Ermənistan üçün son 24 saat Brüsseldən nəyin ANONSU VERİLƏCƏK? Sülh, yoxsa savaş...


Siyasət 13 May 2023 23:08:00 229 0

Ermənistan üçün son 24 saat  Brüsseldən nəyin ANONSU VERİLƏCƏK? Sülh, yoxsa savaş...

Azərbaycan-Ermənistan şərti sərhədində baş verən hərbi təxribat sıradan bir təxribat deyil. Bu təxribatların arxasında daha çox siyasi məqamlar gizlənir. Və belə bir təxribat sülh danışıqları üçün elan edilən Brüssel görüşləri öncəsi baş verirsə, deməli, bu görüşlərin nəticə verməməsində, sülh prosesinin dalana dirənməsində maraqlı qüvvələr var.

Son.az Trend-ə istinadla bildirir ki, istər Brüssel, yaxud Moskva görüşündən, istərsə də iyunun 1-də nəzərdə tutulan Kişinyov görüşü öncəsi Ermənistanın ard-arda təxribatlar törətməsi İrəvanın destruktivlikdən əl çəkməyəcəyinə növbəti işarədir. Mayın 14-ü Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçiriləcək Brüssel görüşünə saatlar qalmış İrəvanın Bakını oyuna gətirmək cəhdlərinin arxasında daha böyük güclərin dayandığını deməyə əsas verir. Çünki Ermənistan üçün danışıqların pozulması, vaxt qazanılması daha cəlbedici görünür. Xüsusilə də Fransa və İranın Ermənistanı silahlandırmaq üçün yeni addımlar atması İrəvanı yenidən bölgəni poliqona çevirməyə, revanş istəyinə həvəsləndirir.

Müstəqil siyasəti olmayan, Azərbaycanla sülh danışıqları da daxil olmaqla bütün proseslərə havadarlarının tapşırıqları əsasında reaksiya verən Nikol Paşinyan hakimiyyəti bu gün öz xalqını növbəti ağır zərbə ilə üz-üzə qoymaqdadır. Ermənistan dövlətinin və xalqının taleyi üzərindən Cənubi Qafqazdakı maraqlarını təmin etməyə çalışan havadarlarını onun taleyi maraqlandırmır. Ən maraqlısı isə orasındadır ki, bu vəziyyətdən duyuq düşdüyü istisna edilməyən Nikol Paşinyan, bilərəkdən xalqını məhvə məhkum edir.

Qarabağdakı separatçıların da təxribatlara başlaması (Tərtər, Xocalı, Şuşa və Laçın rayonları istiqamətlərində ordumuza qarşı 9 dəfə atəş açıblar) eyni hədəfə hesablanıb. Ermənistan bütün imkanlarını işə salaraq danışıqlar masasındakı gündəliyi dəyişməyə çalışır. Lakin qarşı tərəf onu da anlamalıdır ki, bu təxribatlar separatçıların ordumuza qarşı atəş açdığı mövqelərinin legitim hədəf olaraq məhv edilməsini qaçılmaz edir.

Nikol Paşinyan artıq Brüsseldədir. Görüşdən bir gün öncə onun belə tezliklə Belçikanın paytaxtına səfər etməsi heç də sülhdən yana ürəyi getdiyi mənzərəsi ilə üst-üstə düşmür. Sözdə ayrı-əməldə ayrı olduğunu artıq 3 ilə yaxındır ki, dəfələrlə isbatlayan Ermənistanın baş naziri təxribatlardan Azərbaycana qarşı təzyiq vasitəsi kii istifadə etmək, Bakını sülh paketindəki şərtləri "yumşaltmaq" niyyəti də güdə bilər. Lakin Azərbaycan heç kimə güzəştə getmək fikrində deyil, xüsusilə də söhbət mövzusu torpaq, ərazi bütövlüyü, milli təhlükəsizlik məsələsidirsə...

İrəvan açıq-aydın sülh istəmir, 30 illik uzatma taktikasından yenə istifadə edir, prosesin xeyirlərinə dəyişə biləcəyini düşünürlər. Məhz bu ümidlərlə Ermənistan İranın ona bağışladığı zərbə dronları vasitəsi ilə mövqelərimizi hədəf almaq sevdasından əl çəkə bilmir. Proseslər aydın göstərir ki, Ermənistanı hərbi zərbələrlə tərbiyə etməkdən başqa yol qalmır. Çünki ipə-sapa yatmayan İrəvanın bütün bəhanələrini əlindən almağın yeganə yolu məhz təxribatlarına adekvat, sərt cavab verməkdir.

