Xordad hadisələrinin ildönümü ilə bağlı Berlində etiraz aksiyası keçirilir VİDEO
Dünya 20 May 2023 18:30:00 273 0
Almaniyanın paytaxtı Berlində 2006-cı ildə İranda baş verən 22 may (1 Xordad) hadisələrinin növbəti ildönümü ilə bağlı keçirilən aksiyanın iştirakçıları meydana toplaşıb.
Bu xəbəri də oxu: Bukingem sarayı 3 il müddətinə bağlanır
Etirazçılar əllərində müxtəlif şüarlar, Azərbaycan və Güney Azərbaycanın bayraqları Berlinin "Unter Der Linden" meydanına gəliblər.
Aksiyanın şüarı "Azadlıq, Ədalət, Milli Hökumət"dir.
Aksiyada azərbaycanlılar, türkiyəlilər, Qaşqay türkləri iştirak edirlər. İrandan didərgin salınan və dünyanın müxtəlif ölkələrində məskunlaşmış Güney Azərbaycandan olan soydaşlarımız xüsusi fəallıqları ilə seçilirlər.
Xatırladaq ki, 2006-cı il mayın 12-də İran hakimiyyəti "İran" rəsmi qəzetində 35 milyondan çox Azərbaycan türkünü həşərat kimi təsvir edən təhqiramiz karikatura çap edib. Bu hadisə Güney Azərbaycanda kəskin etirazla qarşılanıb və azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə etiraz aksiyalarına başlayıblar.
Təhlükəsizlik qüvvələri Tehran, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, Sulduz və Mərənd şəhərlərində təşkil edilən nümayişlərə müdaxilə edib. Rəsmi məlumatlara görə, dinc aksiyaçılara atəş açılması nəticəsində az 30 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb.
Güney azərbaycanlı fəallar isə bildirirlər ki, hadisələr zamanı 5 mindən artıq etirazçı həbs edilərək, işgəncəyə məruz qalıb, 200 nəfərə yaxın şəxs öldürülüb və ya itkin düşüb.
Hər il, azərbaycanlılar və xüsusilə də Güney Azərbaycan fəalları dünyanın hər yerində, bu tarixi gündə - 1 Xordad hadisələri zamanı həlak olanların xatirəsi yad edirlər.
Aparıcı Xoşqədəm Hidayətqızı Uels şahzadəsi, III Çarlzın birinci hə
Bir zamanlar Türkiyəni yasa boğan Münəvvər Karabulut cinayətinin törədi
Dünya iki yerə bölünməməli, beynəlxalq birliyin üzvləri danışıqlar �
Türkiyənin "Star TV" telekanalında yayımlanan "Yüz Yıllık
Türkiyədə hərbi zirehli maşın qəzaya uğrayıb.
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun həyat yoldaşı Kerri
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün III ixtisas qrupu üzrə bu
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yolux
Rusiyanın XİN rəhbəri Sergey Lavrovun qızı Yekaterina Lavrovanın həyat y
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yaxın vaxtlarda Azərbaycana səfər
ABŞ-da inəklər polis əməkdaşlarını qaçan şübhəlinin yanına apararaq
Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri May
Qadın mülk üstündə əri ilə birgə analığını baltalayaraq qətlə yeti