Mikayıl Cabbarov: "Azərbaycan “yaşıl” enerji ölkəsinə çevrilməyi qarşısına hədəf qoyub" FOTO
Siyasət 26 May 2023 20:28:00 232 0
İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.
Bu xəbəri də oxu: Prezident: Bosniya və Herseqovina ilə dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsi məmnunluq doğurur
Son.az Trend-ə istinadən xəbər verir ki, nazir Mikayıl Cabbarovun BƏƏ-yə səfəri çərçivəsində bir sıra görüşlər keçirilib. SOCAR prezidenti Rövşən Nəcəfin də iştirak etdiyi görüşlərdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) baş icraçı direktoru və "Masdar" şirkətinin sədri Sultan Əhməd Əl Caberlə görüşdə iqtisadiyyat naziri ölkəmizin təmiz ətraf mühit və "yaşıl" enerji ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu vurğulayıb, enerjidən səmərəli istifadə olunması və yeni dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən layihələr və onların icra vəziyyəti barədə məlumat verib. Bildirilib ki, alternativ enerji mənbələrinin yaradılması istiqamətində ölkəmizin potensialı böyükdür və Azərbaycan bu sahədə "Masdar" şirkəti ilə uğurlu əməkdaşlıq edir. Enerji istehsalının bərpaolunan mənbələr hesabına şaxələndirilməsinin əsas hədəflərdən olduğu, şirkətlə əməkdaşlığın dayanıqlı, təmiz enerji ilə bağlı prioritetlərimizin reallaşdırılmasına töhfə verəcəyi qeyd edilib.
BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, ADNOC şirkətlər qrupunun baş icraçı direktoru, "Masdar" şirkətinin sədri Sultan Əl Caber rəhbərlik etdiyi şirkətin fəaliyyəti, müxtəlif ölkələrdəki təcrübəsi barədə danışıb, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Həmçinin ölkəmizin əlverişli coğrafi mövqeyinin, təbii potensialının və inkişaf etmiş infrastruktura malik olmasının "Masdar" şirkəti ilə əlaqələrin genişləndirilməsi üçün şərait yaratdığını vurğulayıb.
Görüşdə ölkələrimiz arasında uğurlu iqtisadi əlaqələr, neft-qaz hasilatı (upstream) və neft-kimya üzrə layihələr (downstream), həmçinin karbohidrogen resurslarının nəqli (midstream) və "yaşıl" enerji istehsalı üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Səfər çərçivəsində "Sustainable Water Solutions" Holdinqinin sədri Əhməd Əl Şəmsi ilə keçirilən görüşdə yeni iqtisadi çağırışlar şəraitində resurslardan səmərəli istifadənin əhəmiyyəti, Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti və dayanıqlı inkişaf üçün innovativ mexanizmlərin tətbiqində ölkəmizlə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Sədərək rayonuna güclü leysan yağıb, bəzi ərazilərdən sel keçib.
Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göst
"WhatsApp" mesencerinin "Android"lər üçün 2.23.11.15 bet
Avstriya əsilli məşhur Hollivud kino ulduzu, 75 yaşlı Arnold Şvartsenegger
Saç tökülməsi hazırki dövrdə tez - tez rast gəlinən problemlərdən bir
"Arıqlamaq üçün əməliyyat etdirməliyəm. Onu da niyə etdirim? Niyə
Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Prezident
26 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazir
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri C
ABŞ-ın Nyu-York şəhərində yerləşən "Türk Evi"nə hücumda ş
İrəvan və Bakı arasında sülh sazişinin imzalanması Kişinyev danışıql
Son günlərdə Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 269.1,