Sabah Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçiriləcək görüşdən 17 gün sonra (iyunun 1-də) Moldova paytaxtı Kişinyovda Avropa Siyasi Birliyinin növbəti toplantısı çərçivəsində müzakirələrin davam etdiriləcəyi ehtimalları gözlənilsə də, Azərbaycanın hələ bu təmaslara razılığını bildirməməsi də ona işarədir ki, rəsmi Bakı sabahkı görüşün hansı nəticələrlə yekunlaşacağını gözləyir. Danışıqlar üçün ümid yeri görünəcəyi təqdirdə böyük ehtimalla Azərbaycan Ermənistanla Kişinyovda sülh danışıqlarının həll edilməyən məsələləri barədə müzakirə aparmağa razılıq verə bilər. Yəni, Brüssel danışıqların davam edib etməyəcəyi ilə bağlı bir çox suallara aydınlıq gətirəcək.

Cənubi Qafqazda möhkəmlənməyə çalışan, Ermənistanı Rusiyanın orbitindən çıxartmaq istəyən Qərb və ABŞ üçün bu gedisat ən optimal variantdır. Vaşinqton və Brüsselin vasitəçiliyi Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesi sürətlənməyəcəyi təqdirdə Azərbaycan 30 illik işğal dövründəki ssenarinin təkrarlanmasını izləməyəcək. Çünki bu gün baş verəcək istənilən geosiyasi hadisələr Cənubi Qafqazın gələcəkdə necə şəkillənəcəyini öncədən müəyyənləşdirmək sarıdan Bakıya imkan verir ki, yaratdığı yeni reallığı kiminsə dəyişməsinə fürsət yaratmasın.

Cənubi Qafqaz nə Qərbin, nə ABŞ-ın, nə də Ruisya və İranın arxa baxçası olmamalıdır. Hazırda rəsmi Bakı siyasi səbr və strateji təmkin nümayiş etdirir. Ancaq Ermənistan və havadarları bir şeyi dəqiq bilməlidirlər ki, zərbə PUA-ları ilə bu və ya digər şəkildə Azərbaycana hücumlar davam etsə, hərbi parametlərə görə Ermənistanın PUA buraxdığı yer Azərbaycan üçün legitim hədəfdir. Ermənistanın son təxribatlarına Ordumuzun cavab tədbirləri nəticəsində düşmənin hərbi obyektlərinin zərgər dəqiqliyi ilə məhv edildiyini əks etdirən kadrlardan da görünür ki, Azərbaycanın kifayət qədər dəqiq silahları var və dövlət başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, hazırki Azərbaycan ordusu 44 günlük müharibədəki Azərbaycan ordusundan daha güclüdür. Bunu Ermənistan tərəfi mütləq nəzərə almalıdır.

Paşinyandan fərqli olaraq Ermənistanda bunu nəzər alanlara da az da olsa rast gəlinir. Keçmiş diplomat, siyasi analitik Jirayr Libardyan erməni xalqına müraciət edərək, daşı ətəklərindən töküb, Azərbaycanla təcili sülh imzalamağa çağırıb. O, əks halda Ermənistanın daha ağır vəziyyətə düşəcəyini bildirib.

Ermənistanda da anlayanlar var ki, Bakının səbr və təmkini yenə bir yerə qədərdir. Böyük ehtimalla 14 maydan sonra baş verə biləcək növbəti təxribata Azərbaycan daha sərt cavab verəcək. Baş verəcək ən xırda silahlı insidentə görə isə məsuliyyəti Ermənistan hərbi-siyasi rəhbərliyi daşıyır. Paşinyan sabah ya Prezident İlham Əliyevi inandırmalıdır ki, sülhün imzalanması görüntüsü bir oyun deyil, səmimidir, yaxud da taleyi ilə bağlı qərarı Azərbaycanın ixtiyarına buraxmalıdır. Son.az

