“Türkiyədə hansı qiymətədirsə, Azərbaycan üçün də eynidir”
Digərləri 05 May 2023 14:50:00 255 0
Xəbər verdiyimiz kimi Türkiyənin məşhur alış-veriş saytı olan "Trendyol" mayın 3-dən Azərbaycanda ünvana birbaşa çatdırılma etməyə başlayıb.
Bu xəbəri də oxu: Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ cihaz
Hazırda Azərbaycanda "Trendyol"un yeganə daşıma tərəfdaşı "Starex"dir. Son illər isə Azərbaycanda yüzlərlə daşıma şirkətinin yaradılmasına baxmayaraq, "Trendyol"un yalnız bir şirkətlə işləməsi cəmiyyətdə müəyyən suallar yaradır.
Digər şirkətlərin aqibəti necə olacaq?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov məsələ ilə bağlı qafqazinfo-ya açıqlamasında bildirib ki, "Trendyol"a hansı şirkətlə əməkdaşlıq edəcəyini diqtə etmək mümkün deyil: ""Trendyol" beynəlxalq şirkətdir və yerli tərəfdaşı seçməkdə sərbəstdir. Gələcəkdə yerli tərəfdaşların sayını artıra da bilər. Hazırda isə bütün dünyada daşıma şirkətləri arasında rəqabət güclənir. "Trendyol"un ölkə bazarına girməsi rəqabət baxımından çox önəmlidir. Yerli şirkətlərin rəqabətə dözməsi üçün onlara xüsusi güzəşt mexanizmləri tətbiq olunmalıdır".
Mövzu ilə bağlı "Starex"in də mövqeyini öyrəndik. Şirkətin Biznesin İnkişafı Departamentinin rəhbəri Pərviz Əzimov düşünür ki, heç bir haqsız rəqabətdən söhbət gedə bilməz: ""Trendyol qlobal bir şirkətdir və onların daşıma partnyoru seçərkən müəyyən şərtləri, qaydaları var. Bu şərtlərə "Starex" cavab verdiyi üçün "Trendyol" daşıma tərəfdaşı kimi "Starex"i seçib. Gələcəkdə başqa şirkətlər də onların standartlarına cavab verərsə, böyük ehtimalla həmin şirkətlər də "Trendyol"la tərəfdaş olacaq. "Starex"in ömürlük tək tərəfdaş olacağı ilə bağlı xüsusi şərt yoxdur".
ATV-nin "7 Canlı" proqramında qonaq olan Şöhrət Məmmədov yazdı
Kapital Bank-ın səhmdarları yeni təyinatları təsdiqlədi
"Orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrə hərbi x
Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi baş tutub.
Tərtər rayonunda yerləşən Sərsəng suanbarının suyu quruyur.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında Qara ər
Bərdə-Ağdam stansiyası 2020-ci il 24 noyabr tarixində cənab Prezidentin s�
Aktrisa Nəsrin Cavadzadə indi sevginin telefonlarda yaşadığını açıqlay�
Mayın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
Son günlər sosial şəbəkələrdə azyaşlı oğlan uşağının ürəkağrı
Ermənistan yenə ikibaşlı oyun oynayır. Vaşinqtonda 4 günlük görüşlər
"700 bal yoxdursa, dünya dağıldı? Xahiş edirəm ki, bu fikirlərdən u
ATV Xəbər-in növbəti buraxılışında Xəzər dənizinin sahilində yetiş