Günün qoroskopu: Səhhətinizə fikir verin


Digərləri 13 May 2023 00:01:00 199 0

Günün qoroskopu:  Səhhətinizə fikir verin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - yaşamın sakit və rəvan ritminə riayət edin, düşünülməmiş addımlar atmayın. Qərarlarınızda emosional olmayın, hisslərin əsirinə çevrilməyin. Faydalı vərdişlərinizə xilaf çıxmayın. Maraqlarınıza kimsə aktiv müqavimət göstərərək əhvalınızı pozmağa çalışacaq. Emosional problemləri çözmək ilk baxışda göründüyü kimi asan olmayacaq. İzafi inadkarlıq, sərtlik etməyin. Adamayovuşmaz, təşəxxüslü olmayın. Ciddi təhlil və kənar təsirlərin yoxluğunu ehtiva edən işləri əvvəlcədən planlaşdırın. Baş verənləri diqqətlə izləyin. Yalnız sizi narahat edən və ya məşğul olmağa çalışdığınız iş ən mühüm məqam olmaya bilər. Bunu nəzərə alın. Buğa - baş vernələr barədə "Sabah düşünərəm" deməyə dəyməz. Şərtlər sizi nagahani yaxalaya bilər. Mövqeləriniz nə qədər möhkəm və səbatlı olsa da, səviyyə və imkanlar baxımından sizdən üstün insan yaşam arealınıza müdaxilə edə bilər. Maraqlarınıza təzyiq, işləriniz və tapşırıqlarınızın artması mümkündür. Planlaşdırdığınız işlər, perspektivlərlə bağlı risk yaranıb. Aqressiv davranmayın. Müşahidə edin, konkret addım atmağa tələsməyin, yüz ölçüb bir biçin. Axşam saatlarında gərəkli işlə məşğul olun. Alış-verişdə bədxərclik etməyin. Əkizlər - tələskənlik və hövsələsizliyə yol verməyin. Aramla çalışın, səbrli və təmkinli olun. Daxili harmoniya hissinin kənar təsirlər nətcəsində pozulmasına imkan verməyin. İşlərinizə müdaxilə olarsa, sərt davranın. Səlahiyyətlərinizin öhdəsindən gəlin, tapşırığı vaxtında yerinə yetirin, sifarişi gecikdirməyin. Sizi narahat edən və ya şübhəli təsir bağışlayan məsələlərlə bağlı diqqətli olun. Həssas davranın. Gözləntilərinizdə aldana bilərsiniz. Sizə önəmli və əziz insanlarla münasibətləri qoruyun. Münaqişə yaranarsa, tezliklə barışın. Əhvalınızı yaxşılaşdırmaq üçün yaşamınıza bir neçə parlaq ştrix qatın. Xərçəng - aktiv ünsiyyət günüdür. Çoxdan bəri hazırladığınız işləri başa vurmağa çalışın. Sizə maraqlı olan insanlarla təmaslarda planlarınızı açıqlayın. Gələn məlumatlarla diqqətlə tanış olun, mühüm informasiyanı buraxmayın. Dostlar, tanışlar, yaxın ətrafınızdakı insanlar faydalı informasiya və gərəkli məlumat mənbəyi ola bilərlər. Təxirə salınmamış planlardan ən önəmlisini seçərək, onu tamamlayın. Problemlərin orijinal həlli təzahür edəcək. Şərtlərin azını yaşamınıza gərəkli yardım və ya dəstəyi cəlb edə bilər. Şir - aktiv işlər və nəzərdə tutulmuş layihənin başa vurulması, əldə edilmiş razılaşma çərçivəsindəki əməliyyatların bitirilməsi üçün uğurlu gündür. Əhvalınız qəflətən dəyişə bilər. Aktiv ünsiyyət və əməkdaşlıqla müqayisədə təkbaşına iş daha faydalıdır. Birgə əməkdaşlıq olarsa, tərəfdaşlığın nüanslarına diqqət yetirin. İşə başlamazdan əvvəl qarşı tərəflə yanaşı, şərikinizin istək və niyyətləri ilə diqqətlə tanış olun. Sizə çox maraqlı olan mövzunu tədqiq etməzdən əvvəl yaxşıca düşünün, durumu tədqiq edin. Axşam saatlarında istirahətdə xeyir var. Qız - gəlir və imkanların mədaxilinin zəhmət məxaricindən artıq olması sizi sinirləndirməsin. Hadisələrin axarına sərt etiraz etməyin, emosiyaları tarıma çəkməyin. Öhdəlik və vədlərin bilərəkdən, qısa müddətə unudulması çətinliklər yarada bilər. Sözünüzdə bütöv olun. Səhhətdə problemlər, infeksiyalara aşağı müqavimət səviyyəsi istisna deyil. Nüfuzlu insanlardan biri çoxdan verdiyiniz vədi sizə xatırladacaq. Borcun bir hissəsini qaytarın, yardım istəyini qulaqardına vurmayın. Böyük dəyişikliklər ərəfəsindəsiniz. Əlaqə və dairəniz nə qədər geniş olarsa, perspektivlər bir o qədər maraqlıdır. Hər şey istədiyiniz kimi deyil. Amma məqsədə doğru inadla irəliləyin, maneələri qətiyyətlə dəf etməyə çalışın. Tərəzi - sakit və