Azərbaycanda daha 10 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib like
  • 13 May 23:05  
Digərləri Azərbaycanda daha 10 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 10 yeni yolux

arrow Ətraflı
Boyunda duz yığılmasına qarşı əla resept  Baş ağrısı və yorğunluqda da sınayın like
  • 13 May 22:56  
Digərləri Boyunda duz yığılmasına qarşı əla resept Baş ağrısı və yorğunluqda da sınayın

Boyunda, xüsusən arxasında onurğa fəqərələri üzərində duz yığılmas

arrow Ətraflı
İlham Əliyev Brüsseldə Avropa Komissiyasının vitseprezidenti ilə görüşüb like
  • 13 May 21:23  
Siyasət İlham Əliyev Brüsseldə Avropa Komissiyasının vitseprezidenti ilə görüşüb

Son.az AZƏRTAC-a istinadən bildirir ki,  dövlətimizin başçısı Brüssel

arrow Ətraflı
Ərdoğan seçicilərə müraciət etdi like
  • 13 May 21:13  
Dünya Ərdoğan seçicilərə müraciət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabahkı prezident seçkiləri il�

arrow Ətraflı
Toylarda düşən davaların əsas səbəbi bu imiş  AÇIQLAMA like
  • 13 May 20:20  
Şou-biznes Toylarda düşən davaların əsas səbəbi bu imiş AÇIQLAMA

Ötən gün Bakıda bıçaqlanma hadisəsi olub. Hadisə Sabunçu rayonu Kürdə

arrow Ətraflı
Rusiyada qəzaya uğrayan helikopterin yanında və içində heç kəsi tapmadılar  FOTO like
  • 13 May 19:00  
Digərləri Rusiyada qəzaya uğrayan helikopterin yanında və içində heç kəsi tapmadılar FOTO

Rusiyanın Primorsk diyarının Tiqrovı kəndi yaxınlığında elektrik verili

arrow Ətraflı
DSXnın hərbi hissələrində andiçmə mərasimi keçirilib  VİDEO  FOTO like
  • 13 May 18:50  
Digərləri DSXnın hərbi hissələrində andiçmə mərasimi keçirilib VİDEO FOTO

Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində gənc əsgərlərin andiçm

arrow Ətraflı
Aclıqdan ölən təriqət üzvlərinin sayı 180ə çatdı like
  • 13 May 18:48  
Dünya Aclıqdan ölən təriqət üzvlərinin sayı 180ə çatdı

Keniyada Beynəlxalq Xoş Xəbər Kilsəsi üzvlərinin arasında ölənlərin s

arrow Ətraflı
“Avroviziya”dan Zelenskiyə qadağa like
  • 13 May 18:36  
Digərləri “Avroviziya”dan Zelenskiyə qadağa

Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək "Avroviziya&quo

arrow Ətraflı
Seçkiyə saatlar qaldı: kim öndədir?  Ən son sorğu like
  • 13 May 18:24  
Digərləri Seçkiyə saatlar qaldı: kim öndədir? Ən son sorğu

"Areda" və "Asal" araşdırma mərkəzləri Türkiyədə se

arrow Ətraflı
Azərbaycanda dəhşət  Şəhid qardaşının arvadını öldürdü like
  • 13 May 18:22  
Kriminal Azərbaycanda dəhşət Şəhid qardaşının arvadını öldürdü

Xızıda qadın öz qaynı tərəfindən qətlə yetirilib.

arrow Ətraflı
Minlərlə məmurun şəxsi məlumatları şəbəkəyə sızdı like
  • 13 May 18:12  
Dünya Minlərlə məmurun şəxsi məlumatları şəbəkəyə sızdı

ABŞ Nəqliyyat Nazirliyində məlumat sızması nəticəsində 237 min dövlət

arrow Ətraflı
Könül Kərimova tanınmaz dərəcədə dəyişdi  VİDEO like
  • 13 May 18:00  
Şou-biznes Könül Kərimova tanınmaz dərəcədə dəyişdi VİDEO

Əməkdar artist Könül Kərimova yeni videosu ilə diqqət çəkib.

arrow Ətraflı
Rusiyada sakinlər pəncərədən gördüklərindən heyrətə düşdülər  FOTO like
  • 13 May 17:48  
Digərləri Rusiyada sakinlər pəncərədən gördüklərindən heyrətə düşdülər FOTO

Rusiyanın Sverdlovsk vilayətinin şəhər və qəsəbələri meşə yanğınla

arrow Ətraflı