İmran Xan həbs olundu
Dünya 09 May 2023 19:20:00 200 0
19:20
Bu xəbəri də oxu: Tramp bu sosial şəbəkəni nəzarətinə götürür
Pakistanın sabiq Baş naziri İmran Xan İslamabadda, ali məhkəmə binasının qarşısında həbs edilib.
Son.az APA-ya istinadən bildirir ki, barəsində irəli sürülmüş korrupsiya ittihamları ilə bağlı məhkəmə iclasında iştirak etmək üçün binaya gələn İmran Xan silahlı polislər tərəfindən saxlanılıb. Həbs edilməsindən sonra İmran Xanın lideri olduğu Təhrik-i-İnsaf partiyası tərəfdarlarını etiraz etməyə çağırıb. Bundan bir neçə saat sonra Lahor, Kəraçi və Pişəvər də daxil olmaqla bir sıra şəhərlərdə zorakılıq halları baş qaldırıb.
Lahordan yayılan görüntülərdə izdihamın hərbi korpus komandirinin evinə daxil olaraq əşyaları zədələdiyi yayılıb. Liman şəhəri olan Kəraçidə isə nümayişçilər əsas avtomobil yolunu bağlayıblar. Polis etirazçıları dağıtmaq üçün su şırnağından istifadə edib.
Pəncab polisinin baş müfəttişinin bəyanatında bildirilib ki, İmran Xan korrupsiya əməllərində ittiham edildiyi üçün həbs edilib. İş üzrə irəli sürülən ittihamların İmran Xan və həyat yoldaşına məxsus AL-Qadir Universiteti Trastına torpaq sahəsinin ayrılması ilə əlaqəli olduğu bildirilir.
Sabiq Baş nazirin saxlanılma yeri açıqlanmayıb.
70 yaşlı İmran Xan ona qarşı irəli sürülmüş ittihamların siyasi motivli olduğunu, heç bir qanunu pozmadığını bəyan edib.
Qeyd edək ki, 2022-ci ilin aprelində ölkə parlamentində keçirilən etimadsızlıq səsverməsindən sonra hakimiyyətdən göndərilmiş İmran Xana qarşı onlarla ittiham irəli sürülüb. Təhlükəsizlik qüvvələri daha əvvəl onu Lahordakı iqamətgahında bir neçə dəfə saxlamağa cəhd göstərsələr də tərəfdarları buna mane olublar. Məlumata görə, polis bu gün İslamabada gedən yolları bağladığından məhkəmə binası ətrafında onun tərəfdarlarının sayı az olub və nəticədə polis onu asanlıqla həbs edib.
Qeyd edək ki, İmran xan hakimiyyətdən göndərilməsindən sonra ölkədə erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı kampaniya aparır.
ABŞ hakimiyyəti Ukraynaya əlavə hava hücumundan müdafiə avadanlıqları v
Bu gün axşam saatlarında Ağdaş rayonunda 28 yaşlı Məhərrəm Hüseynov y
"WhatsApp"da "Telegram"dan götürülən yeni funksiya iş�
Yaponiya hökuməti koronavirus pandemiyası ilə əlaqədar ölkə vətəndaşl
Təzəpir məscidinin yaxınlığındakı, Mirzə Fətəli Axundov küçəsində
Türkiyənin ev sahibliyi ilə 10-11 may tarixlərində "Taxıl sazişi&quo
Cənubi Afrika Respublikası prezidentinin mühafizə bölməsinin rəhbərinin�
"Meta" şirkətinin rəhbəri Mark Zukerberq Braziliyada keçirilən c
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
2023-cü ilin 1-ci rübündə Dövlət büdcəsinə daha çox vəsait cəlb edil
Britni Spirs uşaqlıq illərini, ən müdafiəsiz günlərini, Castin Timberley