Aktrisa Zülfiyyə: “Həmkarlarım problemlərini efirdə səsləndirməyə qorxurlar“
Şou-biznes 25 May 2023 22:35:00 229 0
Aktrisa Zülfiyyə Qurbanovanın sosial şəbəkə hesabında paylaşdığı postda yazdığı "20 ildir bu sahədəyəm, niyə adım və ya mükafatım yoxdur? Halbuki işlərimlə dünyanı gəzmişəm, hələ layihələrimizin aldığı mükafatları demirəm.Yerli layihələrdə göstərdiyim aktyor işlərindən danışmıram... Havayı, heç bir əziyyət çəkmədən halva kimi boşqabına hazır nələrsə gələn adamlar nədən danışdığımı bilməz" fikirlər gündəmə səbəb olub.
Son.az xəbər verir ki, məsələ ilə bağlı bizim.media-nın əməkdaşı sənətçi ilə əlaqə saxlayıb.
Z.Qurbanova fikirlərinə bu cür aydınlıq gətirib:
"Aktyorlar efirdə özlərinə aid bir məsələ müzakirə olunanda fikir bildirsələr də, heç zaman bir-birinə dəstək olmurlar. Amma efirdən kənarda bir-birinin fikri ilə razılaşırlar. İctimaiyyət arasında onların birliyi yoxdur. Fəxri ada gələndə isə... 2003-cü ildən bu sənətdəyəm. 20 ildir ki, peşəkar səhnədə fəaliyyət göstərirəm, bir sıra dünya və beynəlxalq layihələrdə iştirak etmişəm, amma fəxri adım yoxdur.
Ona görə özümə söz vermişəm, bundan sonra nə zaman müzakirə predmeti olan verilişdə sənətdə olan çatışmazlıqları dilimə gətirib, müzakirəyə qoşulsam, ancaq özümə toxunan məsələləri işıqlandıracağam. Dünya səviyyəli təsdiq olunmuş festivallarda iştirak etmişəm. Yəni çəkildiyim filmlər orada nümayiş olunub, müxtəlif mükafatlar almışam. İnsan istəyir ki, o sənətinə və işinə görə dəyər, qiymət alsın". Aktrisa bildirib ki, fəxri ad və ya mükafatla bağlı Mədəniyyət Nazirliyinə müraciət etməyib:
"Mən heç bir yerə heç bir məsələ ilə müraciət etmirəm. Belə mövzular haqqında isə çox danışan insan deyiləm. Düşünmüşəm ki, hər şeydən öncə və əsas mənim işimdir, oynadığım roldur. Bir sözlə, gördüyüm işimlə tanınım. Bu fikirlərimi sərbəst şəkildə səsləndirmişəm".
Zülfiyyə aktyorların sosial şəbəkədə özlərinə aid olmayan lazımsız mövzularda münasibət bildirmələrinə irad tutub:
"İstedad gözəl bir keyfiyyətdir. İstedadsızsansa səni heç kəs hansısa bir yerə aparmayacaq. Yaltaqlıq bir yerə qədərdir. Lağ-lağı, dəxlisiz, mənasız və heç birimizə lazım olmayan mövzularla bağlı birinci aktyorlar fikir bildirirlər. Məişət və özfəaliyyət mövzuları... Amma özünə toxunan mövzulardan qorxub, çəkinirlər. Bunu dəfələrlə görmüşəm".
Aktrisa sonra həmkarı Ülviyyə Əliyevanın hələ də fəxri ad və mükafat ala bilməməsi ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirərək, onun bu məsələdə haqlı olduğunu vurğulayıb.
"Fəxri adla bağlı həmkarım Ülviyyə Əliyevanın da açıqlaması ilə sosial şəbəkədə rastlaşdım. Hər kəsin tələbidir ki, haqqını tələb etsin. Uzun illər incəsənət aləmində peşəkar səviyyədə, bu işin orta, ali təhsili almış teatr və kino sektorunda fəaliyyət göstərən hər bir aktyorun istəyini dilə gətirməsi haqqıdır".
"ATV Xəbər"in növbəti buraxılışında qəzalı vəziyyətdə ola
Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına rəsmi səfəri
İordaniya kraliçası Raniya gəlini üçün dəbdəbəli xınayaxdı keçirib.
"ATV Səhər"in növbəti buraxılışında şəhər sakinləri arası
Stress və yoxsulluq hipertoniyaya kömək edir.
Türkiyə enerji aslılığından qurtulmağı hədəfləyir.
Prezident İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyanı belə mat etd
Fövqəladə Hallar Nazirliyi ilə "Bakı Metropoliteni" QSC metronun
Tailand Krallığının Baş naziri Prayut Çan-o-ça Prezident İlham Əliyevə
Niderlandın cənubundakı Maastrixt şəhərində zəlzələ qurbanı olduğunu
21-25 may 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlə
Son.az AZƏRTAC-a istinadən bildirir ki, mayın 25-də Moskvada Azərbaycan Re