Şavkat Mirziyoyev İlham Əliyevə məktub göndərib
Siyasət 20 May 2023 15:10:00 241 0
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub göndərib.
Bu xəbəri də oxu: Hikmət Hacıyevdən Almaniya XİN rəhbərinin ittihamlarına tutarlı cavab
Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Sizi və qardaş Azərbaycan xalqını ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Özbəkistan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Sizin uzaqgörən daxili və xarici siyasətiniz, iqtisadi və sosial sahələrdə həyata keçirdiyiniz sürətli islahatlar bu gün layiqli nəticələrini verməkdədir, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi və nüfuzu durmadan artmaqdadır. Bu xüsusda regionda sülhün və davamlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirdiyiniz ədalətli və qətiyyətli səylərinizi tamamilə dəstəklədiyimizi bir daha qeyd etmək istərdim. Xüsusilə son illər ərzində Sizinlə aramızda yaranan və qardaş xalqlarımızın ümumi arzularının ifadəsi olan sıx qardaşlıq əlaqələri, açıq və məhsuldar dialoqlarımız, ali və yüksək səviyyələrdə səfərlərin mübadiləsi nəticəsində strateji tərəfdaşlığımız tamamilə yeni səviyyəyə yüksəlmişdir.
Hörmətli İlham Heydər oğlu!
Əminəm ki, yaxın gələcəkdə Azərbaycana səfərimiz çoxşaxəli və uzunmüddətli əlaqələrimizdə yeni tarixi dövrün başlanğıcı olacaq, əməkdaşlığımızı arzuladığımız və mövcud imkanlarımıza uyğun şəkildə daha yüksək səviyyəyə çatdıracaq.
Fürsətdən istifadə edərək, ölkənizin həyatında bu unudulmaz və sevincli gündə Zati-alinizə möhkəm cansağlığı, ailə səadəti və Vətəninizin inkişafı naminə həyata keçirdiyiniz misilsiz fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına əmin-amanlıq, davamlı inkişaf və firavanlıq arzulayıram".
Əmək haqlarının gecikdirilməsi halları ilə adətən özəl şirkətlərd�
Lənkəranın bu kəndi meşəlik ərazidə yerləşsə də, sakinlər evlərini
Müğənni Üzeyir Mehdizadə repçi Paster ilə müğənni Damla arasındakı m
Ölkəmiz üçün gözəl bir il olacağını ümid edirik.
Ailə qurduqdan sonra Türkiyəyə köçən müğənni İradə İbrahimova uzun
Rusiya bölgədə təşəbbüsün Qərbin əlinə keçməsinə imkan verməmək
Göygöl şəhərinin əsası 1819 - cu ildə Almaniyanın Vürtemberq knyazlı�
İndoneziya Respublikasının Prezidenti Coko Vidodo 28 May - Müstəqillik Gün
Ukrayna Prezidenti Volodimir Zelenki G7 sammitində iştirak etmək üçün Yapo
Gədəbəy rayonunda 2004-cü il təvəllüdlü Qulu şəxsi münasibətlər zə
Tovuzda Kür çayı ətrafı sahələrdən qırmızı çuğundurun yığımına
Yaponiyanın İmperatoru Əlahəzrət Naruhito Prezident İlham Əliyevə təbri
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer 28 May
Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Sarayında müğənni Murad Ar