Ceyhun Bayramov NATOnun xüsusi nümayəndəsi ilə görüşdü FOTO
Siyasət 26 May 2023 17:56:00 234 0
26 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə NATO baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina arasında görüş keçirilib.
Bu xəbəri də oxu: Şarl Mişel Bakıda təşvişə düşüb qaçdı
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı NATO ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri, Azərbaycan-Ermənistan normallaşma prosesi və danışıqların cari vəziyyəti müzakirə edilib.
Görüşdə, Azərbaycan tərəfindən regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə töhfə verən və tərəfdaş ölkə kimi Azərbaycanla NATO arasında müntəzəm siyasi dialoqun aparılması və praktiki əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.
Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın sülh prosesinə xələl gətirən hərbi-siyasi təxribatları barədə qarşı tərəfi məlumatlandırıb.
Görüşdə Xavyer Kolomina NATO-nun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini dəstəklədiyini vurğulayıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Müğənni Səidə Dadaşovanın növbəti açıqlaması müzakirə yaradıb.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Özbək
Macarıstanın Prezidenti Katalin Novak Prezident İlham Əliyevə təbrik məkt
Güney Azərbaycanın Marağa şəhərində məhbusun dar ağacından edamı uş
İsveçrə Konfederasiyasının Prezidenti Alen Berse Prezident İlham Əliyevə
Ukraynanın Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevə təbrik mə
HONOR yeni smartfonu olan HONOR Magic5 Pro modelinin üstünlüklərini nümayi�
Türkiyənin məşhur müğənnisi Seda Sayan növbəti dəfə etdirdiyi estetik
28 yaşlı oğlan sevgilisinə "tanış olaq?" mesajını yazan kişin
Oxçuçay çayı üzərində bir ədəd Başsuqəbuledici olmaqla, 4 KSES layih�
Prezident İlham Əliyev "Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı B
Prezident İlham Əliyev "Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı B