Daha 11 Azərbaycan vətəndaşı Suriyadan ölkəmizə repatriasiya edildi
Siyasət 18 May 2023 22:46:00 225 0
18 may 2023-cü il tarixində Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 11 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
Bu xəbəri də oxu: Samir Şərifov Baş nazirin müavini təyin edildi SƏRƏNCAM
Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, repatriantların 8 nəfəri uşaq və 3 nəfəri qadındır.
Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib, daha sonra isə onların Türkiyə Respublikası ərazisinə keçidinin təmin olunması istiqamətində tədbirlər görülüb.
İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının Türkiyə Respublikasına ezam edilən nümayəndələri tərəfindən repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib.
Daha sonra, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən aparılmış müvafiq əlaqələndirmə işi nəticəsində vətəndaşlarımız Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin olunub.
Növbəti mərhələdə Azərbaycan hökuməti tərəfindən repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.
Lüksemburq hava limanından yola düşən "Cargolux" yük təyyarəsi
Gözlər altındakı qara dairələr görünüşü korlamaqla yanaşı, ciddi sa
Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Volodimir Zelenski Papa Fr
Mayın 19-da havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Müasir qırıcıların Ukraynaya mümkün təhvil verilməsi məsələsi iyunda
Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasiminə xərclənən vəs
Xəbər verildiyi kimi, mayın 17-si paytaxtın Sabunçu rayonu ərazisində yer
Konstitusiya Məhkəməsi işçiyə fərdi əmək mübahisəsi zamanı belə əm
2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan təqribən 5,715 milyard dolla
"Ən böyük narahatlıqlarımdan biri süni intellektin gələn il ABŞ-d�
KXDR rəhbəri Kim Çen In ölkənin ilk kəşfiyyat peykinin orbitə buraxılma
Türkiyənin Ankara şəhərində günorta saatlarında təsirli olan külək v�
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.