiondakı hazırkı vəziyyət, Ermənistanın siyasi rəhbərliyinin ritorika və narrativləri qonşularımız sülh istəmədiyinə və dövlətlərarası münasibətlərin normallaşması prosesini süni surətdə ləngitdiyinə bizi inandırır: "Ermənistanın danışıqlar imitasiya praktikasından istifadə edərək revanşist ideyaları ilə yaşamaqda davam etdiyini, üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirmək əvəzinə, təxribatlara əl atdığını təəssüflə dərk etmək olar. Bundan başqa, İrəvan ərazilərin minalanması prosesini davam etdirərək, təbii sərvətlərimizin qanunsuz çıxarılmasını həyata keçirməklə, öz silahlı birləşmələrini Azərbaycanın suveren ərazisindən çıxarmamaqla regionda sabitlik və təhlükəsizliyə yeni təhlükə yaradır", deyə səfir Polad Bülbüloğlu vurğulayıb.
Polad Bülbüloğlu vurğulayıb ki, Azərbaycan Rusiyanın və şəxsən Rusiya Prezidenti Vladimir Putinin Ermənistan-Azərbaycan münaqişəsinin həllində, münaqişədən sonrakı nizamlanma səylərində vasitəçilik rolunu yüksək qiymətləndirir. "Bu gün Rusiya, Ermənistanla münasibətləri normallaşdırmaq yollarını tapmaqda bizim mühüm tərəfdaşımız olmağa davam edir... Mənim ölkəm üçün Rusiya ilə tərəfdaşlığın aydın, proqnozlaşdırıla bilən və məqsədyönlü strateji perspektivi var. Bunun üçün liderlərimizin böyük potensialı və iradəsi var", deyə səfir əlavə edib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanla Ermənista
Almaniya silahlı qüvvələri 2 "Patriot" zenit-raket kompleksini Slo
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə vətəndaşlarını mayın
Bakı şəhəri üzrə havada dəm qazının miqdarı normadan 1,7, dispers toz
Yutub şirkəti "Stories" ("Tarixcə") funksiyasının dəst
Müğənni Selin Dion səhhətindəki problemlərə görə 2024-cü ilin aprelin
Qırğız Respublikasının Prezidenti Sadır Japarov məktəblərdə valideynl�
Aston Martin şirkəti "dünyanın ən güclü lüks krossoverinin" ti
Bir neçə gün bundan əvvəl Qobustanda qeydə alınan qəzanın oxşarı Tür
Norveç Balıqçılıq İdarəsi vətəndaşlardan haqqında 2019-cu ildən bər
Slovakiya Milli Şurasının (parlamentinin) spikeri Boris Kollar iyunun 9-da re