“Bakı Marafonu 2023” start götürüb VİDEO FOTO


Digərləri 07 May 2023 10:11:00 219 0

“Bakı Marafonu 2023” start götürüb  VİDEO  FOTO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 6-ci dəfə Bakı marafonuna start verilib.

"Bakı Marafonu 2023"də 19500 nəfər iştirakçı qeydiyyatdan keçib.

Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də digər ölkələrdən iştirakçılar da marafona qeydiyyatdan keçib. Bunların sırasında bu il ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən iştirakçılar olub. Bakı Marafonunda bir sıra tanınmış şəxslər də fəxri iştirakçı kimi yarışır.

2016-cı ildən təşkil edilən Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

"Küləyə qalib gəl" şüarı altında keçiriləcək yarımarafon 21 kilometr məsafəni əhatə edir. Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olacaq. Marafonun marşrutu: Dövlət Bayrağı Meydanı - Dənizkənarı bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı - Neftçilər prospekti - Bakı Ağ şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi - Bakı Ağ şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi - Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, "Cavanşir" körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti (Hökumət evi, Muzey Mərkəzi, Kukla teatrı, Qız qalası, "Azneft" dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı. "Bakı Marafonu 2023"ün mükafatlandırılması iki kateqoriyada olacaq. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

Qadın və kişi kateqoriyaları üzrə finiş xəttini ilk keçən tələbələr arasında "Gənc ol" (Azercell), eləcə də "Finiş xəttini ilk keçən ən yaşlı iştirakçı", "Finiş xəttini ilk keçən korporativ iştirakçı", "Ən kreativ kostyum" nominasiyalarında da mükafatların təqdimatı nəzərdə tutulur. Bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunacaq. Finiş xəttini keçən ilk 2000 iştirakçı isə "Bakı Marafonu 2023"ün medalları ilə təltif ediləcək.

Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında əyləncə zonası da yaradılacaq. Burada müxtəlif əyləncə proqramları, yarışlar, idman tədbirləri keçiriləcək.

"Bakı Marafonu 2023"ün eksklüziv tərəfdaşı "Azercell Telekom" şirkətidir. Marafon Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, KOBİA, SOCAR, Azerlotereya, Dənizkənarı Bulvar İdarəsi və "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) dəstəyi ilə təşkil olunur. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirir.

Masallıda ər arvadını öldürdü like
  • 07 May 10:00  
Digərləri Masallıda ər arvadını öldürdü

Masallı rayon Təzə Alvadı kənd sakini Sədaqət Səfərovanın yaşadığı

arrow Ətraflı
Bu məşhur içki kişilərdə cinsi zəiflik yaradır like
  • 07 May 09:48  
Digərləri Bu məşhur içki kişilərdə cinsi zəiflik yaradır

Həddindən artıq pivə istehlakı kişi libidosunu azaldan hormonal disbalans�

arrow Ətraflı
Tataroğlunun ən son çəkilən görüntüsü kövrəltdi  VİDEO like
  • 07 May 09:24  
Digərləri Tataroğlunun ən son çəkilən görüntüsü kövrəltdi VİDEO

"Kurtlar Vadisi Pusu" serialında əsas obrazlardan biri olan Davut Ta

arrow Ətraflı
Bakıda 23 yaşlı qadın əməliyyatdan sonra komaya düşüb öldü like
  • 07 May 09:12  
Digərləri Bakıda 23 yaşlı qadın əməliyyatdan sonra komaya düşüb öldü

Bakıda estetik əməliyyatı zamanı komaya düşən gənc qız vəfat edib.

arrow Ətraflı
Samirə sarışın oldu like
  • 07 May 06:18  
Şou-biznes Samirə sarışın oldu

Avroviziya təmsilçimiz Samirə Əfəndi stilində dəyişiklik edib.

arrow Ətraflı
Şeymanın gəlinliyi bəyənilmədi like
  • 07 May 04:36  
Şou-biznes Şeymanın gəlinliyi bəyənilmədi

Misirli milyarder sevgilisi Meedoo Alsaloussi ilə evlənən Şeyma Subaşı toy

arrow Ətraflı
Etirazçılar molla rejiminin lövhələrini parçaladılar like
  • 07 May 03:21  
Dünya Etirazçılar molla rejiminin lövhələrini parçaladılar

İranda etirazlar müxtəlif şəkillərdə davam edir. Kimisi sadəcə başı a

arrow Ətraflı
Aktyorun çılpaq görüntüləri yayıldı like
  • 07 May 02:34  
Şou-biznes Aktyorun çılpaq görüntüləri yayıldı

Ötən günlərdə "Men`s Health" dərgisi üçün kamera qarşısına

arrow Ətraflı
İran azadlığın qarşısını kəsə bilmir like
  • 07 May 01:28  
Dünya İran azadlığın qarşısını kəsə bilmir

İranda məcburi hicabdan imtina edən qadınlar molla rejiminə mədəni formad

arrow Ətraflı
Günün qoroskopu: Hədəfə çatmaq üçün bütün vasitələrdən istifadə edin like
  • 07 May 00:01  
Digərləri Günün qoroskopu: Hədəfə çatmaq üçün bütün vasitələrdən istifadə edin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Rusiya XİN: Yaxın vaxtlarda... like
  • 06 May 23:55  
Dünya Rusiya XİN: Yaxın vaxtlarda...

"Yaxın vaxtlarda Rusiya Federasiyası, Türkiyə, Ukrayna və BMT nümayə

arrow Ətraflı
Rusiyanın daha bir vilayətində PUA uçuşu qadağan olundu like
  • 06 May 23:50  
Dünya Rusiyanın daha bir vilayətində PUA uçuşu qadağan olundu

Rusiyanın İrkutsk vilayətində pilotsuz uçuş aparatlarının, o cümlədən

arrow Ətraflı
Bu bürclər yaxın günlərdə pulsuz qalacaq like
  • 06 May 23:45  
Digərləri Bu bürclər yaxın günlərdə pulsuz qalacaq

Astroloqlar gələn həftə üçün proqnoz veriblər. 

arrow Ətraflı