İmprotex şirkətlər qrupu Qarabağda yeni sənaye kompleksinin təməlini qoyub FOTO
Digərləri 05 May 2023 12:55:00 241 0
Bu xəbəri də oxu: Qaynı arvadının ölümünə səbəb olmuşdu
İmprotex Şirkətlər Qrupu artıq 32 ildir ki, Azərbaycanda biznesin müxtəlif seqmentlərində uğurla fəaliyyət göstərir. Qrupa daxil olan müxtəlif yönlü şirkətlər minik və yük avtomobilləri, ağır inşaat texnikaları, kənd təsərrüfatı yönümlü texnika və avadanlıqları üzrə dünyanın lider brendlərini təmsil edirlər. Bunların arasında BMW, Rolls-Royce, Mini, MAN, Bobcat, Sumitomo, Mitsubishi, JAC, Ziegler, FAUN, Massey Ferguson, Celli, Great Plains və sair brendlərin adını sadalamaq olar.
Fəaliyyət dövrü ərzində avtomobil və texnika sənayesi üzrə bir çox dəyərli bilik və təcrübələrə yiyələnən və həmin sənaye üzrə məhsulların istehsalını qarşısında məqsəd qoyan Qrup 2013-cü ildə İmprotex İndustries zavodunun fəaliyyətini başlatmışdır. Zavodda ilk olaraq dünyaca məşhur LOHR şirkəti ilə birgə əməkdaşlıq nəticəsində yük avtomobilləri üçün müxtəlif tipli üst qurğularının istehsalına başlanılmışdır. Bu qurğular arasında özüboşaldanlar, betonqarışdıranlar, müxtəlif mayelər üçün çənləri qeyd etmək olar.
2019-cu ildən etibarən zavod kommunal tipli texnikalar, həmçinin, yanğınsöndürən texnikaların istehsalına başlamışdır. Kommunal texnikalar üzrə dünyaca məşhur FAUN brendinin təcrübəsi əsasında müxtəlif cür tullantı daşıyan üst qurğuları və onların komponentləri istehsal edilmişdir. Hal-hazırda zavodun istehsal etdiyi kommunal tipli texnikalar Qarabağ bölgəsində, Gəncə şəhərində fəaliyyət göstərməkdədir. Bununla yanaşı yanğınsöndürən texnikaların məşhur istehsalçıları olan Ziegler və Rosenbauer brendlərinin təcrübələri əsasında müxtəlif tipli yanğınsöndürən texnikalar istesal edilmişdir. Bu texnikalar Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin müvafiq ekspertləri tərəfindən sınaqdan keçirilmiş və ekspertlərin rəğbətini qazanmışdır. Yanğınsöndürən texnikalar həm yerli, həm də xarici tələbatı ödəməyi özü üçün hədəf seçmişdir.
İşğaldan azad edilmiş torpaqlarımızda aparılan mina və partlamamış sursatların təmizlənməsi işlərində minatəmizləyən texnikalara olan tələbat ilə bağlı olaraq 2021-ci ildən etibarən zavod piyada və tank əleyhinə minaların təmizlənməsi üçün texnikaların istehsalına başlamışdır. Bəhs edilən texnikaların istehsalı bu sahə üzrə böyük təcrübəyə malik şirkətlərin texnologiyalarına əsaslanmışdır. Bəhs edilən texnikalar ANAMA tərəfindən sınaq edilmiş və özünü sübuta yetirmişdir. Qarabağ bölgəsində 30 ilə yaxın işğal müddəti ərzində külli miqdarda mina və partlamamış sursat basdırılmışdır. Bu səbəblə zavod istehsal etdiyi minatəmizləyən texnikalar ilə ilk növbədə ölkə daxilində olan tələbatı mümükün olan ən yüksək səviyyədə təmin etməyi planlaşdırır. Gələcək plan isə bu tip texnikaları xarici ölkələrə ixrac etməkdir.
Sirr deyil ki, son illər ərzində ölkədaxili və beynəlxalq daşımalarda nəzərə çarpacaq dərəcədə artım olmuşdur. Bu da öz növbəsində daşımaçılıqda istifadə olunan nəqliyyat vasitələrinə olan tələbatı əhəmiyyətli dərəcədə artırmışdır. Bu tendensiyanı yaxından izləyən İmprotex Şirkətlər Qrupu İmprotex İndustries zavodunda müxtəlif tipli qoşqu və yarımqoşquların istehsalına başlamışdır. Bugün İmprotex İndustries "İmtrailer" brendi ilə istehsal etdiyi və bütün lazımi standartlara cavab verən qoşqu və yarımqoşquları nəinki yerli, hətta xarici bazarda da marağa səbəb olmuşdur. Xüsusən də beynəlxalq daşımaların son ildə daha da artması tələbin səviyyəsini təklifin səviyyəsində xeyli qaldırmışdır. Bununla əlaqədar olaraq bu məhsullar beynəlxalq daşımalarda fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin xüsusilə xarici müştərilərin artan tələbini təmin etmək üçün nəzərdə tutulmuşdur.
İstehsal etdiyi məhsullara olan tələbatın artması və həmçinin Qarabağ bölgəsinin dirçəlişinə öz töhfəsini vermək məqsədilə İmprotex Şirkətlər Qrupu "Araz Vadisi" azad iqtisadi zonasında bugün "İmprotex Qarabağ Sənaye Kompleksi"-nin təməlini qoymuşdur.
"İmprotex Qarabağ Sənaye Kompleksi" MMC tərəfindən Sənaye Parkının 5 hektar ərazisində investisiya həcmi 7,4 milyon manat olan layihə çərçivəsində mərhələli şəkildə xüsusi təyinatlı texnika və metal məmulatları istehsalı nəzərdə tutulur. Layihənin həyata keçirilməsi ilə 120-dən çox iş yeri yaradılacaq.
"Çox gözəl insanlara rast gəldim (həyat yoldaşı iş adamı Ceyhun İ
Yaponiya dənizi sahilində Honsyu adasının mərkəzi hissəsində 6,3 bal gü
Dünyanın bir nömrəli valyutası statusunu daşıyan ABŞ dolları ətrafınd
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsi barəsində cinayət işi
Türkiyənin TRT World telekanalının saytında Türkiyənin müdafiə naziri H
Son.az xəbər verir ki, tanınan və sevilən müğənni Yaqut Babayeva illər
Heydər Əliyev Mərkəzində Azərbaycan, ABŞ və Kuba musiqiçilərinin işti
Mərkəzi Bankın valyuta ehtiyatları bu gün 9,189 milyard dollardan çox, pul
Heydər Əliyevin enerji layihələrində Gürcüstana verdiyi önəm sayəsind�
Azərbaycanda pensiyalar yenidən artırıla bilər. Buna səbəb "Sosial S
Terroru dövlət siyasətinə çevirən, illər uzunu terrorçuları qəhrəmanl
TƏBİB-in İdarə heyətinin keçmiş sədri Ramin Bayramlı uzun müddət sonr
"Kazbegi-Yuxarı Lars" keçid məntəqəsi 1 ay müddətinə avtomobil