ABŞ Rusiya və İran arasında əməkdaşlığa qarşı mübarizə üzrə qanun layihəsi hazırlayır
Dünya 18 May 2023 08:34:00 271 0
ABŞ senatoru Ted Kruz (Texas ştatından respublikaçı) sanksiyalar tətbiq etməklə Rusiya və İran arasında hərbi-texniki əməkdaşlığa qarşı mübarizəni nəzərdə tutan qanun layihəsini təqdim etmək niyyətindədir.
Bu xəbəri də oxu: Ermənistanda deputatlar arasında dava düşdü, Paşinyan iclası tərk etdi
Son.az Trend-ə istinadən bildirir ki, bunu respublikaçı Vaşinqtonun Qudzon Universitetində çıxışı zamanı deyib.
"Rusiya ilə İran arasında əməkdaşlıq genişmiqyaslıdır və dərinləşir. )ABŞ Prezidenti Co - red.) Bayden administrasiyası buna qarşı durmağa belə çalışmır. Buna görə də mən C.Bayden administrasiyasını bir sıra cəbhələrdə İran və Rusiya arasında əməkdaşlığa qarşı çıxmağa məcbur edən qanun layihəsinin dəstəklənməsi üçün çalışıram", - deyə o bildirib.
O izah edib ki, qanunvericilik təşəbbüsü Rusiya və İranın hərbi-texniki əməkdaşlıqda istifadə etdiyi "banklara, neft tankerlərinə, təyyarələrə, hava limanlarına, gəmilərə və gəmiqayırma zavodlarına qarşı Ukraynaya aid mövcud sanksiyaların tətbiqini" nəzərdə tutur.
Bundan əlavə, senatorun qeyd etdiyi kimi, bu qanun layihəsi "İranın xaricdəki milyardlarla dolları bloklamaq" məqsədi daşıyır. T.Kruzun sözlərinə görə, məsələ ondadır ki, "atomla bağlı daha bir sövdələşmə" bağlanacağı təqdirdə Tehran bu vəsaitlərə çıxış əldə edə bilməyəcək.
Kommunal ödənişlər və kreditlərin ödənilməsində problem yaşayan brita
Türkiyənin Samsun şəhərində 1919 metrlik bayraq yürüşü təşkil edilib
ABŞ-ın Montana ştatının qubernatoru Qreq Canforte ştatda "TikTok"
Ukraynanın Odessa şəhərində güclü partlayışlar baş verib.
Türkiyəli müğənni İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı Ayşəgü
"SpaceX", "Tesla" və "Twitter" şirkətlərinin s
İranda "həyat yoldaşı tapmaq mərkəzləri" yaradılıb.
ABŞ İsrailə iki ölkənin hərbçilərinin İranın hərəkətlərinə cavab
"Neftçi"nin sabiq futbolçusu Marian Aliuta kilsədə işə başlayı
Hər bir astroloji yeni ay yeni başlanğıclar və yeni təşəbbüslər üçü
Təsəvvür edirsiniz, sammit Xirosimadadır. Amerikalıların hədsiz kinsizliy
Macarıstanın Baş naziri Viktor Orban Türkiyə Prezidenti Rəcəb Tayyib Ərd
Aparıcı Zaur Baxşəliyevin anası Dilavərin mayın 15-i doğum günü olub.
Artıq ictimaiyyətə məlumdur ki, İranda məhz Azərbaycan dövləti əleyhin
Bəzi bürclərin nümayəndələri münasibətlərində kifayət qədər domina