rahat bir gündür. Buna rəğmən, görəcəyiniz işləri qulaqardına vurmayın, sakitləşməyin. Fəal olun, çalışın. Zəhmət rifah vəd edir. Nüfuzlu və sərfəli insanla təmaslar yaratmaq imkanlarını əldən verməyin. Həddən ziyadə transparent olmayın, planlarınız və niyyətlərinizi ətrafınızdakı insanlarla bölüşməyin. Diqqət nişanələri ilə qarşılaşacaqsınız. Dost, tanış, qohum və ya tərəfdaş sizdən müəyyən məsələni yerinə yetirməyinizi xahiş edəcək. Barışmaq, ümumi məxrəci hasil etmək, gələcəklə bağlı planları müzakirə etmək üçün yaxşı vaxtdır. Yaxın gələcəkdəki işə maddi və mənəvi baxımdan tam hazır olun. Axşam saatlarında mümkün qədər dincəlin. Xarici görünüşünüzə fikir verin. Əqrəb - tələsməyin, hövsələsizlik etməyin. İfrat aktiv davranmayın. İdeya və planlarınız yaxın ətrafınızdakı insanların dəstəyini almayacaq. Nigaran və incik olmayın. Tələsməyin. Hadisələrin axarına süni müdaxilələrə yol verməsəniz, hər şey yaxşı olacaq. Potensial münaqişələrin alovlanmasına imkan verməyin. İndi maraqlarla niyyətləri uzlaşdırmaq çətin olduğundan mübahisə etməyin. Valideynlərinizlə təmaslarda həssas olun. Sizə dəstək və diqqət gərəkdir. Axşam saatlarında əylənin, istirahət edin. Sevdiyiniz insanları sevindirin. Oxatan - səhər saatlarından etibarən aktiv işləməyə başlayın. Vaxtınızı səmərəli keçirin, görməli olduğunuz işləri başa vurun. Yaxın ətrafınızdakı insanlara diqqət yetirməyi unutmayın. Sevdiyiniz insanla birgə çalışmaq və ya vaxt keçirmək zədələnmiş münasibətləri normaya salacaq. Romantika, yeni təəsüratlar istəyi olsa da, onların reallaşmasını bir qədər təxirə salın. Günün ikinci yarısında alınan xəbərlər əhvalınızı korlasa da, planları yeniləməyə və dəqiqləşdirməyə yardım edəcək. Hansısa marağın, məqsədin qurban verilməsi və bunun müqabilində daha önəmli məsələ istiqamətində çalışmağınız istisna deyil. Səhhətinizin qayğısına qalın. Axşam saatlarında açıq havada gəzişin. Oğlaq - mühüm olaylardan biri böhran mərhələsinə qədəm qoya bilər. Daxili durumunuzu, hisslərinizi və niyyətlərinizi yenidən dəyərləndirin. Ətrafınızda dəyişikliklərə uğrayan hər şeyə fikir verin. Gələn informasiyalara, insanların davranışlarına və hərəkətlərinə laqeyd qalmayın. Səbrinizi tarıma çəkmək istəyən insan peyda ola bilər, aqressiv reaksiya verməyin. Həmin adama, sadəcə, fikir verməyin. Axınla hərəkət edin. Hər şey daha yaxşı ola bilər. Valideynlərə daha çox diqqət yetirin. Bu gün görüşəcəyiniz insanları müyyənləşdirin. Real və virtual söhbətlərdə diqqətli, həssas olun. Şəxsi münasibətlər müstəvisində tərəfdaşın təşəbbüslərinə və şərtlərin dəyişməsinə etibar edin. Yuxusuz qalmayın. Yatmazdan əvvvəl mütləq açıq havada gəzişin. Dolça - sakit, harmonik gündür. Dönəmlə bağlı gözləntilərinizin əksəriyyəti doğrula bilər. İstirahət etmək, əylənmək, rahatlanmaq istəklərini müvəqqəti olaraq təxirə salın. Günün ikirnci yarısına qədər ara vermədən çalışmaqda xeyir var. Axşam saatlarına yaxın fəaliyyət tempini bir qədər aşağı salmaq olar. Təmiz havada gəzintidə xeyir var. Təkbaşına çalışmaq və ya tənhalıqda xeyir var. Səhhətinizə fikir verin. İmicinizin hansı dəyişikliklərə ehtiyac duyduğunu düşünün. Balıqlar - gün sizin üçün uğurlu olacaq. Niyyətləriniz, mühüm planlarınız və önəmli münasibətləriniz barədə düşünmək üçün əlverişli vaxtdır. Hissiyat güclənir. İntuisiya tərəfdaşlarla yanaşı, mövqelərinizə əks olan insanlarla ünsiyyətdə düzgün davranış modelini tapmağa yardım edəcək. Danışıqlar, görüşlər, telefon danışıqları, aktual məsələlərin müzakirələri, fəaliyyət sahəsinin genişləndirilməsi uğurlu olacaq. Hadisələrin bundan sonrakı inkişafına təkan verin. Zahiri görünüşünüzlə məşğul olun, gərəkli əşyaları alın. Axşam saatlarında xoş xəbər almaq şansı var. Maraqlı insanla görüş istisna deyil. Cazibədar təklif alacaqsınız. Son.az

