“Balaca kişilər” tamaşasının premyerası olacaq
Kriminal 19 May 2023 17:50:00 280 0
Mayın 27-28 may tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində "Balaca kişilər" tamaşasının premyerası keçiriləcək.
Yazıçı-dramaturq İlqar Fəhminin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsəri İkinci Qarabağ müharibəsində baş verən real hadisələri əks etdirir.
Quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov olan 44 günlük savaş və qələbəmizə ithaf olunan tamaşa vətənpərvərlik, insani dəyərlərin qorunması ilə yanaşı həm də hər bir vətəndaşın istənilən vəziyyətdə torpağa bağlılığını, mənəvi və bəşəri dəyərlərə sadiqliyini təcəssüm etdirir.
Tamaşanın quruluşçu rəssamı Vüsal Rahimdir. Döyüş və fəndlərin quruluşu İsa Əsədova, musiqi tərtibatı Zaur Rəşidova aiddir.
Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Bəhramxan, aktyorlar Rəşad Səfərov, Anar Seyfullayev, Araz Pirimov, Bəhram Əliheydər, Nurlan Süleymanlı, Xaliq Bəkirov, Hüseyn Bayramov, Ümman Budaqov, İlhan Sadıqov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Mirzəağa Mirzəyev rol alıb.
Qeyd edək ki, İlqar Fəhminin "Balaca kişilər" pyesi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Vətən müharibəsi mövzusunda elan etdiyi pyes müsabiqəsinin nəticələrinə uyğun olaraq münsiflər heyəti tərəfindən qalib elan olunub.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
"Sumqayıt şəhər 31 nömrəli tam orta məktəblə bağlı yayılmış f
Sabah Azərbaycandakı Türkiyə vətəndaşlarının ikinci tur prezident seçk
ADA Universitetinin rektoru professor Hafiz Paşayev Gürcüstan Texniki Univers
Xəbər verdiyimiz kimi, Ülviyyə Alovlunun axtarışda olması ilə bağlı m�
Elektroenergetika sektorunda qiymətlərlə (tariflər) bağlı yeni qaydalar m�
Ötürücü və ya paylayıcı sistem operatoru tərəfindən istehlakçıya ele
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazad
İngiltərədə elektriklə işləyən skuter bomba kimi partlayıb.
Ümid edirəm, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında birbaşa
Mümkün sülh müqaviləsi layihəsində bir neçə bənd üzrə razılıq əld
Otuz illik işğal dövründə Azərbaycan xalqı humanitar fəlakətlə üzlə�
Ümummilli Lider prezidentlik fəaliyyətinə başlayarkən Azərbaycanın torpa
Ermənistan Azərbaycan ilə sülh istəyirsə onda nə üçün 100 milyonlarla