Azərbaycanın "Avroviziya" təmsilçiləri: “Seçilməsək də, xoşbəxtik” FOTO


Şou-biznes 10 May 2023 22:52:00 165 0

Azərbaycanın "Avroviziya" təmsilçiləri: “Seçilməsək də, xoşbəxtik”  FOTO

Dünən Azərbaycanın "Avroviziya"dakı təmsilçiləri Tural və Turan Bağmanov qardaşları müsabiqənin ilk yarım finalında Azərbaycanı təmsil ediblər.

Son.az APA-ya istinadən bildirir ki, əkizlər final mərhələsinə keçə bilməsələr də, müsabiqənin onlara böyük təcrübə qatdığını deyiblər: "O qədər insanın qarşısında çıxış etmək, onların enerjisini hiss etmək çox gözəl hisslər idi. Seçilməsək də mən yenə də xoşbəxtəm, çox gözəl təcrübə yaşadım. Buna görə minnətdaram. "Avroviziya", bu hekayə, bu təcrübələr bizə çox şey qatdı. Biz qazandığımızı qazandıq"- deyə əkizlərdən Tural Bağmanov bildirir.

Turan isə deyir ki, finala keçməməyi ilə bağlı əvvəlcə biraz pis olsa da, sonradan yaxşı hiss edib.

Əkizlər hazırda Çexiya, ya da Sloveniyanın qalib gəlməsini istədiklərini deyir: "Latviya və Maltanı çox sevirdik. Onların mahnıları çox güclü idi. Ancaq onlar finala keçə bilmədi. İndi istəyərdik ya Çexiya, ya da Sloveniya qalib gəlsin".

Təmsilçilərimiz deyirlər ki, Bakıya qayıdan kimi albom üzərində işləyəcəklər. "Yaxın zaman ərzində albomumuzu buraxacağıq".

"Biz obraz yaradırıq"

Əkizlər mahnı müsabiqəsinin açılış mərasimində geyindikləri geyim tərzinə görə edilən tənqidlər haqqında da açıqlama veriblər: "Tənqid olunmaqdan narahat deyilik. Musiqiçi olan insan, incəsənət insanı buna dözməlidir, kimsə sənə yaxşı da desə, pis də desə. Sən mental olaraq hazır olmalısan, bu sənə təsir etməməlidir. Tezbazar qırılsan olmaz", deyə onlar tənqidə açıq olduqlarını bildiriblər:

"Geyim haqqında onu demək istəyirik ki, biz geyimimizi sevirik. Bizim tənqid edilən o geyimlərimizi biz çox sevə-sevə geyindik. Saçımdan makiyajıma kimi o geyimi mən sevirəm, xoşlayıram. Bu incəsənətdir, geyim də musiqi kimi bir şeydir. Əgər sən o tərzi sevmirsənsə, deməli o sadəcə sənin tərzin deyil. Bu sadəcə olaraq bir obrazdır. Sabah, birisi gün kovboy kimi də geyinə bilərəm. Bu o demək deyil ki, mən Texasdayam, at sürürəm".

Onlar bildiriblər ki, "Avroviziya" müsabiqəsinə hələ ki, təkrar qatılmağı düşünmürlər: "Bir dəfə bunu təcrübə etdik, bizə bəsdir. Bəlkə gələcəkdə fikirləşərik. Maraqlı ola bilər yenidən qatılsaq. Ancaq fikirləşirik ki, hələ ki, bir dəfə bəsdir".

Sonda ifaçılarımız onları dəstəkləyən insanlara təşəkkür ediblər: "Bizi çox dəstəkləyən oldu, bizə sevgilərini göndərən, xoş sözlər yazan insanlar oldu. Biz onların hamısını çox sevirik. Onlar bizə çox dayaq oldular. Biz o insanlara görə özümüzü çox yaxşı hiss edirik".

Çavuşoğlu Lavrovla görüşdü: Azərbaycan müzakirəsi... like
  • 10 May 22:47  
Siyasət Çavuşoğlu Lavrovla görüşdü: Azərbaycan müzakirəsi...

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Se

arrow Ətraflı
Paytaxtda “Prius” yenə qəzaya SƏBƏB OLDU like
  • 10 May 22:35  
Digərləri Paytaxtda “Prius” yenə qəzaya SƏBƏB OLDU

Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib. 

arrow Ətraflı
Çörəklə bağlı əhaliyə YENİ XƏBƏR like
  • 10 May 21:52  
Digərləri Çörəklə bağlı əhaliyə YENİ XƏBƏR

Bu il dünyada 2 milyard 785 milyon ton səviyyəsində proqnozlaşdırılan üm

arrow Ətraflı
Pakistanda kütləvi iğtişaşlar başlayıb like
  • 10 May 21:38  
Dünya Pakistanda kütləvi iğtişaşlar başlayıb

Pakistanda keçmiş baş nazir və müxalifət lideri İmran Xanın həbsindən

arrow Ətraflı
58 yaşlı kişi qətlə yetirilib like
  • 10 May 21:15  
Kriminal 58 yaşlı kişi qətlə yetirilib

Mayın 10-da saat 20:30 radələrində paytaxtın Binəqədi rayonu Biləcəri q

arrow Ətraflı
Mayın ortalarında əsl xoşbəxtlik tapacaq BÜRCLƏR like
  • 10 May 21:07  
Digərləri Mayın ortalarında əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

Astroloqlar may ayının ortalarında əsl xoşbəxtlik tapacaq iki bürcün ad�

arrow Ətraflı
“Özünə bizim üçün də yaxşı bax” like
  • 10 May 21:00  
Şou-biznes “Özünə bizim üçün də yaxşı bax”

Müğənni Günel Zeynalova anası Zöhrə xanımla bağlı paylaşım edib.

arrow Ətraflı