Astroloqlardan 2 bürcə XƏBƏRDARLIQ  Problemlər... like
  • 12 May 23:55  
Digərləri Astroloqlardan 2 bürcə XƏBƏRDARLIQ Problemlər...

Astroloqlar bildirir ki, may ayının ortalarında Merkuri planetinin təsiri il

arrow Ətraflı
İmran Xan məhkəmə binasını tərk edib like
  • 12 May 23:50  
Dünya İmran Xan məhkəmə binasını tərk edib

Pakistanın keçmiş baş naziri və müxalif Ədalət Hərəkatı Partiyasını

arrow Ətraflı
Doğum şöbəsinin müdiri məhkəmə zalında həbs olundu like
  • 12 May 23:43  
Kriminal Doğum şöbəsinin müdiri məhkəmə zalında həbs olundu

Cəlilabad rayon Mərkəzi Xəstəxanasının doğum və ginekologiya şöbəsin

arrow Ətraflı
"Çin Rusiyanı Ukraynanı tərk etməyə inandırmasa..." like
  • 12 May 23:36  
Dünya "Çin Rusiyanı Ukraynanı tərk etməyə inandırmasa..."

"Çin Rusiyanı Ukraynanı tərk etməyə inandırmasa, Aİ-nin Çinlə mü

arrow Ətraflı
Ukrayna yeni raketlərlə Luqanska zərbələr endirdi like
  • 12 May 23:30  
Dünya Ukrayna yeni raketlərlə Luqanska zərbələr endirdi

Mayın 12-də axşam saatlarında işğal altında olan Luqanskda güclü partla

arrow Ətraflı
Ermənilərin minaatan heyətinin məhv edilməsinin görüntüləri  VİDEO like
  • 12 May 23:19  
Siyasət Ermənilərin minaatan heyətinin məhv edilməsinin görüntüləri VİDEO

Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənilərin minaatan heyətini

arrow Ətraflı
Azərbaycan ordusu Ermənistanın “KamAZ”ını şəxsi heyəti ilə birgə like
  • 12 May 23:14  
Siyasət Azərbaycan ordusu Ermənistanın “KamAZ”ını şəxsi heyəti ilə birgə

Azərbaycan Silahlı Qüvvələri Basarkeçər istiqamətində Ermənistana məx

arrow Ətraflı
Həftə sonu bürcləri nə gözləyir?   PROQNOZ like
  • 12 May 23:10  
Digərləri Həftə sonu bürcləri nə gözləyir? PROQNOZ

Astroloqlar bürclərin həftə sonunu necə keçirəcəkləri barədə proqnoz

arrow Ətraflı
Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi Ermənistanın təxribatları ilə bağlı Bəyanat verib like
  • 12 May 23:04  
Siyasət Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi Ermənistanın təxribatları ilə bağlı Bəyanat verib

11 may 2023-cü il tarixində Azərbaycan Respublikasının ATƏT yanında Daimi

arrow Ətraflı
Əməkdar artistin vəziyyəti ağırdır like
  • 12 May 22:57  
Kriminal Əməkdar artistin vəziyyəti ağırdır

Atamın vəziyyəti stabil-ağır olaraq qalır.

arrow Ətraflı
İran iki Fransa vətəndaşını azad edib like
  • 12 May 22:50  
Dünya İran iki Fransa vətəndaşını azad edib

İranda saxlanılan Fransa vətəndaşları Benjamin Bryer və Bernard Felanı a

arrow Ətraflı
Ağır yol qəzasında 3 nəfər xəsarət alıb like
  • 12 May 22:44  
Digərləri Ağır yol qəzasında 3 nəfər xəsarət alıb

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub, 3 nəfər xəsarət al�

arrow Ətraflı
Noutbukun ömrünü uzatmağın SADƏ YOLLARI like
  • 12 May 22:37  
Digərləri Noutbukun ömrünü uzatmağın SADƏ YOLLARI

Noutbuk işləmək, oxumaq və əylənməkdə bizə kömək edən əvəzolunmaz

arrow Ətraflı
Ərdoğan Rusiyanın Türkiyədəki seçkilərə müdaxiləsi ilə bağlı iddialara cavab verib like
  • 12 May 22:30  
Dünya Ərdoğan Rusiyanın Türkiyədəki seçkilərə müdaxiləsi ilə bağlı iddialara cavab verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiy

arrow Ətraflı