Kameraların qoyulması üçün əhalidən pul yığılır? Rəsmi açıqlama
Digərləri 13 May 2023 10:40:00 250 0
Bəzi sosial şəbəkə səhifələrində polis əməkdaşları tərəfindən vətəndaşların şəxsi vəsaiti hesabına yaşayış binlarında müşahidə kameraların quraşdırılması ilə bağlı iddialar yayılıb.
Bu xəbəri də oxu: 50 min suriyalı evinə qayıdıb
Məsələyə münasibət bildirən DİN-in mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev açıqlamasında bildirib ki, ictimai yerlərdə - əhalinin sıx və hərəkətin intensiv olduğu küçə və prospektlərdə, parklarda, xiyabanlarda, keçidlərdə müşahidə kameraları dövlət tərəfindən quraşdırılıb və bu işlər bu gün də davam etdirilir. Vətəndaşlara məxsus obyektlərdə və yaşayış binalarında isə DİN tərəfindən videomüşahidə kameraları quraşdırılmır. Bu işlər qanunvericiliyə görə yalnız mülkiyyətçilər və mənzil sahibləri tərəfindən özlərinin şəxsi vəsaitləri hesabına həyata keçirilir: "Bəzi sosial şəbəkə səhifələrində çoxmənzilli yaşayış binalarında müşahidə kameraların quraşdırılmasından bəzi şəxslərin narahatlığı ilə bağlı qəsdən məlumatlar yayırlar.
Bununla əlaqədar bildirirəm ki, minlərlə vətəndaş DİN-ə müraciət edərək bu cür kameraların onlara məxsus obyektlərdə, yaşadıqları binların girişlərində qoyulmasına köməklik göstərmələrini xahiş edir. Vətəndaşlarımız yaxşı bilirlər ki, müşahidə kameraları olarsa onlara məxsus obyektlərin etibarlı mühafizəsi təmin olunacaq, yaşayış binalarının girişlərində antisanitar vəziyyət və arzuolunmaz insanların ora toplaşmalarına qarşı mübarizə daha effektli olacaq. Vətəndaşlarımızın bu təşəbbüsü polis əməkdaşları tərəfindən yalnız təşviq edilir. Kameraların alınması və quraşdırılması isə obyekt və mənzil sahibləri tərəfindən təşkil olunur.
Vətəndaşlarımız tərəfindən 200 mindən çox fərdi videomüşahidə vasitələri quraşdırılıb ki, bu işin təşkili polis əməkdaşlarının təşəbbüsü ilə təşviq edilib. Həmin kameralar "Təhlükəsiz şəhər" sisteminə daxil edilmir. Lakin obyektlərdə və yaşayış binlarının girişlərində olan kameraların görüntülərindən cinayətlərin qarşısının alınmasında və açılmasında istifadə olunur.
Bir daha diqqətə çatdırırıq ki, obyektlərdə, yaşayış binlarında fərdi müşahidə kameralarının polis əməkdaşları tərəfindən quraşdırılması ilə bağlı iddialar tam əsassızdır, həqiqəti əks etdirmir.
Onu da qeyd edim ki, vətəndaşlara məxsus obyektlərdə və yaşayış binalarının girişində kameraların quraşdırılmasından o şəxslər narahatdırlar ki, öz həyat tərzlərinin, qanunsuz əməllərinin ifşa olunmasından ehtiyat edirlər".
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Cümhuriyyət Xalq Parti
Ötən gün Türkiyə Prezidenti qarşıdakı seçkilərlə bağlı sualları ca
1968-ci ildə, rejissor Arif Babayevin çəkdiyi "Uşaqlığın son gecə
Mayın 12-də Özbəkistan Liberal Demokrat Partiyasının (UzLiDeP) siyasi şur
Azərbaycan Ordusunun Ermənistanın PUA-larının komanda-qərargah məntəqəs
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 bareli
Mayın 11-də qlobal texnologiya brendi HONOR, Four Seasons Hotel Baku-da texnol
Bakının Xətai rayonunda gənc qızın xəsarət alması ilə nəticələnən
Muzey Mərkəzinin Sərgi Qalereyası tanınmış rəssam Əbülfəz Fərəcoğl
Bakının Xəzər rayonunda 2 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət a
Azərbaycanlı influenser Emira Namazova lüks avtomobil alıb.
Cənubi Afrika Respublikasının Milli Yoluxucu Xəstəliklər İnstitutu (NICD)
Xəbər verdiyimiz kimi, mayın 12-də axşam saatlarında Ermənistan silahlı