Mətanət Əsədovanı qadın həmkarı zəhərləyibmiş
Şou-biznes 26 May 2023 12:26:00 226 0
"Dostla düşməni ayırd edə bilsəydim bu günə heç qalardım? Onu seçə bilmədim. Saf oldum, ürəyimin təmizliyindən, şıltaqlığımdan, çıxdım efirə nələrsə danışdım. Gözəl geyinirdim, quruluşum gözəl idi. Amma o gözəl geyimdə başqaları kimi nələrsə edib, gəlib verilişlərdə sakit, başıaşağı, dinməz otursaydım, deyəcəkdilər ki, bundan var? Amma təmiz və saf oldum oturdum, onu başqa cür yozub, yazdılar. O biclikləri bilmədim. Necə varamsa elə də oldum".
Bu xəbəri də oxu: Sərdar Ortaç və Mehmet Əli Ərbil üçün ÇƏTİN SINAQ
Son.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu "Həyat tərzi" verilişində deyib.
Sənətçi bildirib ki, səbrsizliyindən dilə gətirdiyi fikirlər qalmaqala və söz-söhbətə səbəb olub:
"Səhnə mənim üçün inqilab oldu. Mərdi qova-qova namərd etdilər. Haqqımda: "Bu bilirsən nədir?" dedilər. Amma məni tanıyan insan "Sən nə yazıq insansan?" söylədi. Səbrsiz olmuşam. Çoxbilmiş məni özü kimi bilib. Çoxbilmişə fikrimi çatdıra bilməmişəm ki, mən bunu demək istəmişəm, bura qədərəm. Sən məni başqa tərəflərə yozma".
Əsədovanın sözlərinə görə, uzun illlər əvvəl bayram verilişlərində iştirak etsə də, bir sıra Xalq artistlərinin göstərişi ilə çıxışlarını efirdən kəsiblər:
"O qədər olub ki, verilişlərdəki çıxışlarımı kəsib efirə verməyiblər. Mənim günüm bu olub. Səhnəyə yeni çıxdığım vaxtlarda cavan qız idim, hamıya demişəm ki, yığışın, indi məni efirdə göstərəcəklər. Hamı oxuyur, amma Mətanət yoxdur. Yeni il, Novruz şənliklərində Mətanət yoxdur. Çəkilişlərə gedib, mahnılarımı oxuyurdum, amma məni sonra efirdən çıxarırdılar.
Deyirdilər ki, burada işıq yandı. İşığın yanması elə məni gözləyirdi. Sifarişlə məni efirdən çıxarırdılar. Bunu isə səsi olmayan Xalq artistləri edirdi. Elələri var ki, indi yoxdur, dünyalarını dəyişiblər. Kaş çoxdan yox olardılar. Amma elələri də var ki, hələ də yaşayır. Nə deyib yaşayırsa, yaşayır da. Bəzən olur ki, "can" deyib, üzümə baxırlar. Xasiyyətim elədir ki, yalandan gülüb, üzümü qırışdıra bilmirəm. Ona xoş olsun deyə niyə gülüb, özümə əzab verməliyəm ki?
Cismani cəza verirəm özümə. Gözəllik salonuna gedirdim. Orada da xaricdən gətirilən mallar gətirilib satılırdı. Bu həm geyim, həm də ərzaq malları idi. Həmin müğənnilərdən biri demişdi ki, bunun başını geyimlərlə qarışdırın, mahnı yazdırmasın, səhnəyə də çıxmaq yadından çıxsın".
Mətanət, həmçinin bildirib ki, qadın həmkarı onu zəhərlədiyinə görə, altı il səhnədən uzaqlaşıb:
"Altı il səhnəyə çıxmadım, mahnı oxumadım. Çünki məni zəhərlədilər. Səsim isə batdı. Məcburən məni bir evə qonaq çağırdılar. Getmirdim, amma məcbur elədilər ki, ora qonaq gedim. Getdim və başıma belə hadisə gəldi. Qələmlə yazırdım ki, məni başa düşsünlər. Səsim tamamilə yox idi.
Gecə və gündüz ağlayıb, Allaha yalvarırdım ki, nəyimi əlimdən alırsansa al, amma səsimi mənə qaytar. Müğənni olub, səhnədən düşməyim yox. Mənim başqa yolum yoxdur. Əlimi açıb məcbur dilənəcəyəm. Ona görə istədim səsimin qayıtmağını. Sonradan səsim açıldı və getdim toylara.
Hər gecə səhərə kimi 10-15 geyim dəyişirdim, çünki çox tərləyirdim. Suyun içində olurdum. Sonra bu hal pis nəticə verdi. Həkimlər dedilər ki, oxumusan səsin batıb.
Sonradan bildim ki, məni zəhərləyiblər. Söhbət açıldı, həmin qadın müğənninin ağzından qaçdı. Ona dedim ki, Allah sənə lənət eləsin. Allah onu elə cəzalandırdı ki, hamı gördü. Mən onun adını çəkmərəm, demərəm.
Sosial şəbəkələrlə məni gözdən salmaq üçün haqqımda xoşagəlməz şərhlər yazdırırlar. Mənim heç kimlə işim yoxdur. Mətanət birdənədir, nə istəyirsiniz məndən? Mətanət hər tərəfli sizlə artıq yaşamır. Hər şey sizdə var. Məsələdə budur".
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezi
Kılıçdaroğlunun son çırpınışlarıdı, amma seçilməyəcək. O, təkcə
Bu gün Azərbaycana bu istiqamətdə verilən beynəlxalq yardım okeanda bir d
"Planet Parni iz Baku"nun konsertindən TikTok-da yayımlanan görünt
2018-2023-cü illərdə ölkəmizdə 231 min şəxsə əlillik təyin edilib və
İran bankının Azərbaycandakı filialı "Bank Milli İran Baku" bü
Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri çoxdur və müxtəlifdir
Xəbər verdiyimiz kimi, 76-cı Kann Film Festivalına qatılanlar arasında akt
27-29 may tarixlərində Bakı şəhərində hərəkət iştirakçılarının ra
Rusiya paytaxtı Moskvada güclü yağış səbəbindən bir neçə rayonda yoll
Türkiyəli müğənni Tuğba Əkinci gəzinti zamanı görüntülənib.
Ermənistan baş naziri Nikol Paşinyan keçən ilin sonlarına qədər bildirir
Azərbaycanın ərazilərində 1 milyona yaxın mina və partlamamış sursat ba
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti xanım Salome Zurab